Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Biri var idi, biri yox idi

Tarix:7-08-2017, 13:11 Baxış Sayı:248

Biri var idi, biri yox idi

Yaxud, Həkim babanın Simnar xanla dostluğu

Bu ölkənin mənzərəsi çox şəfafdır. O qədər şəffafdır ki, baxmadığımız halda da görə bilirik. Ümumiyyətlə, bu ölkəyə baxmağa ehtiyac yoxdur, bu ölkədə hər şeyi hiss etmək olur. Deyirlər, gözdən əlil adamların hissiyyatı güclü olur. Biz də uzun illərdi bu ölkədəki eyəbəcərliklər bolluğuna kor olmuşuq, amma hamımız ətrafda baş verənləri duyuruq.

Bu ölkədə çoxdandır ki, uşaqlar üçün nağıl danışmırlar. Çünki, cırtdanın yağ-yaxmacı, Məlikməmmədin kəndiri, tıq-qıq xanımın sürməsiylə böyüyən uşaqlara “inkişaf”, “multikulturalizm”, “tolerantlıq”, “analoqsuzluq” nağılları maraqlı deyil. Ona görə də bu ölkədə nağılları böyüklər üçün danışırlar. Həm də nağıl danışanlar nağıllardakı kimi yaşayırlar. Bu xalqa nağıl danışanların hamısının nağıllardakı kimi ucsuz-bucaqsız imarətləri, saysız-hesabsız avtomobilləri, bitib-tükənməyən pulları var. Bəli, 24 ildir ki, milyonlarla adam nağılın sonunda göydən düşəcək 3 almanı gözləyirlər. Amma bu intizara son qoyulmur. Ya almanı kreditlə verirlər, ya alma qurdlu çıxır, ya da ümumiyyətlə olmur. Bizim illərlə qulaq asıdığımız nağılların sonundakı alma da idxaldan asılıdır, həmin almanı da böhran vurub. Hətta məlum olur ki, nağıla biz qulaq assaq da, çox vaxt almanı başqa məmləkətlərin adamları yeyir.

Bizim ağ atlı oğlanlarımız qara masqalı qoca kişilərdi. Pul da onlarındı, səlahiyyət də onlarındı, qanun da onlardı, hökm verən də. Bu qara masqalı kişilər suyun qarşısını kəsmiş əjdahayla döyüşmürlər, su gələn yerlərə əjdaha təhkim edirlər. Bu analoqsuz nağılbazlar” İsrailə 600 milyon dollar sərmayə yatırırlar, Bolqarıstanda xarabalıq təmir edirlər, Cibutiyə tibbi yardım göstərirlər, düşmən ölkənin kilsələrinə pulsuz qaz verirlər və.s

Ən maraqlısı da budur ki, biz böyüdükcə nağılların təsirinə daha çox düşməyə başlayırıq. Nağılbaz nazirlər, deputatlar, icra başçıları, komitə sədrləri bizə çiçəklənmədən danışırlar, biz isə tikan kollarının şahidi oluruq. Yaxud, 116 manatla qayğısız yaşamağın mümkünlüyünü sübut etməyə çalışırlar,biz isə yaşaya biklmək üçün bankın girovuna çevrilirik. Bizə təhsilin, səhiyyənin, məhkəmənin mötəbərliyindən danışırlar, biz isə sağlamlığımızı, hüqumuzu, savadımızı yad məmləkətlərdə təmin etməyə çalışırıq. Yəni, zaman nağılbazları ifşa etsə də, biz nağıllara qulaq asmağa davam edirik. Artıq “biri var idi, biri yox idi” başlanğıcı da öz mötəbərliyini itirib. İndi “heç biri yox idi” girişi reallığa daha çox uyğundu. Bizə “Həkim baba”, “Mətanət”, “Elşən” kimi sırımağa çalışdıqları adamlar Göy göz Kosanın müttəfiqi oldular, Simnar xanın əlaltısına çevrildilər. “Beyrək” kimi təqdim edilənlər axırda Yalıncığın qılıncının altından keçdilər.

Biz nağıllar aləminə səyahətdən imtina edib, gerçəkliyin cığırına düşmək əvəzinə, satılmış Elşənləri, sındırılmış Mətanətləri lənətləməklə məşğul olduq. Halbuki, biz bu adamların əslində Elşən, Mətanət, Həkim baba olmadıqlarını, sadəcə onların masqalarını geyindiklərini qəbul etməliyik. Biz real həyatdakı ağatlı oğlanları, daşları əritmək istəyən Həkim babaları görməyi bacarmalıyıq. Ola bilər ki, gerçək qəhrəmanlar atsız qalıblar, ola bilər ki, həkim babanın dərmanı qalmayıb. Amma bu bizim qaçmağımız üçün bəhanə olmamalıdır. At tapmağın, Qanlı qayaya getməyin yollarını axtarmalıyıq. Göydən 3 alma düşəcəyini gözləyə-gözləyə alma boyda ürəyimiz, zoğal boyda olub. Biz bu yalan nağıllara qulaq asa-asa böyümürük, sürətlə kiçilirik. Babalarımız, nənələrimiz bizə nağıl danışırdılar ki, rahat yataq və rahat oyanaq. Amma bu harın nağılbazlar bizə ona görə nağıl danışırlar ki, heç vaxt oyana bilməyək.

Əlbəttə, yaşadığımız məmləkəti nağıl kimi bir ölkəyə çevirə bilərdik və hələ də gec deyil. Biz bu qorxulu reallıqdan yaxa qurtarmaq üçün, yalançı nağıllara qulaq asmaqdan imtina etməliyik. İşıq gələn tərəfə səsləyənlərin ardınca getməliyik.

İlham Hüseyn

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL