Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Sistem dəyişməlidir, gəlin, yatax! - Vasif Ismayılın yazısı

Tarix:8-02-2017, 14:55 Baxış Sayı:294

Sistem dəyişməlidir, gəlin, yatax! - Vasif Ismayılın yazısı

"Ehhhh! Sən özün də yaxşı bilirsən ki, heç nə alınmayacaq. Sistem dəyişməlidir, sistem". 
Yuxarıdakı cümləni çoxunuz birinci dəfədir görür. Buna baxmayaraq cümlənin daşıdığı hissiyyat, məna əksəriyyətiniz üçün nədənsə tanış gəldi, deyilmi? Yoxsa "Deja-vu"mu yaşayırsınız?! Belə bir hiss var - sanki bu sözü əvvəl haradasa eşitmisən, ya da bu şəraitdə əvvəllər nə vaxtsa olmusan. Amma xatırlaya bilmirsən ki, bilmirsən. 
Deja-vu zad deyil, əzizlərim. Reallıqdır. Bir çox insan... üzr istəyirəm, planetimizdə yüz milyonlarla, bəlkə də milyardlarla insan belə düşünür. "Sistem dəyişməlidir, sistem". 
Götürək ki, çətin şəraitdə olan, cəmiyyəti şişmiş tuluğ kimi gərginlik daşıyan bir ölkədəsiniz. Lap elə bizim Azərbaycan kimi. Nə etsən, alınmır, nə əksən, bitmir. İndi belə vəziyyətdə bəziləri deyəcək ki, kimsə qarğış edib, biz də ona görə bu günə qaldıq. Doğrudurmu - doğrudur. Həqiqətən, belə vəziyyətdəyikmi? Eləyik!
Məntiqlidirmi? 
Deyil!
Niyə axı? 
İzah edirəm. 
Dünyada ilk çıxan elm, məncə, riyaziyyatdır. Onunla eyni zamanda yaranan fenomen isə inancdır. Riyaziyyat sadə məsələlərlə başlayır və mürəkkəb elmi disiplin ilə qurtarır - ali riyaziyyat kimi. Məsələn, "A" hərfi digər "a" hərfinə görə böyükdür. Məntiqlidir və aşkardır. Məntiq demişkən, bu elm özü də fikrin və düşüncənin riyaziyyatıdır. Təsadüfi deyil ki, kibernetika elmi məntiq və riyaziyyatı birləşdirərək güclü bir simbioz yaradıb. 
Amma ibtidai insanlar, hətta siçanlar, meymunlar belə nəyin çox, nəyin az olduğunu anlayır. Dovşan ovlamış icma rəhbərləri bununla külfəti doyura bilməyəcəklərini anlayırdılar. Daxmaya qayıtmamışdan əvvəl ceyrandan-zaddan vurmağa çalışırdılar, ya da kor peşman ot-ələf yığırdılar. 
Bir sözlə, ibtidai insanlar hesab-kitabı bilirdilər. 
Amma ibtidai insan elə o zamandan etibarən həm də inanır. Məsələn, Böyük Ağrı dağının Kiçik Ağrını doğduğuna bizim dədələrimizin inandığı kimi. Bu dağın adı elə ona görə də Ağrıdır, yəni doğum ağrısı çəkən. 
Bir qisim insan zəlil qalmış cəmiyyətlərdə yaxşı işlər görülməyəcəyinə inanır. Məntiqlidir axı, tapşırıq və ya rüşvətlə işə götürülən yerdə kəndçi balası yaxşı işə düzələ bilərmi? 
Bu kimi iddialar nə qədər məntiqli kimi görünsə də, təməldə məntiqsizdirlər. 
Bu kimi fikirləri bildirən insanlar nə qədər haqlı, sərrast görünsələr də, işin məğzində insanı süstlüyə, təslimçiliyə sövq edirlər. 
Riyaziyyat elə deyil. Ümumi tendensiya budur, amma filan qədər işə düzəlmə ehtimalın var deyir. Sən, indilik universitet imtahanlarına hazırlaş, yaxşı fakültədə təhsil al, orada isə, bir baxdın, yaxşı dost qazandın. O da səni gələcəkdə işə götürdü və ya hansısa mövqeyə tövsiyə etdi. 
Rasional, yəni ağıl və məntiqlə, hesab-kitaba əsaslanan düşüncə insanı qorxutmadan, hətta həvəsləndirərək irəliyə getməyə sövq edir. 
İrrasional düşüncə isə ruh düşkünlüyü yaradır. 
Doğrudur, irrasionallıq, yəni hissiyyata qapılmaq bəzən həvəsləndirə də bilir. Yoxsa o qədər insan Avropadan qalxıb Yaxın Şərqə 5 000 kilometr səlib yürüşlərinə gəlməzdi. Amma o insanları hissiyyat ayağa qaldırsa da, inanın, hesab-kitab məqsədə çatdırdı. 
Bəli, cəmiyyətdə vəziyyət zaydır, dəyişməlidir. Amma bu zay sistemdə belə yenə iş görmək lazımdır. 
Rüşvət alınan universitetdə yaxşı təhsil vermək olar. Sən rüşvət alma, öz işini yaxşı görməyə çalış. 
Atasının gül balalarının at oynatdığı şirkətlərdə də bir yerə gəlmək olar. İşini yaxşı bacar. 
Yetər ki, özünə qarşı dürüst ol, tərəfdaşınla dürüst ol, cəmiyyətə də dürüst davran. 
Camaat səni başa düşər. 
İnsanlar oyaqdırlar, onları "Gəlin, yatax" deyə daha da zəlil vəziyyətə salmayaq.
Togrul İsmayıl
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL