Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

“Qarabağ” Macarıstan klubu ilə heç-heçə edib

Tarix:28-08-2022, 13:52 Baxış Sayı:144

“Qarabağ” Macarıstan klubu ilə heç-heçə edib

“Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

“Köhlən atlar” III təsnifat mərhələsinin ilk matçında Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan və isveçli FIFA referisi Andreas Ekberqin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Oyuna fəal başlayan Ağdam təmsilçisi ilk təhlükəni 11-ci dəqiqədə Filip Ozobiçlə yaradıb. Lakin xorvatiyalı yarımmüdafiəçi hədəfdən yayınıb. 3 dəqiqə sonra İbrahim Vadjinin zərbəsini qapıçı Deneş Dibus dəf edib. 17-ci dəqiqədə qonaqlar hesabı açıblar. Frank Boli fərqlənib. 28-ci dəqiqədə Şahruddin Məhəmmədəliyev rəqibin 2-ci qolu vurmasına mane olub. 34-cü dəqiqədə “Qarabağ” hesabı bərabərləşdirib. Filip Ozobiçin cərimə zərbəsini qapıçı qaytarsa da, topa hamıdan birinci çatan Kvabena Ovusu tarazlığı bərpa edib. 38-ci dəqiqədə Adama Traore Məhəmmədəliyevlə üzbəüz qalsa da, Azərbaycan millisinin qolkiperi komandasını real qoldan xilas edib. 44-cü dəqiqədə Vadji sürətli əks hücumu məntiqi sonluqla başa çatdıra bilməyib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Vadji qonaqları 2-ci dəfə meydanın mərkəzinə dəvət etsə də, VAR sisteminin müdaxiləsindən sonra qol qeydə alınmayıb. Buna məhsuldar ötürməni verən Marko Veşoviçin topu qəbul edərkən ofsaydda olması səbəb olub. Birinci hissə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İkinci yarıda “Ferentsvaroş”u tamamilə müdafiə olunmağa məcbur edən “köhlən atlar” 50-ci dəqiqədə Vadji ilə növbəti dəfə rəqib qapısı qarşısında təhlükə yaradıb. Lakin son anda müdafiəçilər seneqallı hücumçunun fərqlənməsinin qarşısını alıblar. 59-cu dəqiqədə Marko Veşoviçin sağ cinahdan zərbəsini qapıçı çətinliklə küncə çıxarıb. 66-cı dəqiqədə sürəti hesabına 2 müdafiəçini geridə qoyan Vadji topa istədiyi kimi zərbə endirə bilməyib. 2 dəqiqə sonra isə qonaqlar 2-ci qolu vurmağa yaxın olublar. Şahruddin Məhəmmədəliyevin çıxışda səhvə yol verməsindən sonra komanda yoldaşları topu boş qapıdan çıxararaq, onu sığortalayıblar. 81-ci dəqiqədə Ovusunun cərimə zərbəsindən vurduğu top az fərqlə dirəyin yanından qapı xəttini tərk edib. 82-ci dəqiqədə “Qarabağ”ın yeni transferi Julio Romao meydana daxil olub. Ağdam klubunda ilk oyununa çıxan braziliyalı yarımmüdafiəçi Marko Yankoviçi əvəzləyib. 86-cı dəqiqədə Ramil Şeydayev sol cinahda iki müdafiəçini geridə qoyub qapı qarşısına ötürmə etsə də, Bəhlul Mustafazadə topa toxuna bilməyib. 89-cu dəqiqədə “Ferentsvaroş”dan Tokmak Nquenin zərbəsi qapının üstündən keçib. Əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə cərimə meydançasındakı qarışıqlıq zamanı Məhəmmədəliyev topu tutaraq, təhlükənin qarşısını alıb. Ardınca “Qarabağ”ın hücumu zamanı Vadjinin zərbəsini Dibus dəf edib. Son dəqiqələrdə komandaların səylərinə baxmayaarq, qarşılaşmada qalib müəyyənləşməyib.

Komandalar arasında cavab qarşılaşması avqustun 9-da Budapeştdə keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtl Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. “Qarabağ” – “Ferentsvaroş” cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL