Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Hakimiyyət cəmiyyətlə daha mülayim davranmağa hazırlaşır?..

Tarix:23-02-2017, 14:17 Baxış Sayı:192

Hakimiyyət cəmiyyətlə daha mülayim davranmağa hazırlaşır?..

Artıq bir neçə gündür ki, cəza tədbirlərinin və mühitinin mülayimləşdirilməsilə bağlı geniş açıqlamalar verilsə də, alternativ cəza sisteminə və daha mülayim hüquq siyasətinə keçidlə bağlı yeniliklər önə çəkilsə də nədənsə bu, hakimiyyətin arzuladığı ictimai rezonansı vermir, insanlar deyilənləri dinləyir və bəlkə də tənbəl-tənbəl əsnəyirlər.


Amma məsələ heç də sıradan olan bir olay deyildir və geniş ictimai diqqətə layiqdir. Avropa Şurasının ekspertləri hələ neçə illər bundan əvvəl bildirirdilər ki, Azərbaycanda məhbusların sayı cəmi 10 milyon əhalisi olan bir ölkə üçün olduqca çoxdur və bu səbəbdən də müəyyən mülayimləşdirmə tədbirləri aparılmalıdır...


İndi aydın olur hökumətimiz də başa düşməyə başlayıbdır ki, hər məsələyə görə adamları tutub dərhal damlamaq olmaz, başqa bir cəza sistemi və ən əsası da islah mexanizmləri tətbiq etmək mümkündür.


Bəlkə cəmiyyətin bu yeniliklərə bir az passiv münasibətinin, hətta diqqətsizliyinin də əsl səbəbi elə budur. Hamı düşünür ki, əslində bütün bunlar bir neçə il bundan əvvəl olmalı idi.


Təsadüfi deyil ki, ayaqüstü söhbətləşdiyimiz bir “orta statistik vətəndaş”ın məsələyə münasibəti də elə bu səpkidə oldu. Mənim məsələ ilə bağlı qısa “şərh”imi dinləyəndən sonra bütün bunlara bircə replika ilə münasibətini bildirdi: “Neyləsinlər? Həbsxanalar artıq adamla dolub!”...


Düzdür, məsələyə ictimai marağın azlığı başqa bir səbəblə də bağlıdır - insanlar daha çox qiymətlər və böhran haqqında düşünürlər. Dəhşətlisi odur ki, hətta bayramlar da daha insanlara sevinc gətirmir. Hamı kədərlə “ Novruz da gəlir...” deyir. Səbəbi bəllidir. Manat artıb-azalır, qiymətlərsə yalnız bircə istiqamət bilir - durmadan artırlar...


Amma düşünürük ki, hətta böhran da diqqəti əvvəl bəhs etdiyim məsələdən - daha mülayim pentensiar siyasətlə bağlı məqamlardan heç bir halda ayırmamalıdır, çünki bəzən anormal qanunlar və hüquq praktikası da insanların ayağında bir buxova çevrilir, onların kreativliyini azaldır, təşəbbüskarlığı boğur.


O üzdən biz də çox istərdik ki, hüquqi islahatlar daha da dərinləşsin, çünki belə bir məsəl vardır ki, dövlət iki halda dağılır: cinayət olmadığı təqdirdə cəzalar tətbiq olunur və yaxud da əksinə, cinayət olur, amma bunun cəzası verilmir...


Məsələn, niyə insanlar bəzən qanunları pozmalı olur? Ona görə ki, bir çox hallarda qanunları pozmaq və onlardan başqa üsullarla yan keçmək həmin qanunlarla yaşamaqdan və işləməkdən daha sərfəli olur.


O səbəbdən də bir daha demək olar ki, ifrat sərtlik heç də həmişə arzuolunan nəticəni verə bilmir. Fizikada Le-Şatlye prinsipi deyilən bir qanun var və mənası da budur ki, hər bir tendensiya gec-tez özünə əks tendensiya doğurur.


İdarə edənlər düşünür ki, nə qədər çox yasaqlar və qadağalar tətbiq etsələr insanları daha çox nəzarətdə saxlaya biləcəklər. Amma əvvəldə dedik ki, yasaqlar çoxaldıqca onları pozmaq meyli, hətta zərurəti də artır - ən azı ona görə ki, insanlar buna məcbur olur, yaşamaq, çalışmaq üçün başqa yol görmürlər...


Ona görə də ölkədə hüquqi siyasətin mülayimləşməsini yalnız və yalnız təqdir etmək olar - gec də olsa, hökumət bunu başa düşübsə, bunun özü də irəliləyişdir.


Bir daha çox istərdik ki, proses bir az da dərinləşsin və hüquqi tədbirlər əsl sistemli hüquqi islahatlara çevrilsin. 
Məsələn, çox istərdik ki, sözə və ya fikrə görə insanların təqib olunmasına son qoyulsun və belə hallarda ən uzağı kiçik cərimələr və yaxud da qısamüddətli islah işləri tətbiq edilsin!


İnanın, Avropa Şurasının üzvü olan ölkədə belə bir arzuda bulunmaq gülməli və hətta gülüncdür. Amma nə edək? İnsanları hələ də yazdıqları və ya dedikləri fikrə görə təqib edirlər.


Bəli, deyə bilərlər ki, belə deyil, bu qəbildən hüquqi təqibə məruz qaldığı iddia olunanlar əslində başqa maddələrlə cəzalanıblar. Amma gəlin heç olmasa, arabir, ayda, ya ildə bir dəfə səmimi olaq - axı buralar kiçik ölkədir və hamımız hər şeyi yerli - yataqlı bilirik.


Nə isə... Bir daha ümid edirik ki, belə hüquqi mülayimləşdirmə tədbirləri, hətta siyasəti davamlı olacaqdır. Ona görə ki, biz bir-birimizə azadlıq verməmişik ki, istədiyimiz zaman da onu alaq...

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL