29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Son bir həftədə unun qiymətinin qalxacağı ilə bağlı səslənən ehtimallar özünü doğruldub. Bu gün, avqustun 18-də Azərbaycanın bəzi regionlarda unun qiyməti artıb.
Şikayətçilərin sözlərinə görə, ən çox işlənən əla növ “Karmen” ununun 50 kiloqramlıq kisəsi bəzi rayonlarda 44, bir sıra rayonlarda da 40 manata yüksəlib.
İmişlidə yaşayan Zahid Ağaşov bildirir ki, son günlər unla bağlı qeyri-müəyyənlik olub: “İlin əvvəlində 50 kiloqramlıq un kisəsi 28 manatdan 36-ya qalxmışdı. Bundan sonrakı vaxtlarda tədricən 39 manata çatdı. Son günlərdə unun kisəsinin qiyməti 1 manat artmışdı. Bu gün, avqustun 18-də səhər 40 manata gördüyüm un kisəsi günorta 44 manat oldu. İndiyədək 50 qəpiyə aldığım çörəyin də qiyməti 10 qəpik artaraq 60 qəpik olub. Satıcılar deyirlər ki, bu, hələ real qiymət deyil”.
Şirvan şəhərində çörəkbişirmə sexlərindən birinin adının açıqlanmasını istəməyən sahibi deyir ki, son bir neçə gündə unun qıtlığına səbəb dövriyyəyə keyfiyyətsiz məhsulun buraxılması olub: “Həmişə aldığımız dəyirmandan elə un vermişdilər ki, çörək bərk alındı. Müştərilərimiz şikayətləndi ki, ondan xoş olmayan iy gəlir. Demə hər yerdən şikayət varmış. Sakitcə gəlib unu bütün sexlərdən və satış nöqtələrindən yığışdırıb apardılar. Bax həmin günlərdə bazarda un kasad idi. Axşam televizorda deyildi ki, unun bahalaşması gözlənilmir, kifayət qədər ehtiyatımız var. Bəs nə oldu?!”.
Baş verənlərə, hələlik, dəyirmanlardan və rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bugünlərdə rəsmilər ölkədə kifayət qədər taxıl ehtiyatının olduğunu, bahalaşma baş verməyəcəyini söyləyirdilər. Hərçənd bəzi rayonlardan un qıtlığı ilə bağlı məlumatlar gəlməkdə idi.