29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri, hazırda Türkiyədəki İstanbul Aydın Universitetinin müəllimi, filologiya elmləri doktoru, professor Kamil Vəli Nərimanoğlu Azadlıq Radiosuna müsahibə verib.
– Kamil bəy, bir müddətdir Türkiyədə yaşayırsınız. Necədir orda durum? Terror hadisələrinin tez-tez baş verdiyi ölkədə özünüzü təhlükəsizlikdə hiss edirsinizmi?
– Əlbəttə, ölkədə əvvəlkinə nisbətən terror təhlükəsi artıb, özəlliklə də Suriya savaşından sonra. Bu təhlükə var. Amma bu o demək deyil ki, biz hər gün ölüm gözləyirik, terror gözləyirik. Elə bir şey yoxdur. Sadəcə, vaxtilə İngiltərədə, İspaniyada olan durum indi Türkiyədədir. Bir vaxtlar Azərbaycan-Ermənistan münasibətlərinin kəskinləşdiyi vaxtlarda Bakıda da terror aktları törədildi. Ancaq türk xalqı hər hadisədən yıxılan xalq deyil. Böyük imtahanlardan, böyük savaşlardan çıxan xalqdır. Yaponlar zəlzələylə birgə yaşamağı öyrəndiyi kimi, türk xalqı da terrorla yaşamağa vərdiş etməlidir. Mənim hiss etdiyim odur ki, xalq artıq bu işə nəzarət etməyə başlayıb. Bir kafedə oturanda hiss edirsən ki, hər kəs diqqətlidir.
– Sizin çalışdığınız universitetdə təhlükəsizlik tədbirləri artırılıb?
– Bizim universitetdə 45 mindən çox tələbə oxuyur. Polis də, güvənlik də, universitet rəhbərliyi də, müəllim-tələbə heyəti də ehtiyatlıdır.
– Bu gün Türkiyədə baş verənləri bir çox təhlilçilər indiki prezident Ərdoğanın yanlış siyasətinin nəticəsi kimi qiymətləndirirlər. Bu ölkədə yaşayan biri kimi Siz necə dəyərləndirirsiniz?
– Azərbaycan mətbuatını izləyirəm, Türkiyədə baş verənləri səhv izah edirlər. Ərdoğan Türkiyəyə bir dikduruş gətirib, çörək gətirib, əmin-amanlıq gətirib. Deyəcəksiniz ki, bu necə əmin-amanlıqdır ki, terror da var. Terror elə bir şeydir ki, Amerika kimi güclü ölkədə də baş verir, bir də görürsən, bir məktəbə girib gülləbaran edirlər. Avropada da terror aktları baş verir. Ərdoğanı qınamaq məsələyə bəsit yanaşmaqdır. Ərdoğanın siyasəti uğurla davam edir, xüsusilə Yaxın Şərqdə baş verənlər bunu aydın göstərir. Onun apardığı siyasət 80 faiz doğrudur, hər bir siyasətdə tənqid edilən yerlər ola bilər. Mən onun Rusiyayla, İranla, Orta Doğuyla, eləcə də Avropa, ABŞ-la bağlı siyasətini doğru sayıram.
– Ərdoğanın Türkiyəni cəhalətə, dini fanatizmə doğru yuvarladığı haqda səslənən fikirlər barədə nə düşünürsünüz?
– Türkiyə cəhalət ölkəsi deyil. Bəlkə Azərbaycana baxanda daha sadəlövh, daha səmimidir. Bu ölkədə böyük bilim adamları, ziyalılar var. Xalq həm siyasəti bilir, həm dimdik ayağa durub, həm ölkəsini, həm haqqı müdafiə edir. Bir ölkədə hər şeyi qəbul etmək, müti olmaq, ölkədə baş verənlər qarşısında susmaq yaxşı hərəkət deyil. Mən diqqət edirəm, Azərbaycanda hər kəs şikayət edir, amma heç kəs haqqını tələb etməyi düşünmür. Ölkənin xüsusi xidmət orqanları, keçmiş Milli Təhlükəsizlik Nazirliyi bu vəziyyətə düşüb, nazirlər ölkəni dağıdıblar, amma onları nəinki həbs edən var, heç «gözün üstdə qaşın var» deyən yoxdur.
– Kamil bəy, Siz Azərbaycanda vətəndaşların etiraz etmədiyini deyirsiniz, amma dekabrın sonlarında, əslən sizin olduğunuz bölgədən, cəbrayıllı köçkünlər elektrik enerjisinin kəsilməsinə etiraz etdilər. Beş nəfər də həbs olunub.
– Mən etiraz edənləri alqışlayıram. Vətəndaşlarımızı, Avropada, Rusiyada yaşayan vətəndaşlarımızı təhqir etməyəsə heç kəsin haqqı yoxdur (deputat Astan Şahverdiyevin AzadlıqRadiosuna müsahibəsində Rusiyada işləyənləri «cəmiyyətin tör-töküntüsü» adlandırmasını nəzərdə tutur-red.). Mən o adamın səsinə də qulaq asdım, özünü də tanıyıram. Əvvəla o, millət vəkili olmağa layiq deyil. İkincisi, ona kim haqq verib ki, yüz minlərlə adamı təhqir etsin? Ona bu haqqı ancaq indiki hakimiyyət verir və onun arxasında duran adamlardır. Bu adamı Cəbrayıldan deputat seçiblər, amma bu günə kimi onun səsini, ağıllı söz dediyini eşidən olmayıb. Hərdənbir ağzını açır, onda da camaatı zəhərləyir. Məsəl var, «arxalı köpək qurd basar», günahkar bunun arxasında duranlardır. Onun təhqiri hamı kimi mənə də ağır təsir bağışladı. Cəbrayıllılar da baş verənlərlə bağlı səslərini qaldırıblarsa, halal olsun onlara. Səsini qaldırmamaq təslim olmaqdır, susmaq da təslim olmaqdır. İnsan haqqını müdafiə etmirsə, yaşamaq haqqı yoxdur.
– Dediniz ki, deputat Astan Şahverdiyevə bu imkanı yaradan indiki hakimiyyətdir. Amma rəsmilər, hətta prezidentin köməkçisi belə deyilənlərə münasibət bildirməli oldular.
– Bəli, parlament üzvləri də, başqaları da etiraz etdilər. Buna ciddi yanaşmağın tərəfdarıyam. Burda qəti addım atılmalıdır, həmin deputat cəzalandırılmalıdır, parlamentdən uzaqlaşdırılmalıdır. O cür deputat nə Azərbaycana lazımdır, nə də cəbrayıllılara. İkincisi, bundan pərdə kimi istifadə etdilər, çox ciddi məsələlər qaldı qıraqda, bunun dediklərinin üstünə getdilər, guya «biz haqqı da deyirik» görüntüsü yaradıldı. Amma bu baş verənlərə Azərbaycanı sürükləyənlər var, rəhbərlik var. Bu bir az da diqqət yayındırmaq idi.
– Böhranlı günlərini yaşayan Azərbaycan qıraqdan necə görünür?
– Azərbaycan mənim vətənimdir. Vətənim haqda pis söz danışmaq istəmirəm. Azərbaycanı qətiyyən bu vəziyyətdə görmək istəmirəm. Qanunsuzluq, özbaşınalıq artıb, bu da təkcə təəccüb doğurmur, həm də təəssüf doğurur, bu ölkəni belə hala gətirmək üçün ona hansı qüvvələr rəhbərlik edir? Ölkənin hara getdiyinə millət nəzarət etməlidir, amma Azərbaycanda belə nəzarət yoxdur. Bunun əvəzinə qorxu pompalanır. Televiziyalarda, səhv etmirəmsə, XəzərTV-də hər həftə həbsxanaları göstərirlər, «Yeriniz buradır, lazım olsa, sizi də Xədicə xanım kimi, ya başqaları kimi bura salarıq» mesajı verilir. AXCP-dən, NİDA-dan olan gənclərin, xüsusən də son iki gəncin tutulması acınacaqlıdır, məqsəd gözü qırmaqdır. Bunlar Stalin dövründə sınanmış metodlardır, Azərbaycanda da tətbiq olunur. Məqsəd xalqın özünü alçaldılmış hiss etdiyini göstərməkdir, müxalif düşüncəni aradan götürməklə cəmiyyəti kölə halına salmaq istəyirlər. Bir ölkədə müxalifətin olmaması, seçkilərin doğru keçirilməməsi, ölkənin maddi-mənəvi-hüquqi baxımdan yönləndirilməsinin bir ailənin əlində olması, ölkənin sərvətinin mənimsənilməsi acınacaqlıdır. Bir ana lazımdır ki, Azərbaycanın bu vəziyyətinə ağlasın.
– İki gənc deyəndə Bayram Məmmədovla Qiyasəddin İbrahimovu (hər iki gənc keçmiş prezident Heydər Əliyevin heykəli üzərinə şüar yazandan sonra narkotik ittihamıyla saxlanıb və ikisinə də 10 il həbs cəzası kəsilib – red.) nəzərdə tuturdunuz?
– Bəli, adları yadımdan çıxmışdı, çox üzr istəyirəm. O gənclər bir nümunə qoydular ortaya. Həm eyş-işrətlə məşğul olan gənclərə, həm mənim kimi yaşlılara, həm də orta yaşlılara. Onların qətiyyəti, dik duruşu, valideynlərinin özlərini necə aparması bir örnək oldu. Onlar mücadilənin nə olduğunu bir daha göstərilər.
– Kamil bəy, Siz niyə qayıtmırsınız Azərbaycana?
– Mən Azərbaycana qayıdım neyləyim? Orda illərlə işləmədim. İşsiz də olmaz… İkincisi, məni bu millət oxudub, Bakıda ev almışam, yaşamışam, amma mən Azərbaycan xalqına borcumu qaytara bilməmişəm. Mən elm adamıyam, işim kadr yetişdirməkdir, kitab, məqalə yazmaqdır, haqqı deməkdir. Fəaliyyətimə ciddi əngəl törətdilər. İndi də məni televiziyada göstərmirlər, halbuki mən cavan vaxtlarımdan radioda, televiziyada hər həftə verilişlərə çıxmışam. Hətta Türkiyədə tədbir olanda məni oradan çıxarırlar. Bir siyahı var, qara siyasət var. O qara siyahıya düşdünsə, nə rahat işin, nə rahat həyatın olacaq, hər zaman təqib ediləcəksən. Orda təqib edilməkdən, təhqir edilməkdənsə, bura gəldim. Burda yenə yazıram-pozuram, bacardığımı edirəm, tələbələrim var, bir gün onlar da Azərbaycan qayıdacaqlar.