29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
«Mənim də, xəstə övladımın da müavinəti hər ayın 20-də kartlarımıza köçürülürdü. Qarabağ əlili kimi mənə verilən prezident müavinətini hər ayın 20-də alıram, ancaq noyabrın 20-də almalı olduğumu dekabrın 5-də, dekabrın 20-də almalı olduğumu isə bayrama 1 gün qalmış köçürdülər. Ancaq uşağımın xəstəliyə görə aldığı müavinət hələ də köçməyib».
ƏLİLİ PENSİYASIZ QOYMAQ…
2-ci qrup Qarabağ əlili Əhməd Rəhmanov deyir, bayrama bircə gün qalmış Qarabağ əlili kimi aldığı prezident təqaüdü kartına köçürülməsəydi, süfrəsi boş qalacaqdı. Ancaq xəstə övladının müavinətindən hələ də xəbər-ətər yoxdur. Halbuki, ata və övladının müavinətləri, adətən, hər ayın 20-də karta köçürülür. Əhməd Rəhmanov azyaşlı övladına verilən 74 manat müavinəti onun dərmanlarına xərcləyir.
Mingəçevir sakini Reyhan Quliyeva da 1-ci qrup əlil oğlu Gərayın təqaüdünün ləngidiyini deyir: «Hər gün gedir, kartı yoxlayır, suyu süzülə-süzülə qayıdıb gəlir. İnanmıram ki, hansısa nazir, deputat bayramqabağı maaşını almaya… Təpik həmişə fağır-füqəraya dəyər. Bayram günü əlili pensiyasız qoymaq insanlığa sığan hərəkət deyil. Bu, əlilə daha çox mənəvi zərbədir».
«MƏYUSLUĞA İMKAN VERİLMƏMƏLİYDİ»
2-ci qrup əlil Sevda Həsənova: «Özüm 2-ci qrup əliləm. Çevrəmdə əlillərdir. Deməli, məsələ belədir, müharibə əlillərinin pensiyaları vaxtında, prezident müavinətləri gecikməylə verilib. Köçürülməyənsə, əsasən, xəstəliyə görə müavinətlər və mülki əlilliyə görə pensiyalardır. Hökumət bayramqabağı əlillərlə ayrıseçkiliklə davranıb. Məncə, fərq qoyulmamalıydı. Ümidini müavinətə, pensiyaya dikən xəstə, əngəlli insanların gündə, ən azı, on dəfə bankomata yaxınlaşıb kartı yoxlamasına, hər dəfə əsəb, məyusluq keçirməsinə imkan verməməliydi».
Əlillər Facebook sosial şəbəkəsindəki «Əngəlsiz həyat üçün» adlı qruplarında da pensiyaların və müavinətlərin gecikməsini müzakirəyə çıxarıblar. Bir qisim əlil aksiya keçirməyi təklif edir, bir qisim isə «başına polis dəyənəyi dəyməməsi» üçün səbirli olmağa çağırır…
Qeyri-iş günləri olduğundan məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.