Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

“Qarabağ” pley-off mərhələsinə vəsiqə qazanıb

Tarix:28-08-2022, 13:52 Baxış Sayı:98

“Qarabağ” pley-off mərhələsinə vəsiqə qazanıb

“Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

“Köhlən atlar” Macarıstanda “Ferentsvaroş” klubunun qonağı olub. “Groupama Arena”da keçirilən və ispaniyalı FIFA referisi Karlos del Serronun idarə etdiyi görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Matça sürətli başlayan Ağdam klubu 2-ci dəqiqədə Ramil Şeydayevlə qola yaxın olub. Lakin 26 yaşlı hücumçunun zərbəsi qapının üstündən keçib. Buna baxmayaraq, “Qarabağ” 5 dəqiqə sonra istəyinə çatıb. Rəqibi əks-hücumda yaxalayan qonaqlar Abdullah Zubirin qolu ilə hesabı açıblar. Fransalı yarımmüdafiəçi Kadi Borgesin məhsuldar ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Buraxılan qoldan sonra təzyiqi artıran meydan sahibləri 9-cu dəqiqədə hesabı bərabərləşdirə bilərdi. Amma Eldar Çiviçin başla vurduğu topu Şahruddin Məhəmmədəliyev tutub. Ardınca isə qolkiper təqribən eyni epizodda bu dəfə Kristofer Zakariasenin fərqlənməsinə mane olub. 30-cu dəqiqədə Azərbaycan millisinin qapıçısı növbəti dəfə diqqət mərkəzinə düşüb. O, Tokmak Nquenlə üzbəüz epizodda komandasını qoldan xilas edib. 32-ci dəqiqədə Zubir yaxın küncü dəqiq nişan alsa da, Deneş Dibus qola mane olub. 44-cü dəqiqədə əvvəlcə Zubir, ardınca isə Borges qapıçı səddini keçə bilməyib və ilk hissə “Qarabağ”ın minimal hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci yarıya da əla start verən “köhlən atlar” 49-cu dəqiqədə rəqibə təhlükə yaşadıb. Amma Kadi Borgesin zərbəsində azacıq dəqiqlik çatmayıb. 55-ci dəqiqədə isə Qurban Qurbanovun baş məşqçi olduğu komanda 2-ci qolu “Ferentsvaroş”un qapısından keçirib. Bu dəfə Borgesin məhsuldar ötürməsini İbrahima Vadji tora göndərib. 59-cu dəqiqədə Məhəmmədəliyev Nquenin hesab arasındakı fərqi azaltmasına imkan verməyib. 65-ci dəqiqədə Riçard Almeydanın zərbəsi rəqib müdafiəçiyə dəyib istiqamətini dəyişsə də, Dibus barmaqlarının ucu ilə topu küncə çıxarıb. Hücumun davamında künc nöqtəsindən ötürülən topa Vadji başla zərbə endirib. Lakin top qapı dirindən meydanı tərk edib. 75-ci dəqiqədə Vadjinin dubl etməsinin qarşısını müdafiəçilər alıblar. Buna baxmayaraq, seneqallı forvard 3 dəqiqə baxımlı hücumu məntiqi sonluqla başa çatdırıb. 27 yaşlı hücumçu Şeydayevin ötürməsini qapıdan keçirib. 83-cü dəqiqədə meydanda insident baş verib. “köhlən atlar”ın hücumu zamanı Abdullah Zubir rəqibin cərimə meydançasında yerə yıxılıb. Həmin vaxt Budapeşt təmsiçisinin müdafiəçisi Endre Botka fransalı yarımmüdafiəçiyə yaxınlaşaraq, ondan kobud formada ayağa qalxmasını tələb edib. Ramil Şeydayev isə Botkaya yaxınlaşaraq, onu itələyib. Nəticədə baş hakim hər iki futbolçuya sarı vərəqə göstərib. 86-cı dəqiqədə görüşdə 4-cü qol vurulub. Adama Traore hesab arasındakı fərqi azaldıb.

Beləliklə, Bakıdakı matçda rəqibi ilə 1:1 hesablı heç-heçə edən “Qarabağ” səfər qələbəsindən sonra adını pley-offa yazdırıb. Ağdam təmsilçisi bu raundda Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL