Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Quraqlıq bir o qədər problem yaratmır, nəinki məsuliyyətsiz məmurlar…

Tarix:28-08-2022, 13:43 Baxış Sayı:24

Quraqlıq bir o qədər problem yaratmır, nəinki məsuliyyətsiz məmurlar…

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov

BMT-nin FAO təşkilatı avqust ayında yaydığı son məlumatda qeyd edilir ki, FAO Taxıl Qiymətləri İndeksi iyul ayında iyun ayına nisbətən 11,5%, 2021-ci ilin iyul ayına nisbətən isə 16% aşağı düşüb. Həmçinin FAO qeyd edir ki, beynəlxalq qiymətlərin aşağı düşməsi bu indeksə daxil olan bütün taxıl növlərinə təsir edib. Belə ki, iyulda buğdanın dünya qiymətləri 14,5 faiz ucuzlaşıb. Bu, qismən Ukrayna ilə Rusiya Federasiyası arasında Ukraynanın əsas Qara dəniz limanlarının blokdan çıxarılmasına dair əldə edilmiş razılaşma ilə və həmçinin gələcəkdə Ukraynadan taxıl ixracının tam bərpa ediləcəyinə ümid bəslənən gözləntilərlə bağlıdır. Son ayda buğdanın qiymətinin aşağı düşməsini FAO həm də Şimal yarımkürəsində məhsul yığımına başlanması və nəticədə təklifin artması ilə əlaqələndirir.

FAO həmçinin onu da qeyd edir ki, beynəlxalq buğda qiymətləri hələ də ötən ilin iyul ayı ilə müqayisədə 24,8 faiz bahadır.

FAO avqust ayında yaydığı son məlumatda o da qeyd edilir ki, yem taxıllarının beynəlxalq qiymətləri də ardıcıl dördüncü aydır ki, azalmaqda davam edir. Yem taxılları əvvəlki ayla müqayisədə 11,2 faiz ucuzlaşıb, lakin ötən illə müqayisədə 12,1 faiz yüksək olaraq qalır. Dünya bazarında qarğıdalının qiymətinin 10,7 faiz ucuzlaşmasının əsas səbəbi Ukrayna limanlarının blokdan çıxarılması ilə bağlı sazişin bağlanması olub. Argentina və Braziliyada tədarükün mövsümi artımı da qarğıdalının qiymətlərinin azalmasına səbəb olub. Həmin ölkələrdə bu il məhsul yığımı ötən ilki göstəriciləri qabaqlayır. Yayılan məlumatda da qeyd edir ki, buğda və qarğıdalı üzrə kotirovkaların azalması da sorqo və arpanın qiymətlərinin müvafiq olaraq 12,8 faiz və 12,6 faiz ucuzlaşmasına səbəb olub.

FAO iyul ayında əsas ixracatçı ölkələrdə qeyri-sabit tələb və valyuta məzənnəsinin dəyişməsi səbəbindən 2022-ci ilin əvvəlindən bəri beynəlxalq düyü qiymətlərinin ilk dəfə azaldığını da qeyd edib.

 Qeyd etməliyəm ki, FAO əvvəlki ayda yaydığı məlumatda iyun ayında taxılın qiymətlərinin enməsi səbəblərdən biri kimi bu il Rusiya Federasiyasında taxıl istehsalında gözlənilən artımı göstərmişdi. Həmçinin bir neçə gün əvvələ qədər rusiyalı ekspertlər hesab edirdilər ki, 2022-ci ildə Rusiyada taxıl istehsalı 130 milyon tondan çox olacaq. Lakin son günlər Rusiya Federasiyasının dövlət rəsmiləri bu sahədə vəziyyətin dəyişdiyini bildirirlər. Rusiya Federasiyasının Kənd Təsərrüfatı Naziri Dmitriy Patruşevə istinadən nazirliyin şöbə müdiri xəbər verib ki, bu mövsüm (iyul 2022-2023-cü il) taxıl ixracı planlarına yenidən baxa bilərlər, ona görə ki, planlaşdırılan 130 milyon ton məhsulun yığılması üçün nazirlik risk görür.

Rusiya Federasiyası Kənd Təsərrüfatı naziri bildirib ki, biçilmiş taxılın həcmi ötən illə müqayisədə azdır, bir sıra rayonlarda yağıntılar biçin kampaniyasını ləngidir. Nazir Patruşev deyib: “Bütün bunlar ümumilikdə 130 milyon ton taxıl yığımına nail olmaq baxımından risklər yaradır. təbii ki, biz öz bazarımızı tam təmin edəcəyik, bununla bağlı heç bir problem olmayacaq. Lakin nəzərdə tutulan həcmlərə nail olunmasa, biz 50 milyon ton ixrac planlarımıza yenidən baxmalıyıq və bu, dünya taxıl bazarına mənfi təsir göstərə bilər”[1]

Qeyd etməliyəm ki, rusiyalı ekspertlər onu da qeyd etmişdilər ki, gələcəkdə Rusiyada keyfiyyətli toxum çatışmazlığı səbəbindən taxıl istehsalı və ixracı ciddi şəkildə azala bilər. Belə ki, Rusiya Taxıl İttifaqının prezidenti Arkadi Zloçevski mətbuata verdiyi müsahibədə Rusiyada keyfiyyətili toxum problemi olduğunu qeyd etmişdir. O, Rusiyanın yüksək məhsuldar hibrid toxumların yetişdirilməsi ilə məşğul olmadığını və Rusiyada mövcud olan sort toxumların məhsuldarlığının isə aşağı olduğunu deyib: “Biz xaricdən gətirilən bahalı hibrid toxumlara keçdik ona görə ki, hər hektardan 75 sentner məhsul əldə edilir. Ancaq yerli sort toxumlar yaxşı ildə, əlverişli hava şəraitində, hektardan 40 sentner verirdi. Xarici ölkələrdən hibrid toxumların tədarükü dayanarsa, sort toxumlara keçmək lazım gələcək – bu, məhsuldarlığın kəskin azalmasına səbəb olacaq”[2]

Azərbaycanda vəziyyət necədir? Azərbaycanda 2022-ci il üçün ümumilikdə buğda və arpa əkini sahəsi 1019934 hektar (606 min 338 hektarını buğda, 413 min 596 hektar arpa) təşkil edir.

Qeyd etməliyəm ki, ölkədə son dəfə bir ay əvvəl taxıl biçini ilə bağlı məlumat açıqlanmışdır. Və həmin məlumatda qeyd edilir ki, iyul ayının 6-na olan məlumata görə, respublika üzrə payızlıq taxıl əkini sahələrinin 72,6 faizində biçin prosesi başa çatıb. Sahələrdən 2163875 ton məhsul yığılıb. Hesablamalar göstərir ki, bu il ölkə üzrə hər hektardan orta məhsuldarlıq təxminən 29,3 sentner təşkil edir. Təqdim edilən məlumatlardan göründüyü kimi bu il hər hektardan əldə olunan məhsul əvvəlki ilə nisbətən 3 sentner azdır.

Qeyd etməliyəm ki, ölkəyə ümumilikdə taxıl və taxıldan alınan məhsulların idxalı artmaqda davam edir. Belə ki, bu ilin yanvar-iyun aylarında dənli bitkilər, unüyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar; inulin;  buğda kleykovinası, taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar; un qənnadı məmulatları idxalı dəyər ifadəsində 277 milyon 474 min dollar təşkil etmişdir ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35,7% çoxdur. Onu da qeyd etməliyəm ki, 2021-ci ildə ölkəyə idxal edilən taxıl və taxıldan alınan məhsulların ümumi dəyəri 529 milyon 794 min dollar təşkil edilmişdir. Bu da 2020-ci ilə nisbətən 8,2% çox olmuşdur.

Bir neçə gün əvvəl Kənd Təsərrüfatı naziri İnam Kərimov bu ilin yanvar-fevral aylarında Azərbaycanda müşahidə edilmiş kəskin quraqlığa görə, təqribən, 100 min hektar ərazidə taxıl əkinləri məhv olduğunu bildirib. O, Real TV-yə müsahibəsində deyib: “Eyni halı 2020-ci ildə də yaşamışıq və gələcəkdə quraqlığa görə bu kimi halların yaşanması gözlənilir”. Bu il mövcud taxıl əkinlərinin 10%-i məhv edilib. Və İnam Kərimov belə halın 2020-ci ildə də baş verdiyini və hətta gələcəkdə də baş verəcəyini deyir. Sahəyə məsul olan nazir vəziyyətdən çıxış yolunu görmür. O, faktın konstatasiyası ilə məşğuldur.

 Ölkə başçısı İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində demişdir: “İstisna edilmir ki, biz artıq bu məsələ ilə də məşğul olmağa başlamışıq – başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirmək və Azərbaycana gətirmək. Ona görə bu, real mənzərədir. Bizim istəyimizlə imkanlarımız bu gün üst-üstə düşmür”[3]. Daha sonra İ.Əliyev deyir ki, əgər mən bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, indiki şəraitdə səhv olar.

Baxın, taxıl əkinlərinin 10%-i məhv olan, 100 min hektar sahədən 1 kiloqram da olsun məhsul əldə etməyən olkənin hakimiyyəti “başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirmək” fikrinə düşüb. lakin əhalisi Azərbaycan əhalisi qədər olan İsrailin əkin sahəsi Azərbaycanın əkin sahəsindən 5 dəfə az, suvarma suyu isə 8 dəfə az olduğu halda İsrail hökuməti su, torpaq resurslarının azlığından şikayətlənmir. İsrail 2006-2016-cı illər ərzində hər hektardan buğdanın məhsuldarlığını 2 dəfədən çox,  yəni 23,9 sentnerdən 49,7 sentnerə qədər artırmışdır. Azərbaycan isə taxılçılıqda hər hektardan məhsuldarlığı 30 sentnerdən yuxarı qaldıra bilməmişdir.

Taxılçılıqda vəziyyətin çox acınacaqlı durumda olduğunu Şəki rayonunun nümunəsində göstərmək olar. Şəki rayaonu respublikanın ən böyük və ən qabaqcıl taxılçılıq rayonu hesab edilir. Şəki rayonunda bu il taxılçılıqda məhsulratlıq 2 dəfədən də çox aşağı düşmüşdür. Belə ki, Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, Şəki rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb. O, deyib: “Cari mövsümdə rayonda 48 min 219,5 hektar sahənin məhsulu biçilib, 88 min 483 ton taxıl istehsal olunub. Hər hektara görə orta məhsuldarlıq 18,4 sentner təşkil edib”. Qurum rəsmisi bildirib ki, builki mövsümdə şəkili fermerlər 22 min 224,9 hektar arpa sahəsindən 42 min 671,8 ton, 25 min 994,6 hektar buğda sahəsindən isə 45 min 811,2 ton məhsul əldə ediblər. Arpa sahələrinin hər hektarının orta məhsuldarlığı 19,2 sentner, buğda zəmilərinin məhsuldarlığı isə 17,6 sentner olub.

Sektor müdirinin məlumatına görə, ötən ilin payızında rayonda 2022-ci ilin məhsulu üçün 65 min 283 hektar sahədə taxıl səpini aparılsa da, bu il havaların uzun müddət yağmursuz, quraq keçməsi səbəbindən 17 min 63,5 hektar taxıl sahəsi tamamilə məhv olub. Ona görə də builki mövsümdə rayonda 48 min 219,5 hektar taxıl sahəsinin məhsulu biçilib[4].

Bizim hesablamalarımız isə göstərir ki, bu il taxılçılıqda Şəki rayonu üzrə orta məhsuldarlıq 13,5 sentner təşkil edib. Belə ki, yuxarıda qeyd edildiyi kimi Şəki rayonunda 65 min 283 hektar sahədə taxıl əkini həyata keçirilib və həmin ərazilərdən 88 min 430 ton məhsul əldə edilib. Bu da orta rayon üzrə 13,5 sentner məhsul deməkdir. Qeyd edim ki, Şəki rayonunda 2020-ci ildə 65 min 657 hektar taxıl sahəsindən 199 min 261 ton (hektardan 30,3 sentner) məhsul yığılmışdır. İki il əvvəl həm məhsul istehsalı, həm də orta məhsuldarlıq indikində 2,2 dəfə çox olmuşdur. On il əvvəl (2012-ci ildə) isə 255 min 825,7 ton, yəni indikindən 2,9 dəfə çox məhsul əldə edilmişdir.

Şəki rayonunun nümunəsində qeyd etməliyəm ki, 2022-ci ilin may ayında rayonun taxıl əkini sahələrində monitorinqlər həyata keçirilib[5]. Monitorinqin yekunu olaraq bildirilir: “Şəki rayonunun taxılçılıqla məşğul olan fermerləri tərəfindən 2021-ci ilin payızında 2022-ci ilin məhsulu üçün 65283 hektar sahədə payızlıq taxıl əkini aparılıb ki, bunlardan 32319 hektarını buğda, 32964 hektarını isə arpa sahələri təşkil edir. Əkindən sonra taxıl sahələrində normal bitiş alınmışdır. Lakin 2022-ci ilin fevral, mart və aprel aylarının yağıntısız və quraq keçməsi payızlıq taxıl sahələrinə mənfi təsir göstərib.

14 may 2022-ci il tarixdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elman İmamverdiyev rayonun Qoxmuq, Baltalı, Qudula, Böyük Dəhnə, Kiçik Dəhnə, Suçma, Aran, Cəyirli, Qozlubulaq, Carıca, Qayabaşı, Bolludərə, Qaratorpaq kəndlərinin və Turan qəsəbəsinin taxıl əkinlərinə baxış keçirib. Baxış zamanı Böyük Dəhnə, Kiçik Dəhnə, Aran, Sarıca kəndlərində və Turan qəsəbəsində məhsuldarlığın aşağı düşməsi ehtimalı olduğu müşahidə edilib”.

Vəziyyəti öyrənməyə çalışdıq. Həqiqətənmi, məmur dediyi kimi fevral, mart və aprel aylarının yağıntısız və quraq keçməsi payızlıq taxıl sahələrinə mənfi təsir göstərib? Siyahıda adı birinci yerdə olan Qoxmuq kəndinin nümunəsində vəziyyəti oyrənmək üçün araşdırma aparmalı olduq. Və bəlli oldu ki, Qoxmuq kəndində dövlət məmurlarının səhlənkarlıği, məsuliyyətsizliyi və biganəliyi səbəbindən son 2 il ərzində kəndin taxıl, tütün və tərəvəz sahələri susuz qalıb. Belə ki, 16 May 2022-ci il tarıxdə kütləvi informasiya vasitələrində “Şəki sakinlərinin LƏTİFƏ KİMİ DƏRDİ…” başlığı altında gedən yazıda bildirilir ki, Şəkinin Qoxmuq kəndi ümumilikdə kifayət qədər su ilə təmin olunsa da, hazırda kəndin 60-a yaxın təsərrüfatı susuz qalıb. Səbəb isə 2 il əvvəl çəkilən Qoxmuq-Babaratma yoluna asfalt çəkilməsi zamanı su ötürücü borunun çıxarılması, inşaat işlərindən sonra isə yerinə qoyulmamasıdır.

Kənd sakini Nüsrət Cabbarov mətbuat nümayəndəsinə deyib:”Su kanalımız var və 1000 hektar sahəni suvarmaq gücünə malikdir. Lakin yol çəkiləndə su borusunu çıxararaq kənara qoydular. Sonra da borunu yerinə qaytarmadan yolu asfaltladılar. O qədər su ola, torpağı sulaya bilməyəsən?!”

Digər kənd sakini Şamil Davudov da deyib ki, əvvəllər 40 sentnerə qədər məhsul əldə edilən taxıl sahəsindən su olmaması səbəbindən indi heç 20 sentner də götürmək olmur[6].

Dəfələrlə qeyd etmişik ki, Azərbaycan hökuməti nəinki mövcud su resurslarından səmərəli istifadəni təşkil edə bilmir, əksinə, suni problemlər yaratmaqla çox ciddi su itkisinə yol açır. Sonra da deyirlər ki, yağış yağmadı, quraqlıq səbəbindən məhsul məhv oldu.

Sahiyə məsul olanlar bilməlidir ki, quraqlıq kənd təsərrüfatınna bir o qədər problem yaratmır, nəinki məsuliyyətsiz məmurlar…

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL