29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Hesablama Palatasının ötənilki dövlət büdcəsinin icrasına dair rəyində dövlətə məxsus şirkətlərin büdcəyə ödədiyi dividendlərin həcmindən də söz açılıb. Rəydə əksini tapan uyğun göstəricilərdən aydın olur ki, proqnoz 168 milyon manat olsa da, 2021-ci ildə dövlət müəssisələri büdcəyə toplam 127 milyon manat dividend ödəyib. Deməli, ötən il boyunca dövlət şirkətlərinin büdcəyə ödədiyi dividendlərin həcmi proqnozdan 41 milyon manat və ya 25 faizə yaxın az olub.
Sözügedən dividendlərlə bağlı bir məqam da diqqət çəkir: Büdcəyə ödənilən 127 milyon manatın 120 milyonu, yəni bütün dividendlərin 95 faizi cəmi bir quruma – Azərbaycan Beynəlxalq Bankına (ABB) aiddir. Bu bank səhmlərinə nəzarət zərfinin 95.15 faizi dövlətə məxsusdur və ABB son illərdə ilk dəfə dövlət büdcəsinə belə iri həcmdə dividend ödəyib. Palatanın rəyində deyilir ki, ABB son illərin maliyyə nəticələrini xalis mənfəətlə başa vurub. Dövlət büdcəsində qeyd olunan mənbə üzrə müvafiq dividend məbləği proqnozlaşdırılmayıb. Ancaq xalis mənfəət əldə edildiyindən səhmdarların ümumi yığıncağının qərarına əsasən, dövlət büdcəsinə müvafiq dividend məbləğinin ödənilməsi qərara alınıb. Di gəl, həmin məbləğ yanlış olaraq borc öhdəliklərinin əvəzləndirilməsinə yönəldilib.
“Azərlotereya” 1 milyon manat ödəyib
ABB-nin ötənilki xalis mənfəəti toplam 208 milyon manat idi. Həmin il boyunca Azərbaycanda fəaliyyət göstərən banklar bütövlükdə 610 milyon manata yaxın mənfəət əldə etmişdi. Bunun da üçdə birindən çoxu Beynəlxalq Banka çatıb. Həmin mənfəətin daha 270 milyon manatı “Paşa Holdinq”ə daxil iki banka – Kapital Bank və Paşa Banka məxsus olub. Bu o deməkdir ki, bank sektorunun toplam mənfəətinin 80 faizə yaxını, sadəcə, dövlətə və “Paşa Holdinq”ə, yerdə qalan 20 faizi isə digər 23 banka çatıb.
Beynəlxalq Bankdan savayı “Aqrarkredit” QSC və “Azərlotereya” ASC də dövlət büdcəsinə gəlir qazandırıb. Hər iki qurumun büdcəyə ödədiyi vəsait proqnoz qədər olub. Ötən il “Aqrarkredit” büdcəyə 200 min manat, “Azərlotereya” 1 milyon manat dividend ödəyib. Dövlətə məxsus digər bankın – “Azər-Türk Bank”ın büdcəyə 750 min manat dividend ödəməsi nəzərdə tutulsa da, heç bir ödəniş edilməyib. Hesablama Palatasının rəyində deyilir ki, “Azər-Türk Bank” ASC 2020-ci maliyyə ilini 423 min manat mənfəətlə başa vursa da, həmin məbləğ bankın kapital mövqeyinin və maliyyə dayanıqlılığının qorunması adı ilə dividend kimi səhmdarlara ödənilməyib və bankın kapital hesablarına aid edilib. Əvvəlki illərdə “Azər-Türk Bank” dövlət büdcəsinə, proqnozdan az da olsa, müəyyən məbləğdə dividendlər ödəyib. Ancaq son iki il ərzində bank dövlət büdcəsinə heç bir dividend ödəməyib.
İri dövlət şirkətləri yenə ümidləri doğrultmayıb
Dövlət şirkətlərinin büdcəyə ödəyəcəyi dividendlərlə bağlı daha bir maraqlı məqam iri dövlət şirkətləri ilə bağlıdır. Nazirlər Kabineti təsdiqlədiyi siyahıda bu qurumları iri dövlət şirkəti sayıb: “Azərenerji”, “Azərsu”, “Azərişıq”, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”, eləcə də, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan qurumlar (“Aztelekom
“Azərkosmos”, “Azərpoçt” və “Bakı Telefon Rabitəsi”). Ötən il həmin qurumların dövlət büdcəsinə toplam 46 milyon manat dividend ödəməsi nəzərdə tutulsa da, nəzərdə tutulandan 9 dəfə az, cəmi 5 milyon manat ödənilib. Dövlət şirkətlərinin büdcəyə ödəyəcəyi dividendlərlə bağlı proqnozun özünü doğrultmaması məhz adıçəkilən qurumların ödəyəcəyi məbləğin gözləniləndən az olmasından irəli gəlib.
Azərbaycanda dövlət şirkətlərinin fəaliyyətindəki çatışmazlıqlar uzun müddətdir müzakirə mövzusudur. Bu qurumlar təkcə dövlət büdcəsinə yetərli dəstək göstərmədikləri üçün deyil, zərərlə işləmələrinə, böyük məbləğlərdə borclarına, bazarda inhisarçı mövqe tutmalarına, eləcə də keyfiyyətsiz xidmət təklif etdiklərinə görə tənqid olunurlar.