Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Canavarlar və ədalət

Tarix:14-06-2017, 12:17 Baxış Sayı:282

Canavarlar və ədalət

Avstriyanın paytaxtı Vyanadakı Baytarlıq Təbabəti Universitetinin alimləri itlər və canavarlar üzərində apardıqları yeni elmi eksperimentin nəticələrini açıqlayıblar. Eksperiment haqda az sonra, bir az bu heyvan sevgisi temasında fikirlərimi yazım, fürsət düşüb. 

Görün camaat insan təbabətini öyrənib artıq hansı mərhələyə keçib - heyvanların sağaldılmasını ayrıca universitetdə tədris edirlər. Bizdə isə hələ də peşəsini yaxşı bilməyən həkimə “baytar” deyə lağ eləmək kimi idiotizm var. Bunun dialoq formasını həyatında azı bir dəfə eşitməmiş adam yoxdur: “- Necəsən? - Nəyinə gərək, həkimsən? - Hə, baytaram”. Məncə, baytara münasibət 21-ci əsrdə xalqlar haqda fikir, rəy formalaşdırmağın önəmli lakmus kağızıdır. Hansı xalq baytar peşəsini lağa qoyursa, demək hələ ibtidai icma quruluşunda yaşayır, idarəedici dinozavrlardan qorunmaq üçün mağaraya sığınıbdır. Örnək üçün, bir çox dünyada tanınan it cinslərini, sizcə, kim yetişdirib? Ovçarkadan tutmuş rotveylerə, dobermandan pudelə qədər - hamısı Almaniyada ortaya çıxarılıb. İt cinsləri yetişdirmək, it saxlamaq özü də bir mədəniyyət hadisəsidir. Az qala kino çəkmək kimi. Burada bir az söz oyunu eləmək istədim, çünki itlər haqda elmə kinologiya deyilir. 
Bir-iki ay qabaq hansısa rayonda bir iş adamı öz itinə toy mərasimi düzəltmişdi. Əcəb də eləmişdi. Ancaq cəmiyyət bu adi hadisəni görünməmiş hay-küylə qarşıladı, hətta Aşıqlar Birliyi adlı, Vəzirov demişkən, “bambılı” QHT bəyanat yaydı, dedilər, itin toyunda saz çalan aşıq bizim üzvümüz deyil, zurnaçalan üzvümüz idi, onu da qovduq. Dedilər, itin toyunda çalıb-oxumaq guya mentalitetimizə, mənəviyyatımıza, milli dəyərlərimizə zidd imiş.


Halbuki bəşər tarixində bəzi insanlardan daha yararlı itlər saysızdır. Adlarını çəksəm, kitab yazmaq lazım gələr. Elmin inkişafı yolunda təcrübələrdə qurban gedən itlər, kosmosa bizdən qabaq uçan itlər, mina axtaran, cinayətkar tutan, əlillərə qulluq edən... Hansını yazasan? Məmurların restoran məclislərində sazı qulağı ilə, boynunun dalında çalan yaltaq Azərbaycan QHT-si isə itin toyunda saz çalmağı ayıb saymışdı.


İt insanın dostudur, iddialara görə ilk əhliləşdirilən ev heyvanı da elə it olub. Canavardan törəmiş it öz sosial xarakteri ilə də başqa heyvanlardan seçilir. Örnək üçün, bilmirəm bu detala fikir vermisinizmi: it ev heyvanları içərisində yeganə heyvandır ki, həmişə insanın gözünün içinə baxır! Başqa heç bir heyvanda, xüsusən ev heyvanlarında bu yoxdur. Məncə bu, itin insana verdiyi dəyərin əlamətidir. Onlar bizə layiq olduğumuzdan artıq hörmətlə yanaşırlar.


Sözgəlişi, pişiklər haqda bir maraqlı fakt: sən demə, pişiklərin əhliləşdirilməsində insanın rolu çox azdır. Qədimdə pişiklər taxıl anbarlarına doluşan, cürbəcür epidemiya yayan siçanları, gəmiriciləri ovlamaq üçün insan yaşayış məskənlərinə toplanmağa başlayıblar və beləcə insanın yanında qalıblar. Bu mənada, əslində pişiklər bizim yox, biz pişiklərin ev heyvanlarıyıq! Pişiklərin o ədalı, nazlı, tənbəl, laqeyd davranışı burdan gəlir.


Nəhayət, Avstriya alimlərinin eksperimenti haqda. İtlər, canavarlar üzərində eyni vaxtda araşdırma aparılıb. Qəfəsə xüsusi düymə qoyulub, hər dəfə heyvan o düyməni basanda yemək payı alıb. Qəfəslər yanaşı imiş. Sonra düyməni bassa belə bəzi heyvanlara yemək verilməyib. Nəticədə bu ədalətsiz, qeyri-bərabər yanaşmaya dözməyən canavarlar və itlər eksperimentdə iştirakdan imtina ediblər. Bir canavar isə hətta qəzəblənib düyməni gəmirib qoparıb. Qısaca yazsam, canavarların vəhşi olması, ədalətsizliyi yalan çıxıb.


Ən maraqlısı isə itlərin ədalətsizliyə daha dözümlü çıxmasıdır. Alimlər bunu itlərin... insanlar arasında yaşaması və insanlardan ədalətsizlik öyrənməsi, bir növ adətkərdə olmasıyla izah edir.


Bir də cəmiyyətimizdə hansısa vəzifəli tip zəif insanların haqqını basıb yeyəndə, ədalətsizlik edəndə onu canavar adlandırmağa tələsməyin. Yazımın məqsədi bu idi.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL