29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Zimbabve prezidenti Robert Muqabenin istefası ilə dünyanın ən yaşlı dövlət başçısı adı Böyük Britaniya kraliçası II Yelizavettaya keçib.
Afrika ölkəsini 37 il idarə edən 93 yaşlı Robert Muqabe prezidentlik postunu təhvil verdikdən sonra bu qeyri-rəsmi adı Birləşmiş Krallığın rəhbəri 91 yaşlı II Yelizavetta alıb.

Qeyd edək ki, bu, Vindzor monarx evinin rəhbərinin növbəti rekordu olub.

Belə ki, 2015-ci ilin sentyabr ayında Britaniya rəhbərləri arasında hökumət başında olmağına görə kraliça Viktoriyanı geridə qoyub.

2016-cı ilin oktyabr ayının 13-də Tayland kralı Pumipon Adulyadet vəfat etdikdən sonra, o, dünyanın cari monarxları arasında ən uzun müddətli hökuməti idarə edən olub.

Cari ilin fevral ayının 6-da Yelizavetta taxtda oturmağının 65 illiyini - «sapfir» yubileyini qeyd edən ilk britaniyalı monrx kimi tarixə düşüb.

Bundan başqa noyabrın 20-də o, həyat yoldaşı ilə – Edinburq hersoqu şahzadə Filiplə evliliyinin 70 illiyini - «platin» yubileyini keçirib. Bundan əvvəl Britaniya taxtında oturan heç bir kraliça bu yubileyi qeyd edə bilməyib.

Qeyd edək ki, ən yaşlı hökumət başçıları siyahısında ikinci yerdə Tunisin 90 yaşlı prezidenti Beji Kaid əs-Səbsi, üçüncü yerdə isə Küveyt əmiri 88 yaşlı Sabah əl Əhməd əl Caber əs Sabah gəlir. Bundan sonra siyahını Kuba lideri Raul Kastro (86), Kamerun prezidenti Porl Biya (84), Livan prezidenti Mişel Aun (84), Yaponiya imperatoru Akixito (83) və Səud kralı Salman bin Əbül Əziz (81) davam etdirir.