Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Faiq Əmirlinin maşınına atılan Gülən kitabları niyə yoxa çıxarılıb?

Tarix:2-06-2017, 08:17 Baxış Sayı:84

Faiq Əmirlinin maşınına atılan Gülən kitabları niyə yoxa çıxarılıb?

“Azadlıq”ın yayım direktoruna qarşı ittihamlar məhkəmədə darmadağın oldu

“Mənə qarşı ittihamlar böhtandır, özümü qətiyyən təqsirli bilmirəm. Mənim həbsim siyasi fəaliyyətim – “Azadlıq” qəzeti və AXCP sədri Əli Kərimlinin köməkçisi olmağıma görədir”, – “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirli məhkəməsində belə deyib.

İyunun 1-də Səbail Rayon Məhkəməsində Faiq Əmirlinin işi üzrə məhkəmə istintaqı başlayıb. Məhkəmə prosesinə hakim Aytən Əliyeva sədrlik edib. Məhkəmədə Faiq Əmirlinin vəkili Fəxrəddin Mehdiyev vəsatət qaldırıb ki, hüquqlarını müdafiə etdiyi şəxsin şüşə kabinədən çıxarılıb vəkillərinin yanında əyləşməsi barədə vəsatət qaldırıb: “Bu, təkcə müdafiə məsələsi deyil, həm də Faiq Əmirlinin səhhətindəki problemlərə görə bu vəsatətin təmin olunması vacibdir. Bu gün həm də Faiq Əmirlinin ad günüdür. Təəssüf ki, ad gününü heç bir günahı olmadığı halda, həbsxanada qarşılayır. Faiq Əmirli özü də xahiş edir ki, səhhətindəki problemləri nəzərə alaraq, məhkəmə prosesi sürətli keçirilsin”.

Məhkəmə vəsatəti təmin edib. Amma Penitensiar Xidmətin əməkdaşları bir müddət məhkəmənin qərarına müqavimət göstərərək, Faiq Əmirlini şüşə kabinədən çıxarmaq istəməyiblər. Bunu dustaqların saxlanmasına dair qaydalarla izah ediblər. Son nəticədə qərar icra olunub.

Fətullah Gülən kitabları hardadır?

Faiq Əmirlinin digər vəkili Aqil Layıcov işdə sübut kimi sadalanan əşyaların məhkəməyə gətirilməsi barədə vəsatət qaldırıb. Vəkil deyir ki, əvvəl Faiqin avtomobilinə Fətullah Gülənin kitablarını atıblar, sonradan sübutlar siyahısından çıxarıblar: “İttiham aktında Fətullah Gülənin kitabarından bəhs olunur. Amma iş materialları ilə tanışlıqda bizə təqdim olunmadı. Gətirsinlər o kitabları məhkəməyə, adamlar görsün ki, o kitabların müəllifi kimdir. Yaxud da yazıblar ki, guya Faiq Əmirlinin maşınından Əli Kərimliyə aid bir neçə diplom, fotoşəkillər, təsbeh, möhür tapılıb. Bir cübbə qalıb, onu yazmayıblar. Xahiş edirəm, bu yazdıqlarını gətirib ortaya qoysunlar”.

Hakim vəsatəti təmin edib. Bildirib ki, şahid ifadələrindən sonra sənədlərin tədqiqi mərhələsində həmin sübutlar da təqdim olunmalıdır. Qeyd edək ki, Faiq Əmirlinin maşınından tapıldığı iddia olunan kitablardan birinin müəllifi Baş prokuror Zakir Qaralovun əmisi Zakir Qaralovdur. Vəkil Fəxrəddin Mehdiyev Faiq Əmirlinin evinə və maşınına baxışda iştirak etmiş hal şahidlərinin dindirilməsini istəyib. Bildirib ki, hal şahidləri istintaqda dindirilsə də, məhkəmədə dindiriləcək şahidlər siyahısına onların adları daxil edilməyib.

Daha sonra dövlət ittihamçısı Vüsal Abdullayev ittiham aktını elan edib. İttihamda iddia olunur ki, Faiq Əmirli KİV-də, o cümlədən “Azadlıq” qəzetində Fətullah Gülən ideyalarını yaymaq niyyəti ilə disklər əldə edib saxlayıb, qəzetin satışını az göstərməklə 39 min manat vergidən yayının. Məhkəmədə Vergilər Nazirliyinin nümayəndəsi Elçin Rzayev də iştirak edirdi. Çünki Vergilər Nazirliyi də Faiq Əmirliyə qarşı 39 min manatlıq mülki iddia qaldırıb.

“Fətullah Gülənin adını Türkiyə hadisələrindən sonra eşitmişəm”

Faiq Əmirli ittiham üzrə özünü təqsirli bilməyib. Deyib ki, mülki iddianı da qəbul etmir: “Hər iki ittiham qondarmadır. Avqustun 20-də evdən çıxanda 6 nəfər mənə yaxınlaşdı. Özlərini təqdim elədilər, vəsiqə göstərmədilər, amma dedilər ki, DTX və Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır. Mənə bildirdilər ki, həbs olunursan. Düzü, nəzakətlə davrandılar. Maşının açarını və telefonu istədilər. Maşının açarını istəyəndə bildim ki, nəsə atacaqlar. Düşündüm ki, ya silah olar, ya narkotik. Məni başqa maşına mindirdilər, altı nəfərin üçü mənimlə getdi, üçü maşınımın yanında qaldı. Təxminən 45 dəqiqə maşında şəhəri gəzdirəndən sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə gətirdilər. Elə hesablamışdılar ki, mən prokurorluğa çatana qədər onlar da maşına qoymalı olduqlarını qoysunlar. Prokurorluqda gətirib açarı mənə verdilər. Sonradan bildim ki, maşınıma Fətullah Gülənin kitablarını, disklərini qoyublarmış. Mən ümumiyyətlə, elə kitablar oxuyan  deyiləm. Hətta məsələ qaldırdım ki, o kitabların üzərindəki əl izləri ilə bağlı ekspertiza keçirilsin, eləmədilər. On ay bu ittihamla istintaq altında saxlanmışam, heç kim heç nə soruşmayıb. Mən Fətullah Gülənin adını ilk dəfə Türkiyə hadisələrindən sonra eşitmişəm”.

“Bu qədər yalan olmaz axı…”

“Azadlıq” qəzeti ilə bağlı ittihamlara gəlincə, Faiq Əmirli deyir ki, vergi orqanı rəqəmləri şişirdib: “Mənim iştirakım olmadan özləri istədikləri qiyməti hesablayıblar. Mən “Azadlıq” qəzetində 2011-ci ildən işləmişəm, bunlar 2010-dan hesablama aparıblar. 2010-da olanların mənə nə aidiyyəti var? Özləri istədikləri rəqəmləri yazıb akt tərtib ediblər, gətirib qoydular qabağıma, mən də imzalamadım. Mənim “Azadlıq” qəzetində işim texniki məsələlərə baxmaq olub. Mən qəzetin çapına, firmalara paylanmasına, qayıdan nüsxələrə baxmışam. Günüm yayım firmalarının zirzəmilərində keçirdi. Simvolik olaraq, qəzetin direktoru adlanırdım, amma işim bu idi. Guya mən rəhbər vəzifəli şəxs olaraq, vəzifədən istifadə eləmişəm. Hansı vəzifə? Vəzifə sahibinin əlinin altında işçiləri olar. On aydır məni heç bir günahım olmadan həbsdə saxlayırlar. Bu qədər də yalan olmaz da…

“Kitabların maşınıma necə atıldığını görmək istəyirsinizsə…”

Yayım firmaları satılan nüsxələrin pulunu ya aylıq bank hesabına köçürürdü, ya da kassa-mədaxil orderi ilə nəğd verilirdi. Firmalarla 35-40 faizə işləmişik. Yəni satılan qəzetin pulunun 35-40 faizi yayım firmasının, qalanı qəzetin olurdu. Qəzet də bundan çap xərcini və s. ödəmələri edirdi”.

Faiq Əmirli əlavə edib ki, günü bu gün də yayım firmalarının “Azadlıq” qəzetinə təxminən 100 min manat borcu var. Faiq Əmirli onu da əlavə edib ki, həbsindən ay yarım əvvəl izlənilirdi, telefonları dinlənilirdi. O zaman bu barədə Daxili İşlər Nazirliyinə də müraciət edib: “Mən həbs olunan ərazidə müşahidə kameraları var. Maşınıma kitabların, disklərin necə atıldığını görmək üçün o kameraların yaddaşına baxış keçirilə bilər”.

Avropa Məhkəməsi Faiq Əmirlinin həbsi ilə bağlı şikayətə prioritet qaydada baxır

Vəkil Aqil Layıcov “Azadlıq” qəzetinə qarşı vergi iddiasının Faiq Əmirliyə yönəldilməsinə etiraz edib: “Səyyar vergi yoxlaması da “Azadlıq” qəzeti ilə bağlı olub, Faiq Əmirli haqda yox. İş o qədər əyridir ki, onu düzüb-qoşanlar baş-ayağını yığa bilmirlər. Xahiş edirəm, vergi iddiası qəbul olunmasın, Vergilər Nazirliyinin əməkdaşının da prosesdə iştirakına xitam verilsin”. Vəkil onu da əlavə edib ki, Avropa Məhkəməsi Faiq Əmirlinin həbsi məsələsinə prioritet qaydada baxmaq qərarı verib.

Hakim vəsatəti təmin etməyib.

Ardınca məhkəmədə şahidlər dindirilib. Dindirilən şahidlər arasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İslam Ağabəyov, “Azadlıq” qəzetində elan vermiş Süleyman Cəbrayılov, “Azərmətbuatyayım”ın mühasibi Arif Mahmudov, “Səma” mətbuat yayımı firmasının direktoru Azay İmanov, bu firmada gecə növbəsində qəzet çeşidləyən Cavid Hüseynov olub. Yayım firmasının işçiləri satılan hər qəzet nüsxəsinə görə 40 faiz götürdüklərini təsdiqləyib.

Faiq Əmirlinin məhkəməsi iyunun 12-də davam edəcək.

Vəkil Aqil Layıcov məhkəmə işi ilə bağlı “Azadlıq” qəzetinin reportyoruna müsahibə verib:

Məhkəməyə qatılan AXCP sədri Əli Kərimli işin ədalətsiz aparıldığını bildirib:

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL