Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

İzah etməyə nə var ki? Çətini dəyişməkdir...

Tarix:8-06-2017, 13:50 Baxış Sayı:237

İzah etməyə nə var ki? Çətini dəyişməkdir...

Avraam Linkolnun sözüdür ki, ictimai rəyi formalaşdıranlar qanunları qəbul edənlərdən daha güclüdürlər.

Bəli, bu sözləri heç də erudisiyamı nümayiş etdirmək üçün yada salmadım. Lap bu günlərin söhbətidir. Metroda iki nəfərin əlində qəzet gördüm. Niyə görəsə birdən xəfif bir kədər bürüdü məni. Düşündüm ki, kağız media ilə vidalaşmağa tələsmədikmi?
Yox, mən bəziləri kimi “Eh, keçmişdə...” və yaxud da “Bizim vaxtlarımızda...” kimi ifadələri sevən adam deyiləm. Ona görə ki, nə qədər sıxılsam da böyük hesabla tərəqqiyə inanıram. Hətta bəzi sferalardakı geriləmələr belə məndə bədbinlik yaratmır. Ona görə ki, bu həyat deyilən fenomen çox geniş anlam ehtiva edir özündə: həyat təkcə siyasi və ictimai qayğılarla məhdudlaşmır, bunun texniki-iqtisadi tərəfləri, mədəniyyəti, idmanı, elmi də var...


Bəs onda problem nədədir? Ondadır ki, məsələ medianın kağız və elektron formasında olub-olmamasından çox onun nəyə qadir ola bilməsindədir. Düşünürəm ki, biz nə qədər ictimai rəyi formalaşdıra bilirik? Yazılarımıza “giriş”lər təsəlli üçün əsas verirmi?


Bəli, problem bundadır. Həyatda hər şey nəticə ilə ölçülür. Nəticə isə yoxdur. Ona görə ki, cəmiyyətin reaksiyasını görmürük. 
Yenə bir sözü qoyub o birisinə keçirəm. Elə bu yaxınlardaca indi PR deyilən sahənin yaradıcılarından birinin - E.Bernaysın qısa bioqrafiyasını oxuyurdum. Ağlıma gələn ilk söz heç bilirsinizmi, nə oldu? Düşündüm ki, ictimai rəy üzərində, bax, belə, bu cür işləmək lazımdır. Amma ki, bunun üçün cəmiyyət və siyasi quruluş açıq olmalıdır. Üstəlik də cəmiyyətin rəyinin, ictimai rəyin sosial-siyasi sanksiyası olmalıdır.
Amma hər şeyə bir bəhanə “tikmək” də düzgün deyildir. Çalışmaq lazımdır. Sadəcə, problem ondadır ki, ictimai rəy uğrunda tək bizlər - jurnalistlər və ictimai fəallar mübarizə aparmır, elə bizim hökumətimiz də bu “xüsusda” çox böyük işlər yapır.


Amma daha bir problem odur ki, bizim hökumətimiz müstəqil media və ictimai strukturlarla azad rəqabət və ya yarış aparmır. Hökumətin bircə cəhətini qiymətləndirmək olar ki, instinktiv olaraq təhlükəni duyurlar və dərhal da onu qapayırlar. Özlərinə əziyyət verib iş görmürlər, sadəcə, iş görmək imkanlarını qapayırlar ki, tamam-kamal sakitlik olsun...


Jurnalistika da haradasa ictimai rəy texnologiyasıdır. Hərçənd, bunu “modern” jurnalistikanın nəzəriyyəçiləri qəbul etmirlər. Onlara görə bu peşənin missiyası yalnız xəbər çatdırmaqdır.


Amma xəbər özü belə ictimai rəyə təsirsiz ötüşmür. Çünki xəbər də “Nə? Harada? Nə vaxt?” suallarından savayı bəzən “Niyə?” sualına da cavab verir.


Həm də jurnalistikanı yalnız xəbərlə məhdudlaşdırmaq ağacın bütün qol-budaqlarını qıraraq təkcə kötüyünü saxlamağa bənzəyir. Kötük isə yalnız yandırmaq üçün yararlı olur...


Qərəz, burada müxtəlif jurnalistika konsepsiyaları ilə başınızı ağrıtmayacam - məktəblər çoxdur, hər birinin də özünün yanaşması var. Əsas odur ki, bütün hallarda bu ölkədə də jurnalistika qalıb. Məsələ isə onu necə inkişaf etdirməkdən və ondan necə faydalanmaqdan ibarətdir. Necə ki, bir vaxtlar K.Marks yazırdı: “Filosoflar dünyanı çox izah ediblər, amma məsələ onu dəyişməkdən ibarətdir”.


Bir qədər məzəli alınmasın, elə biz də jurnalistikanı müxtəlif cür yoza bilərik, ona müxtəlif təriflər verə bilərik. Amma vəzifə onu dəyişməkdir. Eləcə də ictimai rəyi də, durumu da çox yozmaq olar, müxtəlif versiyalar söyləmək olar, ictimai süstlüyə bəraət qazandırmaq üçün ən müxtəlif və bəlkə də biri-birindən ağlabatan arqumentlər səsləndirmək olar. Amma ki, bütün bunlar bir fayda gətirməyəcək. Fayda o vaxt olar ki, jurnalistika və eləcə də ictimai rəy dəyişsin...


Bunu etmək cəhdləri isə yoxdur, ya da olduqca azdır. Mövcud olanlara haradasa haqq qazandırmaq və bəraət fikirləşmək onu dəyişdirməkdən qat-qat asandır. Elə bu səbəbdən də siyasi fəallar da “Neyləyək? Cəmiyyət belədir!” deməməlidirlər. Ona görə ki, dərhal bir sual yaranır: “Siz onu, yəni cəmiyyəti dəyişmək üçün cəhd etdinizmi?”.


Eyni sözləri də jurnalistlər haqqında demək mümkündür. Bütün dünyada hakimiyyətlər müqavimət görməyəndə repressivliyə meylli olurlar. Səbəbi də aydındır: böyük hakimiyyət kimə mane olur ki?.. Bu aspektdən yanaşanda media da bir hakimiyyət növüdür. Elə A.Linkolnun sözlərini də buna görə xatırladım. Bu baxımdan yanaşanda bir az artıq “hakimiyyət” olmaq heç biz jurnalistlərə də mane olmazdı...

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL