29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Yahyayev Mirağa Ramazan oğlu 15 dekabr 2023-cü il tarixində Icxeber.info xəbər portalının jurnalist, Arzu Əliyevaya telefon vasitəsilə müsahibə verib. O, müsahibə zamanı dövlət idarəsində çalışdığı dövrdə qarşılaşdığı təzyiqlər, növbədənkənar prezident seçkiləri ilə bağlı iddialar, həmçinin işdən azad olunması və sonrakı hadisələr barədə ətraflı danışıb.
Yahyayev Mirağadan aldığımız məlumatları oxucularımıza təqdim edirik.
Jurnalist: Mirağa bəy, ilk olaraq sizdən xahiş edərdik ki, baş verən hadisəni qısa şəkildə izah edəsiniz. Nə baş verdi?
Mirağa Yahyayev: 2023-cü ilin dekabr ayının 11-də mən işlədiyim dövlət qurumunda rəhbərlik tərəfindən növbədənkənar prezident seçkilərində müəyyən namizədə – konkret olaraq İlham Əliyevə səs verməyimiz üçün açıq şəkildə təzyiqlə qarşılaşdım. Bu təkcə mənə yox, digər əməkdaşlara da edilirdi.
Jurnalist: Bu təzyiq konkret olaraq necə həyata keçirilirdi?
Mirağa Yahyayev: Bizə dolayısı ilə yox, birbaşa şəkildə bildirildi ki, hamı eyni mövqedə olmalıdır. Yəni səsvermə ilə bağlı seçim azadlığı faktiki olaraq aradan qaldırılmışdı. Mən buna etiraz etdim və bunun qanunsuz olduğunu dedim.
Jurnalist: Etirazınızdan sonra hansı addımlar atıldı?
Mirağa Yahyayev: Mənim etirazımdan sonra rəhbərliklə münasibətlərim gərginləşdi və qısa müddət ərzində məni heç bir əsaslı səbəb göstərilmədən işdən azad etdilər. Mən hesab edirəm ki, bu, tamamilə qanunsuz idi və sırf mövqeyimə görə verilmiş qərar idi.
Jurnalist: Siz bu barədə sosial şəbəkələrdə də paylaşım etdiniz. Bunun səbəbi nə idi?
Mirağa Yahyayev: Bəli, mən baş verənləri gizlətmədim. Cəmiyyətin bu cür hallardan xəbərdar olmasının vacib olduğunu düşündüm və öz Facebook səhifəmdə paylaşdım. Qısa zamanda bu məlumat geniş yayılmağa başladı.
Jurnalist: Paylaşımdan sonra sizə hər hansı təzyiqlər oldumu?
Mirağa Yahyayev: Bəli, bir neçə gün sonra məni Yasamal Rayon Polis İdarəsinə çağırdılar. Orada mənə açıq şəkildə bildirildi ki, paylaşdıqlarımı təkzib etməliyəm. Əks halda həbs olunacağım ilə hədələndim.
Jurnalist: Siz bu tələblərə necə reaksiya verdiniz?
Mirağa Yahyayev: Mən bu tələbləri qəbul etmədim. Əksinə, polis idarəsində baş verənləri də yenidən öz Facebook səhifəmdə paylaşdım. Çünki artıq məsələ yalnız mənim işim yox, daha geniş hüquq pozuntusu məsələsinə çevrilmişdi.
Jurnalist: Hazırda vəziyyətiniz necədir və hansı addımları atmağı düşünürsünüz?
Mirağa Yahyayev: Hazırda hüquqlarımın bərpası üçün hüquqi yolları araşdırıram. Eyni zamanda istəyirəm ki, bu məsələ ictimai diqqətdə qalsın. Çünki belə halların təkrarlanmaması üçün şəffaflıq çox vacibdir.
Jurnalist: Son olaraq ictimaiyyətə nə demək istərdiniz?
Mirağa Yahyayev: Mən sadəcə onu demək istəyirəm ki, hər bir vətəndaşın seçim azadlığı var və bu hüquq qorunmalıdır. Heç kim öz iradəsinə zidd olaraq qərar verməyə məcbur edilməməlidir.