Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Girdabın dibində “irəliyə addım”

Tarix:3-04-2017, 15:54 Baxış Sayı:253

Girdabın dibində “irəliyə addım”

Qatı diktatura rejimlərindən fərqli olaraq, demokratik dövlətlərdə, eləcə də az-çox demokratiya işartıları olan ölkələrdə seçki ehtirası güclü olur.

Qatı diktaturalarda ona görə seçki ehtirası güclü olmur ki, hamı seçənin də, seçilənin də kimlər olacağını seçkidən çox-çox əvvəl, hətta seçki kampaniyası başlamazdan bilirlər. Ona görə də ortada nə seçib-seçilmək həvəsi qalır, nə də hər hansı bir intriqa.

Ancaq demokratik dövlətlərdə son günə qədər seçki qutusundan, yəni sandıqdan kim(lər)in adının çıxacağı bəlli olmur. Bu üzdən seçki kampaniyası çəkişməli, qızğın, gərgin keçir.

Məsələn, ötən ay Hollandiyada keçirilən parlament seçkilərində hansı partiyanın qələbə qazanacağını proqnozlaşdırmaq, praktik olaraq, mümkün deyildi. Ən obyektiv sorğu mərkəzlərinin hesabatı iqtidar partiyası və müxalifət blokunun şansını ya bərabər göstərirdi, ya da müxalif blokun cüzi səs çoxluğu ilə qələbə qazanacağını iddia edirdi.

Bu baxımdan Hollandiyadakı seçkilərin nəticələri gözlənilməz oldu. Ancaq bu gözlənilməzlik izahedilməz deyildi. Hakim partiyanın seçki ehtirasını süni şəkildə qızışdıraraq, müxalifətin başlıca döyüşçü şüarını əlindən alması, Türkiyənin simasında özünə “xarici düşmən” qazanması seçkini udmasının əsas səbəbi göstərilir.

Srağagün demokratiya ilə uzaqdan, yaxından əlaqəsi olmayan Ermənistanda keçirilən seçkilərdə seçib-seçilmək şövqü ona görə şiddətli idi ki, neçə vaxtdır bu ölkədə klanlararası müharibə gedir və onun ehtirası seçkilərə yansımışdı. 
Ancaq göründüyü kimi, Ermənistandakı seçkinin nəticələri gözlənilməz olmadı: hakim partiya yenə də seçki birincisi (seçicilərin tən yarısının səsini “toplamaq”la) oldu. İkinci yeri tutan blokun da prezidentə yaxın olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, Ermənistandakı seçkilər ənənəvi qaydada, tanış müstəvidə keçirilib.

Zatən, hələ seçkidən əvvəl bir sıra siyasi xadimlər, o cümlədən vaxtilə bu ölkəni idarə etmiş LevonTer-Petrosyan və RobertKoçaryan seçki kampaniyasının obyektivliyini şübhə altına almış, ədalətin pozulduğunu, şəffaflıq olmadığını və bunun seçkilərin nəticələrinə mənfi təsir göstərəcəyini bəyan etmişdilər.

Köçaryan 2 aprel seçkisinin “pul kisələrinin həyasız müharibəsi” adlandırmışdı. Keçmiş prezident belə deyərkən, seçkilərə qatılan, daha çox deputat mandatı qazanmaq istəyən qüvvələrin seçici səslərini pul gücünə almağa çalışdıqlarını, piara daha çox pul xərclədiklərini nəzərdə tuturdu.

Ortada dolaşan pullar isə keçmiş yüksək mənsəbli şəxslərin,eks-nazirlərin korrupsiya hesabına topladıqları vəsaitlər idi. 
Bu baxımdan Ermənistanda hansı qüvvə seçki birincisi olsa da, bu, nə Ermənistandakı real vəziyyəti, nə də onun xarici siyasətini dəyişəcək gücdə deyildi. Sadəcə, bir millətçi-korrupsioner komandanı digər korrupsioner-millətçi komanda əvəz edə bilərdi. Bu isə baş vermədi.

Seçki ehtirası nə qədər şiddətli olsa da, o qədərini heç kim gözləmirdi. Hamı anlayırdı ki, prezident Sərkisyan və onun əlindən hər şey gələn komandası düzüb-qoşacaq, özü qalib gələcək.

Ancaq bu seçkilərin Ermənistan üçün yeganə faydası seçki kampaniyasının plüralizm atmosferində keçirildiyi görüntüsü yaratması, bir də seçkinin nəticələrinin “Avropa ölkələrindəkeçirilən seçkilərin nəticələri”nəbənzədə bilməsidir. 
Görək, üfürülən kül Avropa üstqurumlarının, qüdrətli siyasi dairələrin gözünü tutacaqmı?

Hər halda, Ermənistan müxalifəti seçkilərdə çoxsaylı qanun pozuntularına, neqativ hallara yol verildiyi barədə ortaya çoxlu sənəd-sübut qoyub. Bunlar, əlbəttə ki, seçkinin nəticələrinə ciddi təsir göstərməyəcək və böyük ehtimalla avropalı müşahidəçilər bu seçkini “irəliyə doğru addım” adlandıracaqlar.

25 ildir ki, belədir. Bu sayaq seçkilər keçirə-keçirə “irəliyə addımlar atan” Ermənistan isə hələdə girdabın dibindədir.

 

Xalid Kazımlı

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL