Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Azərbaycanlı bərbər İŞİD terrorçularının dəstəsində snayperdir

Tarix:25-07-2017, 15:45 Baxış Sayı:324

Azərbaycanlı bərbər İŞİD terrorçularının dəstəsində snayperdir

İŞİD terrorçuları Rəqqa ilə bağlı yeni təbliğat materialı yayımlayıb. Təxminən 5 dəqiqəlik filmdə terrorçuların bölgədəki snayper təlimləri və hücumlarına yer verilib.

 

Filmin əvvəllərində İŞİD döyüşçülərinin hücuma hazırlıq məqsədilə bir evin divarında dəlik açması göstərilir. Siçan deşiyi kimi səciyyələndirilən bu hazırlıq, nizamlı ordu və partizan snayperlərinin şəhər döyüşlərində olduqca tez-tez istifadə etdiyi taktikadır.

Dəlik açıldıqdan sonra snayper köməkçisi ilə birlikdə koordinasiyalı hərəkət edir.

Filmdə daha sonra isə atəş açmaq üçün hazırlanan snayper və hədəfi güdən köməkçinin görüntülərinə yer verilib. Eyni zamanda atəşi qeydə almaq üçün də bir kamera hədəfə doğru istiqamətlənir. 

Filmdə əlində ABŞ istehsalı olan məsafəölçən binokl tutmuş köməkçi xüsusi şəkildə göstərilir.

Filmin başlanğıcında göstərilən silah isə Avstriya istehsalı olan "Stery Aug" avtomatıdır. A2 seriyasından olduğu güman edilən, 5.56mm güllə istifadə edən bu silahın uzaq məsafələrdə snayper tüfəngi kimi istifadəsi o qədər də uyğun olmasa da, Rəqqa kimi şəhər mərkəzlərində baş verən münaqişələrdə olduqca əhəmiyyətlidir. 

Filmin davamında İŞİD terrorçularının snayper silahları ilə bağlı dərsi göstərilir. Dərsdə Qərb ölkələrinin çoxunun istifadə etdiyi snayper ölçü və cədvəllərindən təhsil verilir.

 

Təbliğat filmində atəş açmaq üçün hazır olan bir İŞİD terrorçusu ABŞ istehsalı olan M-16 avtomatı ilə görünür. Bu silah da şəhər içində olduqca təsirlidir. 

Filmdə adının "Zeyd Azəri" olduğunu deyən İŞİD terrorçusu Rəqqada davam edən əməliyyatla bağlı danışır və döyüşdükləri tərəfi təhdid edir.

 

Rəqqa döyüşlərində snayperlə 250 nəfəri öldürdüyünü söyləyən "Zeyd Azəri" rus dilində etdiyi çıxışın davamında qarşı tərəfin hər bir hərəkətini müşahidə etdiyini söyləyir.

Aldığımız məlumata görə, adının "Zeyd Azəri" olduğunu söyləyən terrorçu paytaxt Bakının İkinci Alatava adlanan yaşayış məntəqəsindəndir. O, 2000-ci illərin əvvəlinə kimi İkinci Alatavada bərbər işləyib. Qardaşının vəhhabilərə qoşulmasından bir müddət sonra o da həmin dəstəyə cəlb olunub. Suriyada döyüşlər başlayandan sonra isə terrorçulara qoşulmaq üçün ora yollanıb. 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL