Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Bu mövzuya böyük türk yazıçısı Əziz Nesinin başına gəlmiş bir hadisə ilə giriş etməyin yeri var.
Hadisə belədir: Türkiyədə ard-arda baş verən hərbi qiyamlardan birindən (1971) sonra dövlət senzurası hər bir çap olunan mətnə xüsusi diqqətlə yanaşırmış. O dönəmdə, ondan əvvəl və sonra daima müxalif düşüncəli, sol təmayüllü yazılar (hekayələr, esseler, felyetonlar) yazan Əziz Nesini bir gün jandarmaya çağırırlar, yazdıqlarına görə sorğu-suala çəkirlər, düşüncələrini təftiş edirlər. Uzun çək-çevirdən, mübahisədən sonra jandarma idarəsinin rəisi yazıçıya deyir: “İndi sən nə istəyirsən? İstəyirsən, Türkiyədə kommunist inqilabı olsun və biz rusların tulası olaq”?
Rəis gözləyir ki, bu ritorik sual qarşısında yazıçı susub duracaq, nə “hə” deyə biləcək, nə də “yox”. Əziz Nesin isə tövrünü pozmadan cavab verir: “Tula olandan sonra nə fərqi var. Ha Amerikanın tulası, ha Rusiyanın”.
Bəli, ötən əsrin ortalarında qardaş Türkiyənin belə günləri olub. Kommunizmin bütün dünyanın ağuşuna alacağından qorxan ABŞ, NATO sovet Rusiyasının ətrafında dəmir qalalar düzəltmişdi, savadlı adamların sözü olmasın, belə bastionlardan biri də Türkiyə idi. Tərs kimi, SSRİ də dinc durmurdu, dörd yanındakı ölkələrin hamısını sosialistləşdirmək istəyirdi, o üzdən Türkiyədəki kommunistlərə pul-para, maddi-mənəvi, siyasi dəstək verirdi. Moskva təzyiqi artırdıqca, Vaşinqton da artırırdı. Nəticədə türklər ortada qalmışdılar, bir-birini “solçu”, “millətçi” deyə qırırdılar.
Vaşinqtonun Türkiyədə nüfuzu o qədər güclüydü ki, istədiyi vaxt iqtidar komandasını bu və ya digər şəkildə istefaya göndərir, devirir, yerində yenisini qura bilirdi.

Baş nazir Adnan Menderesin devrilməsinin və asılmasının səbəblərindən ən başlıcası onun ABŞ-dan üz döndərib Moskvaya meyillənməsi idi. Adamı məhz Moskva səfərindən sonra devirdilər və günahı sübut edilməsə də, tezliklə edam etdilər.
Ondan sonra gələn iqtidarlar həmişə ABŞ-la hesablaşmağa başladılar, çünki qorxurdular ki, ABŞ bir gün onları da asdırar.
Bir dəfə Süleyman Dəmirəldən soruşublar ki, nədən siz filan vaxtı filan hərəkəti etmədiniz, amma Menderes etmişdi. O da deyib ki, çünki məndən fərqli olaraq Menderesin kabinetində asılmış baş nazirin portreti yox idi. Bu o demək idi ki, Dəmirəl Menderesin aqibətindən dərs alıb, anlayıb ki, ABŞ-la çilingağac oynamaq təhlükəlidir.
1974-cü ildən (Kipr məsələsindən) sonra ABŞ baş nazir Bülənt Ecevitdən də narazıymış, başını əkməyə çalışırmış. Amma Bülənt bəyi qaldığı otelin foyesində güllələyəcək yunan əsilli qisasçı tapançasının tətiyini basana qədər bir amerikalı mühafizəçi onu tərksilah edib.
Nəcməddin Ərbəkan baş nazir olduğu vaxt ABŞ-ın çəkdiyi cızıqdan ayağını azca kənara qoyan kimi, generallar necə ultimatum verdilərsə, adam istefaya getdi.
Rəcəb Tayyib Ərdoğan hakimiyyətə yeni gəldiyi vaxt deyirdilər, Amerikanın adamıdır. Ortada illərdən bəri ABŞ-a sığınmış Fətullah Gülən faktoru da vardı. Onlar müttəfiq idilər. Ancaq gün gəldi, yollar ayrıldı.
Bunun o yanı-bu yanı yoxdur, kim də istəyir yüz dəfə təkzib eləsin, keçən il iyulun 15-də prezident Ərdoğanı hakimiyyətdən devirmək istəyən məhz ABŞ idi. Bu, elə həmin gündən bəlli idi.
Sonradan bir çox detallar açıqlandı, şübhə yeri qalmadı. 16 iyulda AKP iqtidarı ABŞ-da Fətullah Güləni tələb edəndə azərbaycanlı politoloqlar yazmışdılar ki, xeyri yoxdur, ortada tonlarla dəlil-sübut olsa da, Güləni Ankaraya verməyəcəklər. Elə də oldu. Vermirlər. Verməyəcəklər.
Türkiyə ilə ABŞ arasında gedən dartışmanın, itələşmənin əsas səbəbi budur. Prezident Ərdoğan bilir ki, ABŞ onu devirmək, hətta Marmarisdəki oteldə öldürtmək, ən azı alçaltmaq istəyib. ABŞ-ın strateqləri də bilir ki, Ərdoğan onların bu niyyətdə olduğunu bilir və onları bağışlamır. Ortada dərin bir yarğan var.
Dava da yorğan davası deyil, yarğan davasıdır. Uzun sözün kəsəsi, yarım əsr öncəkindən fərqli olaraq, Türkiyə müstəqil dövlət olmaq istəyir, fikri budur ki, nə Vaşinqtondan, nə də Moskvadan idarə olunsun. Amma Vaşiqnton və Moskvada oturanlar istəyirlər ki, Türkiyəni özləri idarə etsinlər, ən azı türk liderlər onlar istəyən kimi hərəkət eləsinlər.
Keşkə, Əziz Nesin sağ olaydı və jandarma rəisi bu gün ona həmin sualı verəydi. Görəsən, böyük yazıçının cavabı necə olardı?
Samir Sarı