29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Bunlar Ukrayna ordusuna əsir düşmüş gənc rus əsgərlərdir, kamera qarşısında durub özlərini təqdim edir, müharibəyə özləri istəmədən gətirildiklərini deyir, qohumlarına salam göndərirlər.
Onlar bu saat dünyanın ən arzuedilməz durumundadırlar. Düşmən əlində əsir olmaq dəhşətlidir. Əsirin heç bir hüququ olmur, ta Qırmızı Xaç Komitəsinin nümayəndələri gələnə qədər. O vaxtacan onları yeddi dəfə güllələyə bilərlər.
Təkcə güllələməklə iş bitsəydi, nə vardı ki? Əsirləri tutulduqları anda döyürlər, işgəncə verirlər, alçaldırlar. Bütün bunlar bir az öncə ölüm təhlükəsi adlatmış, müharibə psixozuna məruz qalmış döyüşçülər tərəfindən edilir.
Ona görə də qatı düşmənlə üzbəüz döyüşə atılmış əsgər və zabitlər sonuncu gülləni özlərinə saxlayardılar ki, əsir düşmək təhlükəsi yaranarkən özlərini vursunlar. Bu, onlar üçün düşmənə sirr verməmək, şəxsi ləyaqətini və namusunu qorumaq, necə deyərlər, "kişi kimi"ölməkdən ötrü vacib idi.
![]()
Bu uşaqların sonuncu gülləsi olmayıb, görünür. Bəlkə də arxayın imişlər ki, əsir düşəcəkləri halda slavyan qardaşları onlara rəhm edəcəklər. Bu video isə onların yaşam qarantiyasıdır. Bundan sonra onların başından bir tük əskik olmayacaq. Ukraynalı "neonasistlər" (Rusiya tərəfi onları belə adlandırır) onlarla qəddar davranmayıb.
İndi onlar öz dövlətlərini qınayırlar. Amma bunu da ciddiyə almaq olmaz. Xirtdəkləri əldədir deyə belə danışırlar, canlarını xilas edirlər. Onların bu yazıq görünüşü aldadıcı da ola bilər. Biz onların əsl simalarını əllərində silah olanda, ukraynalı əsgərləri əsir götürdükləri vaxt görə bilərdik. Fəqət bu sarıdan bəxtləri gətirməyib.
Bununla belə, bu əsirlər sağ qaldıqlarına görə şanslıdırlar, əvvəl-axır ailələrinə qovuşacaqlar. Bəlkə də bundan əvvəl "əsir düşdüklərinə və vətəni satdıqlarına görə" türmədə də yatacaqlar, bilmək olmaz. Stalinin vaxıtnda elə olurdu.