Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Qərb rayonlarında məşğulluq siyasəti Elçin Nəsibovun özünə və qohum-əqrəbalarına xidmət edir

Tarix:24-11-2022, 12:55 Baxış Sayı:180

Qərb rayonlarında məşğulluq siyasəti Elçin Nəsibovun özünə və qohum-əqrəbalarına xidmət edir

Noyabrın 23-də Gənclər və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Tovuz şəhərində Gənc Sahibkarların III Forumu keçirilib. Məqsəd gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, mövcud dövlət dəstəyi mexanizmləri barədə onların məlumatlandırılması, yeni imkanlar və çağırışlar barədə fikir və təkliflərin öyrənilməsi olub. Forumda gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov və Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev çıxış ediblər. Rəsmi açılış mərasimindən sonra müxtəli mövzularda panel və uğur qazanmış gənclərin çıxışları olub. Əsas başlığı “Gənc sahibkarlara dövlət dəstəyi: imkanlar və çağırışlar” mövzusu olan panel müzakirələrdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsi və Dövlət Vergi Xidmətinin gənc sahibkarlarla bağlı gördüyü işlər və dövlət dəstəyi mexanizmləri barədə birgə müzakirələr aparılıb.

Amma bütün bu reklam xarakterli tədbirlərə baxmayaraq, Azərbaycanın Qərb rayonlarında əhalinin məşğulluq səviyyəsinin şağı olması əsas problemlərdən biridir. Məşğul əhalinin də xeyli hissəsi öz əsas peşəsi, ixtisası, marağı üzrə işləmir. 5 rayona (Qazax, Şəmkir, Gədəbəy, Ağstafa, Tovuz) xidmət edən Qazax-Tovuz Regional Məşğulluq filialının rəisi Elçin Nəsibovu isə yalnız öz şəxsi maraqları, yaxın-uzaq qohum - əqrəbalarının mənafeyi düşündürür.

Adam köhnə “voenkomatın” yaxınlığında parfümeriya, qadın aksessuarları, məmədanlar satışı dükanı işlədib (həmin dükan elə indi də fəaliyyətdədir). Xasiyyəti də elə məşğuliyyətinə uyğun tərzdə “nərmənazik” olub, xarici görünüşünə ciddi fikir verib, üzünə pudra-zad vurub. “Kliçka”sı “Dux Elçin”dir. Bildirilir ki, Elçin Nəsibovun adına açılmış “Əmək kitabçası” da saxtadır. Belə ki, onun “Əmək kitabçası”nda Qazax süd-pendir zavodunda guya texnoloq vəzifəsində işləməsi haqqında qeyd var. Halbuki, adı çəkilən zavod həmin qeyddən xeyli əvvəl, yəni 1997-ci ildə fəaliyyətini rəsmi şəkildə dayandırıb.

Yüksək vəzifəyə gedəndən sonra qısa müddət ərzində var-dövlət toplaya bilib, Bakıda mağazalara, mənzillərə yiyələnib. Evdar arvadının adını səhiyyə işçisi kimi sənədləşdirib, havayı maaş alır. Elçin Nəsibovun “məşğulluq siyasətindən” narazı qalan Qazax sakinlərindən Nərmin Ömərova deyir ki, iki ali təhsili var – həm məktəbəqədər təhsil üzrə, həm də ibtidai sinif müəllimi kimi. Bununla belə iş tapa bilmir: “Amma Elçin Nəsibov 90 yaşlı qohumu Allahverdi kişini də işlə təmin edib. Bütün iş yerləri satılır, kim ki, Elçinin satış şərtlərinə boyun əymir, ona imtina cavabı verilir, get-gələ salınır, süründürülür, ən yaxşı halda öz rayonunda deyil, qonşu rayonda, ucqar bir yerdə əlverişsiz şərtlərlə iş təklif olunur. Elçin iş yerlərini sata-sata nəhayətsiz haram kapitala yiyələnib. Aşağı keçid balı toplayan iki qızını Bakıda nüfuzlu ali məktəblərdə yüksək təhsil haqqı ödəyərək oxudur. Yəqin ki, onlar da diploma yiyələnəndən sonra ataları onları layiq olmadıqları kürsülərə oturdacaq, kasıbın istedadlı gənc övladları isə bekar qalacaqlar”.

xeberfakt.az


скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL