29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Keyfiyyəyli təhsilin təşkili həm də ölkənin, dövlətin yaxşı perspektivinin zəmanətidir. Yəni strateji əhəmiyyətlidir. O üzdən son illər Azərbaycan təhsilinin uğuru və qüsurları haqda ölkə mətbuatında, həmçinin ictimai rəydə səslənən ən primitiv fikir, xəbər belə diqqətdən kənarda qalmır.
Təhsil sistemindəki nəzərəçarpacaq son dəyişikliklərdən və səs-küylü hadisələrdən biri də müəllimlərin diaqnostik qiymətləndirilməsi oldu.
Əvvəla, yada salaq ki, diaqnostik qiymətləndirməni zəruri edən səbəb hansı idi?
Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası”nda təhsil alanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsil verənin formalaşdırılması hədəfi qoyulub. Göstərilən hədəfə nail olmaq üçün müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsi, müəllim peşəsinin, nüfuzunun artırılmasını təmin edən yeni sistemin yaradılması nəzərdə tutulub.
Bu istiqamətdə 2014-cü ildə Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 30 mindən çox müəllimin bilik və səriştəsinin diaqnostik qiymətləndirilməsi keçirilib. 2015-ci ilin noyabr-dekabr aylarında Gəncə, Sumqayıt, Şirvan şəhərləri, Abşeron, Cəlilabad, Hacıqabul, Xaçmaz, İmişli, Qubadlı, Masallı, Saatlı, Sabirabad rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi baş tutub.
Ötən ilin noyabr-dekabr aylarında qiymənləndirmə ölkənin 26 rayon və şəhərində davam etdirilib. Sualların 80%-dən çoxuna düzgün cavab verən müəllimlər daha çox alman, fransız dili, kimya, tarix, coğrafiya, rus dili və ədəbiyyatı fənlərini tədris edənlər olub. Fənlər üzrə müəllimlərin topladığı orta bala əsasən, ən aşağı nəticələri rus bölməsində Azərbaycan dili, ləzgi dili, ərəb dili, fiziki tərbiyə və ibtidai sinif müəllimləri göstəriblər. Qiymətləndirilmənin nəticələrinə əsasən aşağı bal toplayan müəllimlərin ehtiyacları müəyyənləşdirilib. Onlara xüsusi təlim proqramları hazırlanıb və ixtisaslarının artırılması üzrə təlimlər təşkil edilib.
Bunlar prosesin müsbət və artıq nəticələrə görə tədbir görülən tərəfidir. Bir də məsələnin hələlik sual altında qalan tərəfi var. Məsələn, 2015-ci ilin sentyabrında respublikanın müxtəlif şəhər və rayonlarında müəllim vəzifəsində çalışan, təhsil sənədi dövlət nümunəli olmayan 600-ə yaxın müəllim aşkar edilib. Onlarla bağlanmış əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri gözlənilməklə xitam verilməsi yerli təhsili idarəetmə orqanlarına tapşırılıb. Eyni zamanda, 2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən müəllimlərin təhsil sənədləri yoxlanılıb və 500-ə yaxın müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkar edilib. Müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində nazirlik tərəfindən işləri aparılıb.
Amma bütün bu məsələlər təhsilin gələcəyinin diaqnozunu qoymağa hələlik imkan vermir. Və daha dərin araşdırmaların nəticəsində indilik təqdim olunan rəqəmlərin artan istiqamətdə dəyişməyəcəyinə də zəmanət yoxdur.
Yəni yaranan ümumi mənzərə budur ki, ölkədə həyatının uzun müddətini (bunu yaxşı və ya pis etməsi hələlik müzakirə mövzusu deyil-red.) təhsilə, dərs deməyə, məktəbə, şagirdlərə həsr edən və ya həsr etdiyini düşünən böyük bir ordu rəsmi dövlət qurumu ilə üzbəüz durub. Bu uzun sürən məhkəmə prosesləri, əsəbləri dözməyənlərin hansısa aqressiv hərəkəti, baş verən qarışıqlıqda şəxsi maraqlardan istifadə edən adamların səs-küy yaratması deməkdir. İstənilən halda, yəni rəsmi sənədlərə əsaslansaq, haqsız olacaq tərəf müəllimlər, daha dəqiqi, indiyə qədər müəllim olduqlarını düşünənlər və qiymətləndirilməyə buraxılmayanlar olacaq. Amma məsələyə bir də mənəvi borclar pəncərəsindən baxılsa, diaqnostik qiymətləndirməyə buraxılmayanlara dabir qədər haqq vermək olar. Yuxarıda da qeyd edildiyi kimi, ən azından ona görə ki, onlar bu işə demək olar bütün həyatlarını həsr ediblər və bu sahə həm də insanların əməkhaqqı alıb ailələrini dolandırdığı yer olub.
Yenə də istənilən halda üz-üzə qalan tərəflərin - Təhsil Nazirliyinin və qiymətləndirilməyə buraxılmayan müəllimlərin özlərinin də ədalətli davranacağına ümidlər böyükdür. Amma bu məsələ üstündən sadəcə ötülüb keçiləsi hadisə deyil. Çünki ortada çoxsaylı suallar var. Məsələn,
bu işdə ədalət hardadır? Yəni nazirlik və narazı vətəndaşlar hansı mövqeyi tutmalıdırlar? Prosesi müşahidə edən tərəfə, ictimai rəyə hər şey detallı izah edlidikdən sonra kimə bəraət qazandırılacaq? Kim günahkar olacaq? Ya da məsələn dörd-altı il əziyyət əziyyət çəkib ali təhsil alan müəllimlə, saxta diplomlu müəllim bir məktəbdə dərs verəsi olsa bu birinciyə, oxuyub gələnə, psixoloji təzyiq olmayacmı? Kim qarantiya verəcək ki, növbəti etiraz dalğası onlardan gəlməyəcək? Bəs bu məsələyə göz yummuş dövlət qurumu həm suç ortağı, həm də haqlı olanı müdafiə edə bilməmək kimi ikili mövqeyində sonacan necə davam gətirəcək? Bundan başqa, saxta diplomlu müəllim şagirdə bəlli mərhələdən, diaqnostik qiymətləndirmədən sonra nə və necə öyrədəcək? Bu müəllim-şagird münasibətlərinin gərginləşməsinə gətirməyəcəkmi?!..
Ən vacibi, həm də təhlükəli daha bir məqam: Keyfiyyətli təhsili savadlı və bacarıqlı kadr verə bilər. Saxta diplomlu kadrlara şans vermək dövlət qurumlarını bu məqsəddən yayındırmış olmayacaqmı?
Suallar ən azı faktlar qədər çoxdur. Onların cavablandırılması da, faktların araşdırılması qədər vacibdir. Yəni SSRİ-nin dağılması dövründən müxtəlif ali və orta ixtisas məktəblərindən saxta diplom alan, ali və ya orta ixstisası olmayan, amma orta məktəbdə dərs saatı alan “müəllim”insistemə necə daxil ola bilməsi məsələsi araşdırılmaya bilməz. Çünki bu, üzərinə zamanında gedilməsə, gələcəyin sosial problemidir. O üzdən diaqnostik qiymətləndirmədən sonra hələlik kənarda qalan, ya da kənarda qalacağını düşünərək aqressivləşən, bəlkə də depressiv duruma düşən insanlar, müəllimlərlə bağlı verilən qərarlar min ölçülüb, bir biçilməlidir. Çünki bu, “onlarla insan bundan sonrakı həyatına necə və kim olaraq davam edəcək, maddi problemlərini hansı yollaçözəcək?” sualının cavabdır həm də. Amma əsas sual saxta sənədlərlə pedaqoji fəaliyyətlə məşğul olanların övladlarımıza hansı keyfiyyətli təhsili verə biləcəyidir.
Deyilənlərə onu da əlavə etmək olar ki, bu mərhələdən sonra ölkədə saxta diplomların verilməsi, təsdiqlənməmiş diplomlu mütəxəssisə iş verilməsi və sair kimi cinayət tərkibli hərəkətlərlə bağlı da ciddi ölçülər götürülməlidir. Yəni bu məsuliyyət təkcə bir dövlət qurumunun üstünə atılacaq məsələ deyil. Bütövlükdə müvafiq dövlət qurumlarının, aidiyyəti təşkilatlarının xüsusi diqqətdə saxlamalı olduqları məsələdir.
Fərd olaraq hər birimizin üzərinə düşən isə saxta yolla peşə sahibinə çevrilməklə gələcəyimizi baltalamamaqdır. Bütün hallarda çoxları bu yolu şüurlu şəkildə seçib.
Sonda bir sual da var, bəlkə saxta sənədlilər indi ziyanın yarısından özləri geri qayıtsınlar, dərs otaqlarını əsl peşə sahiblərinə özləri təhvil versinlər?!
Jalə Mütəllimova