29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu
Son 13 ildə Azərbaycanda ən çox inkişaf edən sektor beton istehsalıdır. Nəticədə beton iqtisadiyyatı milli iqtisadiyyatın sütununa çevrilib. Bu yalnız dövlət siyasətində deyil, həmçinin özəl bölmə və şəxsi təsərrüfatlarda da önə çıxıb. 2006-cı ildən bəri yalnız dövlət büdcəsindən tikinti məqsələri üçün 62,5 milyard manat vəsait ayrılıb. Bir sözlə hər il orta hesabla 4,5 milyard manat pul daşa, asfalta, betona “xərclənib” ki, bu da il ərzində əldə edilən neft pullarının yarısı qədərdir. Demək olar ki, neftdən bizə qalan daş, asfalt, betondur.
2018-ci ilin büdcəsində əsaslı vəsait qoyuluşu xərcləri əvvəlki illə müqayisədə 88,1 faiz artıb, 2019-cu ilin büdcəsindən bu məqsədlə 6,4 milyard manat (cəmi büdcə xərclərinin 30 faizinə qədər) vəsait ayrılması nəzərdə tutulub.
Büdcədən oğurlan pulların çoxu mənzil, villa, hasar tikintisinə yönəlib. Bakıda və onun ətrafında bu məqsədlər üçün əhali tərəfindən milyardlarla manat vəsait əlavə dəyər yaratmayan beton iqtisadiyyatına yatırılıb və həmin pullar ən yaxşı halda passiv biznes əməliyyatlarına (əmlakın icarəsi və satışına) yönəlib. Ermənistanla müharibə şəraitinə görə, müdafiə xərclərinin də ildən ilə artımını nəzərə alsaq, neftdən gələn pulların hər 3 dollarından 2-nin betona və hərbiyə yönədliyini deyə bilərik. Neft pullarının yerdə qalan üçdə birini isə dövlət neft fondu səhm və əmlak bazarlarında “küləyə” verməklə məşğuldur.
Budur bizim istisadiyyatın fəlsəfəsi və nəticəsi:
beton iqtisadiyyatı. Nəzərə alın ki, belə iqtisadiyyat bir müddət sonra təmir və saxlanma xərcləri tələb edir, sonra isə ya özü çökür, ya da başqaları tərəfindən sökülür, bir sözlə, beton iqtisadiyyatı nə dayanıqlı olur, nə də dözümlü, birdən çat verir və onun üzərində qurulan hər şey tez bir zamanda da dağılır.