Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Böhrandan böhran dağı düzəltmək

Tarix:1-08-2017, 13:51 Baxış Sayı:216

Böhrandan böhran dağı düzəltmək

Yaxud, yıxılana balta çalmaq siyasəti

Mövcud komanda hakimiyyət kürsüsünü zəbt edən dövrlərdə ölkədə kifayət qədər problem var idi və bu qədər problemin olması da təbii idi. Ona görə də xeyli adamın içində böyük ümidlər cücərmişdi və “zamanla hər şey həllini tapacaq” qənaəti formalaşmışdı. Hökumət komandası isə “müstəqilliyi yeni əldə etmişik və problemləri zamanla həll edəcəyik” arqumenti ilə çıxış edirdi. Bəli, ölkədə normal idarəçilik olsaydı, xalqımız Sovet dövrünə də, ondan sonrakı milli hökumətə də lənətlə baxmalıydı. Yəni, ölkəyə bu qədər pulun axması fonunda, keçmişdəki bütün problemlər həll edilməli, gələcəyə inkişaf körpüsü çəkilməliydi.

Amma tamam fərqli bir mənzərənin şahidi olduq. İndi bu ölkədə “xalqlar həbsxanası” sayılan dövlətin xiffətini çəkənlər, həmin dövrün qayıtmasını istəyənlər var. Yaxud, 1 illik AXC hakimiyyətinin görüdüyü işləri sadalayırıq, həmin dövrdə görülən işlərin davamını arzulayırıq. Deməli, mövcud hakimiyyət ölkəni elə vəziyyətə saldı ki, neft pullarının gəlmədiyi, müstəqilliyimizin olmadığı günlərə həsəd aparmalı olduq.

Zaman göstərdi ki, ölkədəki acınacaqlı vəziyyət müstəqiliyin yaşıyıla bağlı deyil. Zaman göstərdi ki, ölkənin gündən-günə zəifləməsi yaramaz və yarıtmaz idarəçiliklə bağlıdır. Bu gün kasıb qonşularımız da bütün parametrlər üzrə varlı Azərbaycanı utandıra bilir.

Beləliklə, yüz milyardlarla neft pulunu həzm etdikdən sonra, neftin qiyməti düşməyə başladı və bugünə qədər uğur kimi təqdim edilənlər əridi. Məlum oldu ki, büdcəmiz də, manatımız da, yaşayışımız da neftdən asılı imiş. Allahın verdiyi sərvəti dünyaya satmaqla pul qazanaıblar və bunu “uzaqgörən siyasət” kimi “oformut” ediblər. Digər bütün sahələr isə “koma” vəziyyətində imiş və indi də ayılmaq ehtimalı yoxdur.

Bütün arqumentlər kif bağlayandan sonra hökumət yeni arqumentə əl atdı. “Qlobal böhran var və bu böhran bizə də təsir edir” təbliğatı işə düşdü. Ardınca da elan etdilər ki, islahatlara start veriləcək, anti-böhran tədbirləri görüləcək, lazımsız xərclər ləğv olunacaq, qənaət rejiminə keçiləcək və.s

Bir qrup supersadəlövh adamlar bu dəfə də ümid limitini istifadə etdi. Düşündülər ki, ölkənin ən ağır vəziyyəti hökumətin ürəyinə rəhm salacaq və bugünə qədərki pis əməllərdən tövbə edəcəklər.

Amma bu dəfə ümidlərə daha ağır zərbə dəydi. Hökumət islahat aparmaq, xalqın güzəranını yaxşılaşdırmaq əvəzinə “yıxılana balta çalmaq” prinsipiylə hərəkət etdi. Qiymətlər sürətlə qalxdı, devlavasiyanın zərəri vətəndaşa yükləndi, iş yerləri bağlandı, cərimələr sərtləşdirildi və mənasız xərclər artırıldı. Onsuz da yarımcan vəziyyətdə olan büdcəyə “Avropa oyunları”, “Formula-1”, “İslam Həmrəyliyi Oyunları” ilə ağır zərəblər vuruldu. Sonradan məlum oldu ki, büdcəmizin ağsaqqalı SOCAR Fransada keçirilən Avropa çempionatına, Holandiyada keçirilən qadın futbolçuların çempionatına səxavətlə pul xərcləyib. Bundan əlavə Bolqarıstandan tutmuş, Həştərxana qədər bütün ölkələrdəki xarabalıqların təmirini də hökumətimiz öz üzərinə götürdü. Bir tərəfdən də ölkə vətəndaşlarının Avropaya axın etməsi, intiharlar, xarici şirkətlərin ölkədən qaçması, beynəlxalq reytinq cədvəllərdə sonuncu yerlərdə qərarlaşmaq, xarici borc yükünün artması prosesi baş verdi.

Amma bu qədər cəhənnəm vulkanının püskürməsi də hökuməti dayandıra bilmədi. Bugünlərdə “səxavət pəriləri” Kislovodskdakı sanatoriyanın təmirini də öz üzrələrinə götürdülər və məlum oldu ki, İsrail iqtisadiyyatına da 600 milyon dollar yatırım edilib.

Bəli, hökumət ölkəni böhrandan çıxarmaq əvəzinə, böhran dağı yaratmaqla məşğul olur. Ölkəyə investisiya cəlb etmək, iş adamları üçün ölkəni cazibadər hala gətirmək, qanunun aliliyini təmin etmək, korrupsiyadan imtina etmək əvəzinə, imitasiya ilə məşğul edilər. Fürsətləri imkana çevirmək üçün deyil, imkanları böhrana çevirmək üçün çalışdılar.

Hər gün eşitdiklərimizi, oxuduqlarımızı, görüdüklərimiz bir yerə cəmləyəndə aydın görünür ki, hökumət böhranı dayazlaşdırmağa yox, dərinləşdirməyə can atır. Hətta iri məmurlar da sahib olduqlarını ölkədən çıxarır, komandanın özünün də ölkənin işıqlı gələciyinə ümidi yoxdur. Hamı başa düşür ki, dövlət idarə olunmur. Pullar, obyektlər, bizneslər idarə olunur. Görünən budur ki, məqsədli şəkildə ölkə uçurumun dibinə yuvarlanır. Xalqın yaralı vəziyyətdə olmasına baxmayaraq, baltalamağa davam edirlər. Bunlar “yıxılana balta çalmazlar” məsəlini də özlərinə uyğun “aranjeman” ediblər. Bunlar “yıxılana balta çalmaq vacibdir” prinsipini əsas götürürlər.

Bir sözlə, hər gün müşahidə etdiyimiz fəaliyyətlər böhranın bünövrəsini dağıtmaq üçün deyil, böhran dağı düzəltmək üçündür.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL