19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Dünya tarixini vərəqləyirsən, faciələrlə doludur. İndiyədək yaşayıb ölmüş 90 milyard insanın bəlkə də yarıdan çoxu böyük və lokal müharibələrin, hərbi yürüşlərin, əməliyyatların, qətliamların qurbanı olub.
Bir ölkə, bir xalq tapmaq mümkün deyil ki, onun tarixində böyük faciələr, qırğınlar olmasın.
Zatən, “dünya fatehi” adlandırılan tarixi şəxsiyyətlərin (Çingiz xan, Əmir Teymur, Nadir şah, Napoleon, Hitler və b.) hamısının hərbi yürüşləri başqa xalqların, günahsız insanların kütləvi qırğını ilə tarixdə yer alıb.
İslam tarixinə baxanda da çoxlu qanlı qırğınlar olduğunu görürük. Səlib yürüşləri zamanı verilən qurbanlar da o cümlədən.
Ancaq günahsız dinc insanların qətlinə münasibət hər zaman müharibədə qurban gedən döyüşçülərin faciəsinə reaksiyadan fərqlənir.
Günahsız qurbanlar, haqsız və amansızcasına qətl edilənlər unudulmur, onların faciəsi yaddan çıxarılmır.
Elə bizim özümüzdə də 20 Yanvar faciəsinin şəhidlərinin anılmasıyla Qarabağ müharibəsinin şəhidlərinin xatırəsinin yad edilməsi arasında fərqlər var. Birinci daha kütləvi və mütəşəkkil şəkildə yad edilir.
Kərbəla çölündə amansızcasına qətlə yetirilmiş imamların faciəsinə bu tarixi aspektdən baxmaq lazımdır. Onların faciəsinin ilahiləşdirilməsi həm qətl hadisəsinin amansızlığı üzündəndir, həm də Kərbəla şəhidlərinin günahsızlığı səbəbindən.
Budur, 1400 ilə yaxındır ki, bu tarixi hadisə, faciə unudulmur, qeyd edilməsi ildən-ilə daha qabarıq, daha parlaq, təntənəli səciyyə alır.
Söz yox, öz milli faciəsini hər il qeyd edən başqa xalqlar, öz qanlı tarixini unutmayan başqa dini konfessiyalar da var. Ancaq onlarla Kərbəla faciəsini qeyd edənlər arasında ciddi bir fərq yaranıb.
Onlar öz faciə günlərini ümumi hüzn günü kimi qeyd edir, yığışıb kədərlərini bölüşür, tarixdən ibrət götürməyə dair sakit, aqressiyasız mesajlar verərək dağılışırlar.
Biz isə bu hüzn gününün tragikliyini göstərmək üçün ildən-ilə daha təsirli vasitələr tapmağa çalışırıq.
Bu tendensiya artıq absurd xarakter almaqdadır.
Hər il din xadimləri, ilahiyyatçılar Aşura günü ərəfəsində möminlərə müraciət edirlər, əzadarlığın, özünə fiziki xəsarət yetirməyin lazım olmadığını bildirirlər. Fəqət aşırı emosional ovqata köklənmiş möminlərin böyük bir qrupu heç vaxt öz dini rəhbərlərini eşitmir, özlərini zəncirlə döyür, xəncərlə yaralayır, nəzərdə tutduqları ekstaz vəziyyətinə çatana qədər özlərini vururlar. Beləliklə, onlar öz dini, mənəvi borclarını yerinə yetirdiklərini düşünərək rahatlaşırlar.
İllərin, əsrlərin təcrübəsi göstərir ki, müxtəlif qadağalarla əzadarlığın qarşısını almaq mümkün deyil. Bu qədər yetkin insanın əl-qolunu bağlamaqla özünə ziyan verməkdən çəkindirmək baş tutmayacaq.
Əslində, ildə bir gün başqasına yox, özünə zərər verən insan cəmiyyət üçün təhlükəli deyil. Bəlkə də buna dözmək, göz yummaq mümkündür. Ancaq hər il bu mərasimə yetkinlik yaşına çatmayan minlərlə uşaq da qatılır. Təbii ki, onların bu tarixi hadisə, faciə ilə bağlı bilikləri azdır, niyə özlərini döydüklərini, bunun nə məna daşıdığını bilmirlər.
Hətta daha azyaşlı uşaqların, körpələrin valideynləri tərəfindən Aşura mərasiminə aparılması, orada fiziki xəsarət yetirilməsi halları da olur. Bunu əks etdirən videosüjetlər və fotoşəkillər sosial şəbəkələrdə dolub-daşır.
Bax, bu, tamamilə yolverilməzdir. Heç kəsin bunu etmək haqqı yoxdur. 2-3 yaşlı körpənin dini inancı ola bilməz. Bunu edən valideynlər öz eqo və mənəvi tələbatlarını ödəmək, özlərini ətrafa göstərmək, necə bir imam sevgisi daşıdıqlarını görk etmək məqsədi güdürlər.
Əzadarlığın müasir dünyada necə əks-səda doğurduğu isə tamam başqa söhbətdir. Keçmişdə bu regiona səfər edən səyyahların burda gördükləri müfaviq mənzərə avropalıları heyrətləndirərmiş. Bu gün Aşura mərasimlərini əks etdirən videsüjetlər və fotoşəkillər elə həmin gün bütün dünyaya yayılır və yenə də heyrət doğurur.
Başqa dini konfessiyalara mənsub insanlar bu kimi hərəkətləri anlayırmı? Onlar tarixdə baş vermiş milyonlarla bənzər faciənin birinin ilahiləşdirilməsinin mənasını başa düşmürlər.
Ən yaxşısı bütün dini mərasimləri bəlli bir çərçivədə, müasir dünyanın ədəb qaydalarına uyğun keçirməkdir – sakit, ekstessiz, təntənəsiz…
Xalid