Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Bu təhsil ocağında dərs zamanı təmir işləri gedir

Tarix:7-03-2023, 20:56 Baxış Sayı:1 398

Bu təhsil ocağında dərs zamanı təmir işləri gedir

“Hazırda Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təmir-bərpa işləri gedir. Dərs vaxtında bu təmirin getməsi, toz-torpaq, boya iyi, təhlükəsizlik tədbirlərinin olmaması və s. kimi hallar orada oxuyan şagirdlərin sağlamlığı üçün ciddi təhlükə yaradır. Maraqlıdır ki, nəyə görə bu təmir-bərpa işləri yayda buraxılış vaxtı deyil, dərs vaxtı aparılır?”

Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Asim Əliyev müraciət edib.

Qohumunun burada təhsil aldığını deyən vətəndaş bildirir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət də edib: "Fevralın 28-də Elm və Təhsil naziri Emin Əmrullayevə və Peşə təhsili üzrə Dövlət Agentliyinə müraciət ünvanlasam da, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mətləb Hüseynova “gözün üstə qaşın var” deyən olmadı. Mənim şikayətimdən sonra Peşə təhsili üzrə Dövlət Agentliyindən bir xanım yoxlamaya gəlsə də, Mərkəzin direktoru Mətləb Hüseynov həmin xanımı aldadıb yola salmağı bacardı. Təsəvvür edin koridorda, dərs otaqlarında, müəllimlər otağında qızğın təmir işləri gedir. Nəyə görə şagirdlər həmin toz-torpağın, boya və emusiya iyinin içərisində olmalıdır? Təmir vaxtı hansısa şagird yaralansa, buna görə kim məsuliyyət daşıyacaq?!”

Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumun nümayəndəsi Nəriman Kərimli müraciətimizə cavab olaraq bildirdi ki, müəssisədə təmir-bərpa işləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin razılığı ilə təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən həyata keçirilir: “Bərpa işlərinin tədris prosesinə maneə yaratmaması üçün müəssisəyə işlərin əsasən dəhlizdə deyil, otaqların daxilində aparılması təlimatı verilib. Təmir prosesinin böyük hissəsi isə tətil günlərində həyata keçiriləcək”.


скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL