29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Bəlkə də mənim üçün bir qüsur da sayıla bilər - heç cür xatırlaya bilmirəm ki, hansı bəstəkarla baş veribdir bu olay?.. Səhv etmirəmsə, Haydnın həyatında olubdur...
Qərəz, nə başınızı ağrıdım, orkestrin musiqiçilərinin məvacibini verməyirlərmiş. Haydn elə edir ki, musiqiçilər konsertin gedişində bir-bir səhnəni tərk etməli olurlar və maaş verməli olanlar da anlayır ki, biçarə musiqi əhlinin maaşını daha geçikdirmək yaramaz.
Niyə xatırladım bu detalı? Qəfil ağlıma gəldi ki, elə biz də həmin o orkestrə bənzəyirik - bircə fərqlə ki, o musiqiçilərdən fərqli olaraq bizlər də bircə - bircə “maaşımızı” alır və orkestri tərk edirik.
Bəli, fərqimiz məhz elə bundadır- Haydnın musiqiçiləri yenidən orkestrə qayıtmaq üçün, biz isə bir daha ora dönməmək üçün “məvacib” alırıq...
Əvvəllər də bir neçə dəfə yazmışam ki, yazı yazmaq da böyük bir məşəqqətə çevrilibdir. Elə ki, xarici siyasətlə və ya dünyadakı proseslərlə maraqlı bir detal üzə çıxır, adam lap uşaq kimi sevinir, bütün jurnalist təxəyyülünü və yaxud da ki, təfəkkürünü işə salıb nəsə bir şey gətirmək istəyirsən ortaya...
Bu olmayanda isə dilxorçuluq baş alıb gedir, elə yerində qovrulursan ki, bəs görən, nə yazım və necə yazım...
Özümüzdən söhbət düşəndə həmişə O" Henrinin məşhur novellasını xatırlayıram. Bəli, qoca rəssam bir yarpaq şəklilə xəstə qızı sağalda bilir. Özlüyümdə buna “ümid yarpağı” deyir və elə özümüzü də beləcə bir yarpağa bənzədirdim. İndisə məlum olur ki, artıq bütün yarpaqlar, təbii və kağız-hamısı tökülməkdədi və daha onlar güclü küləklərin qarşısında tab gətirmir.
Artıq ən mahir “rəssamın” belə təxəyyülü acizdir bu küləyin qarşısında və bircə o qalır ki, ağacdan qopub adamlara səmimi şəkildə “Daha biz də ümid yarpaqları ola bilmirik” deyəsən.
Bəlkə bunu deməyə də heç elə bir ehtiyac yoxdur. Ona görə ki, külək özü bizi budaqlardan qoparıb atıb və yaxud da atacaqdır. Bizə bəzən elə gəlir ki, hər bir şeyi demək lazımdır, izah etmək lazımdır insanlara, amma insanlar sözsüz də çox şeyi anlamaq, başa düşmək iqtidarındadır.
Bir çox hallarda hər şeyi demək və yaxud da ki, izah etmək çərənçilikdən başqa bir şey olmur- susmaq gərəkən yerdə yalnız susmaq qalır...
Burada yenə də musiqidən kiçik bir detal yadıma düşür. Bir anlığa təsəvvür edin. Pianoçu əyləşir, pianonun qapağını qaldırır, cəmi bircə not səsləndirir və əli havada asılı qalır. Beləcə bir neşə dəqiqə keçir və nəhayət, sonuncu not səslənir və bununla da “əsər” bitir...
Təsəvvür edirsinizmi?.. Bəli, etsəniz də, etməsəniz də belə bir şey olubdur. Lap hamımızın haqqında eşitdiyi və yaxud da reproduksiyalardan gördüyü məşhur qara kvadrat - bəli, K.Maleviçin çəkdiyi qara kvadrat kimi...
Əslində taleyini özü seçənlər gileylənməməlidir. O kəslər gileylənər ki, onların alternativi olmayıbdır. O kəslər gileylənə bilər ki, onların seçim imkanı olmayıbdır.
Hansısa bir səbəbdən bu ölkəni seçənlər bu ölkəni sevməyə məhkumdurlar. Bəli, bəli, çox düz başa düşdünüz - onlar bu ölkəni sevməyə məhkumdurlar. Çarəsizlikdən burada qalanlardan bu, tələb olunmur - onlar uzağı talelərilə barışmaq məcburiyyətində qala bilər.
Gəl, yaşamaq üçün bu ölkəni seçənlər, bəli, bir daha deyirəm ki, məhz seçənlər də heç az olmadı. Elə özümüzü də haradasa onların sırasına aid edirik.
Motivlər müxtəlif ola bilərdi. Elə oldu da. Əksəriyyəti, özü də mütləq əksəriyyəti yenə də bir növ aldananlar idi. Onlar doğrudan-doğruya belə hesab edirdilər ki, bütün çətinliklər, bütün bu sosial-siyasi eybəcərliklər müvəqqətidir, anidir. Təəssüf ki, belə olmadı və onlar aldanaraq burada, bu ölkədə qalmalı-yaşamalı oldular.
Özümüzə gəldikdə isə, motivlər haradasa, “Qumsallıqda qadın” romanının fəlsəfəsinə adekvat idi. Bilirdik ki, çox çətinliklər olacaq və bəlkə də bir nəslə heç “yaxşı günləri” görmək qismət olamayacaq. Gəl, kimsə çətinliklərə çiyin verməli idi, heç olmasa, “ümid yarpağı” olmalı idi. Amma bilmirdik ki, külək o qədər güclü olacaqdır ki, hətta bizləri də budaqlardan qoparıb atacaqdır...