Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
İndi Rusiya tərəfdə böyük bir peşmançılıq hökm sürür. Bu ölkənin təhlilçiləri ciddi şəkildə yazırlar ki, ABŞ-Rusiya münasibətləri sözün əsl mənasında demokratlarla respublikaçılar arasında hakimiyyət savaşına çevrilibdir.
Amma bu, real vəziyyəti bir qədər təhrif etməkdir. Məsələ ondadır ki, Konqresdə məhz respublikaçılar üstünlük təşkil edir.
Üstəlik də hörmətli D.Trampın adamlarının Rusiya ilə əlaqələrini araşdıran kəşfiyyat komitəsinə də başqa partiyanın deyil, elə Trampın özünün də aid olduğu respublikaçılar partiyasının təmsilçisi başçılıq edir. Deməli, məsələ artıq ənənəvi partiyalararası çəkişmə çərçivəsindən çıxıbdır, çünki respublikaçıların bir hissəsi Trampa heç demokratlardan az müxalifətçilik etmirlər...
Problem tək bununla da bitmir. Bu günlərdə ABŞ-ın dövlət katibi R.Tillersonun Rusiyanı təcavüzkar dövlət adlandırması Rusiya siyasət adamlarını bir az da məyus edib. Beləliklə, V.Putin nə qədər D.Trampla görüşə hazır olduğunu bildirsə də ABŞ-da buna qarşı nəinki etinasızlıq, hətta bir az da soyuqluq duyulur.
Bəli, D.Tramp seçki vaxtı dediklərini reallaşdıra bilmir. Böyük ehtimalla gələcəkdə də edə bilməyəcəkdir. Hələ seçki vaxtı dəfələrlə yazmışdıq ki, ABŞ siyasətində institusionallıqla personallığın sərhədini bilmək və bir az təəccüblü görünsə də, Amerika siyasətinin məğzini tutmaq istəyirik...
İndi daha çox “institusionallıq modeli”nin üstünlük təşkil etdiyini duyuruq. Amma yekun söz demək üçün hələ tezdir. Bir az da gözləmək lazım gələcək. Hər halda, Tramp qarşısındakı maneəni hiss edir və belə güman etmək olar ki, həmin maneə onun əsl kabusuna çevriləcəkdir.
Qalan məsələlər prinsipcə, aydındır. Bu il Avropda da müəyyən məsələlərə aydınlıq gəlməlidi. Bu da elə yaxınlarda olacaq. O vaxt “yeni” Amerika ilə “yeni” Avropanın münasibətlərinə aydınlıq gələcək.
Burada mən bir məsələni də qeyd etmək istərdim. Vahid Avropa ideyasının tarixi yüz illərlə ölçülsə də, prosesin əsas “mühərriki” uzun müddət başqa bir ölkə yox, ABŞ olub.
Böyük ehtimalla ABŞ artıq özünün bu missiyası haqda daha real düşünməyə başlayıb, çünki tamam müstəqil Avropa ona da gərək deyil. Təsadüfi deyil ki, D.Trampın görüşdüyü ilk simalardan biri də məhz İngiltərənin baş naziri T.Mey oldu. Güman, İngiltərənin AB-dən çıxması müəyyən mənada ABŞ-ı da narazı salmır. Çünki hələ Çörçillin vaxtından İngiltərə ABŞ-la sinxron siyasət yürüdüb.
Bir daha deyirik ki, birləşmiş Avropa çox müstəqil olmaq istəyir. Məsələn, bu günlərdə ABŞ rəsmisi R.Tillerson Türkiyəyə də səfər etdi. Dövlət katibinin bu səfəri bir daha göstərdi ki, Yaxın Şəqrdəki bəzi siyasi nüanslara, eləcə də F.Gülən məsələsindəki ziddiyyətlərə baxmayaraq indi də Türkiyə ABŞ üçün əsas müttəfiqlərdən biri olaraq qalır. Avropa isə bunu heç cür anlamaq istəmir, Türkiyəyə qarşı elə siyasət yürüdür ki, sanki Türkiyə heç NATO üzvü deyil, sanki onların müttəfiqi deyildir. Elə buna görə də ABŞ-la Avropa arasında bir azacıq soyuqluğun yaranmasını başa düşmək elə də çətin olmaz. Təbii ki, onlar arasındakı indi yaranmış münasibətlərin yalnız Türkiyəyə görə olduğunu zənn etmək məsələni təhrif etmək olardı. Əsas detal odur ki, birləşmiş Avropa çox müstəqillik arzusundadır...
Doğrusu, “İl çox maraqlı olacaqdır” yazmaqdan artıq yorulmuşuq. Demirik ki, belə yanaşma özünü doğrultmadı. Xeyr, doğrultdu. Amma müəyyən siyasi düyünlərin açılmasına ehtiyac vardır. Proses isə yubanır. Hər bir halda, adamı belə bir detal sakitləşdirir ki, əbədi heç nə yoxdur...
Bütün hallarda belə hesab etmişik ki, ABŞ - ın Cənubi Qafqaz siyasətində böyük dəyişiklik olmayacaq. Bu vaxta qədərki ABŞ rəhbərləri Cənubi Qafqazdakı münaqişələrin çözülməsi üçün nə etmişdi ki, Tramp da durub bunu etsin?..
Amma Rusiya qarşısında bir dirəniş, müqavimət görməyəndə çox qorxulu olur. Ermənistan artıq Azərbaycanı “İsgəndər”lərlə hədələyir. Təbii ki, bunu elə də ciddi qəbul etmirik, çünki həmin raketlər sadəcə, Rusiyanın Ermənistandakı hərbi bazasında yerləşib, üstəlik Ermənistanla Rusiya, səhv etmiriksə, birgə hərbi komandanlığa keçib.
Ermənistanda da hərbi qərarlara artıq onun hərbi naziri deyil, elə Rusiyanın müdafiə naziri - S.Şoyqu sərəncam verir. Ermənistan isə bu prosesdə özünün yiyəsini görüb ürəklənən qulağıkəsik köpəyə bənzəyir.
Ona görə də təhlükə yalnız Rusiyadan gələ bilər. Rusiyanın ambisiyalarınısa yalnız ABŞ cilovlaya bilər. Biz də elə bunu gözləməkdən yorulmuşuq...
Hüseynbala Səlimov