29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Son bir ayda kənd təsərrüfatı məhsullarının qiymətlərindəki artım gündəmin əsas müzakirə mövzularından biri olaraq qalmaqdadır. Xüsusilə də soğanın, kartofun, kələmin qiymətlərində bahalaşma özünü daha kəskin şəkildə göstərib. Hətta, bəzi məhsulların qiymətində 2 dəfədən çox qiymət artımı özünü göstrməkdədir.
Milli Məclisin deputatı Vahid Əhmədov kənd məhsullarının qiymətinin artmasının mövsümlə əlaqədar olmasında obyektiv səbəblərin mümkünlüyünü vurğulayıb.
“Soğanın qiymətinə gəlincə, burda nəzarət olmayıb, çünki ölkədə kifayət qədər soğan olub, ancaq Türkiyəyə ixrac ediblər. Bir də baxıblar ki, soğanın qiyməti artıb. Kartofa gəldikdə, artıq yeni kartof çıxıb, yəqin ki, qiymətlərdə enmə olacaq. Digər məhsulların qiymətində isə müəyyən artımlar var”, deputat belə deyib.
“Bazar iqtisadiyyatında inhisarçılar…”

Vahid Əhmədovun sözlərinə görə, Novruz bayramı yeni başa çatıb, bayram ərəfəsində isə həmişə qiymətlər süni şəkildə artırılır:
“Qiymətlər bazarda qıtlıq zamanı artır”.
Deputat hesab edir ki, hökumətin ehtiyat ərzağı, kənd təsərrüfatı məhsulları olmalıdır:
“Azərbaycanın sovet dövründən qalma anbarları var. Ora taxıl və digər gündəlik tələbat malları yığılmalıdır ki, bu cür vəziyyətlərdə bazara çıxarıb qiyməti tənzimləsin. Bazar iqtisadiyyatında inhisarçılar olur ki, onlar qiymətlərin artmasına təsir edirlər. Bu kimi hallarda dövlət anbarlara topladığı məhsulları bazara buraxıb qiyməti tənzimləməlidir”.
“Çox təəssüflər ki, gerçəkdə…”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev də soğanın, kartofun və kələmin qiymətlərində daha çox artımın olduğunu bildirib:
“Amma ərzaq məhsullarının qiymətlərində də artım var. Çox təəssüflər ki, gerçəkdə ərzaq mallarının qiymətlərində artım daha çox olsa da, Dövlət Stastika Komitəsi 1 faiz artım olduğu barədə məlumat yayır. Bu isə doğru təhlillər aparmağa imkan vermir. Amma ümumi bazar qiymətlərinə diqqət ayırsaq, o zaman qiymətlərin kəskin artdığı görünəcək”.
N.Əliyev düşünür ki, kənd təsərrüfatı məhsullarının qiymətinin artmasına təsərrüfat ehtiyacı üçün olan materiallarınbahalşmasının təsiri var:
“İkinci, qiymət artımında dövriyyədə olan pul kütləsinin artımının təsiri var. Son vaxtlar minimum pensiya məbləğinin, orta aylıq əməkhaqlarının artımı hesabına daxili bazara nağd pul kütləsinın axını gücləndi. Amma bunlar əsas səbəblər kimi xarakterizə olunmur. Mənə görə, daxili bazarda qiymətləri artmış məhsulların həcmi kifayət qədər azalıb. İstehsal göstəricisinə dair Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar gerçəkliyi əks etdirmir.Guya, kartof, soğan və kələm istehsalında artımlar baş verib. Halbuki, həm istehsal göstəriciləri xeyli aşağı düşüb, həm də idxal olunan kənd təsərrüfatı məhsullarının həcmində də azalmalar var. Deməli, nəticə etibarı ilə tələb-təklif arasında tarazlıq pozulub. Bəs niyə qıtlıq səviyyəsində bu müşahidə olunmur? Ona görə ki, əhalinin alıcılıq qabiliyyəti kəskin aşağı düşüb, bu, aylıq pul gəlirlərində də özünü göstərir. Nəhayət, başqa bir amil isə monopoliyadır. Xüsusən də kartof istehsalı monopolistlərin nəzarətindədir. Bütün bunlar ölkədə ərzaq təhlükəsizliyinin qorunmadığını təsdiqləyir. Azərbaycanda ərzaq təhlükəsizliyi problemi həmişə olub, bu gün daha da aktuallaşıb”.
Məlumat Azadlıq radiosu tərəfindən verilib.