Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Avropada yaşayan siyasi fəal Samir Mirzəyevin ailə üzvləri təzyiqlə üzləşir

Tarix:13-02-2026, 16:00 Baxış Sayı:141

Avropada yaşayan siyasi fəal Samir Mirzəyevin ailə üzvləri təzyiqlə üzləşir “Faktxeberler.info”-ya istinadən bildirik ki, Avropada yaşayan siyasi fəal Mirzəyev Samir Sahib oğlunun ailə üzvlərinə qarşı Azərbaycanda təzyiqlərin davam etdiyi iddia olunur. Belə ki, polis əməkdaşları siyasi fəalın qeydiyyatda olduğu və yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri ev 1B, mənzil 14 ünvanına getmişlər, evdə axtarış aparmışlar.

Məlumata görə, 12 fevral 2026-cı il saat 10:00 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşkarı siyasi fəalın yaşadığı ünvana gəlmiş, evə zorla daxil olub ölkə xaricində olan fəalı susdurmaq üçün onun yaşlı və səhhətlərində ciddi problemlər olan valideynlərinə psixoloji və fiziki təzyiq göstərmişlər, siyasi fəalın harda olması ilə bağlı suallar vermişlər və onun tezliklə istintaqa təhvil olmasını tələb etmişlər. Daha sonra polis əməkdaşları Samir Mirzəyevin atası Sahib Mirzəyevi polis idarəsinə apararaq fiziki və psixoloji təzyiqlərə məruz qoymuşlar.

Siyasi fəalın ailə üzvlərindən biri tərəfindən saytımıza daxil olan məlumata görə, Samir Mirzəyevin atası polis idarəsində ondan xaricdə yaşayan oğluna zəng etməsi tələb olunub. O, bunun mümkün olmadığını bildirdikdə isə siyasi fəalın atası saatlarla davam edən təzyiqə məruz qalıb. İddia olunur ki, istintaqçılar ona açıq şəkildə xəbərdarlıq ediblər ki, əgər Samir tezliklə ölkəyə qayıdaraq “təslim olmazsa”, o onsuz da tapılıb məcburi şəkildə Azərbaycana gətiriləcək.

Bundan başqa Samir Mirzəyevin qaynı İsmayılov Ruslan Asif oğlu da özlərini İnterpol əməkdaşları kimi təqdim edən bir neçə şəxs tərəfindən zorla maşına mindirilərək naməlum yerə aparılmış, ona Samir Mirzəyevlə bağlı suallar verilmiş, Samirin siyasi fəaliyyətinə və hökümət əleyhinə çıxışlarına son qoyması üçün ondan tələblər edilmişdir.

Hüquq müdafiəçiləri xaricdə yaşayan siyasi fəallara qarşı bu cürə qanunsuz halları “ailə üzvləri üzərindən təzyiq mexanizmi” kimi qiymətləndirir və beynəlxalq təşkilatları baş verənlərə reaksiya verməyə çağırırlar.

Qeyd edək ki, Samir Mirzəyev xeyli müddətdir siyasi fəaliyyətinə görə Azərbaycanda üzləşdiyi təzyiqlərlə əlaqədar olaraq ölkəni tərk edib və hazırda öz siyasi fəaliyyətini geniş formada xaricdə davam etdirir (yuxarıdakı fotoda sağdan birinci şəxs).скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL