Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Azərbaycan əhalisi, əsasən, ixtisassız işlərdə çalışır

Tarix:17-09-2022, 10:15 Baxış Sayı:97

Azərbaycan əhalisi, əsasən, ixtisassız işlərdə çalışır

Azərbaycanda 5 milyon nəfərə yaxın vətəndaş məşğul sayılır. Başqa deyimlə, onlar muzdla və ya fərdi sahibkar kimi çalışırlar. Pay torpağı olanlar da məşğul sayılırlar. İqtisadi fəaliyyət bölgüsü göstərir ki, məşğul əhalinin cəmi 27 faizi peşə təsnifatında ilk dörd sırada duran istiqamətlərdə çalışır. Həmin istiqamətlərə idarəedicilər, peşəkar mütəxəssislər, mütəxəssislər və köməkçi heyət, eləcə də idarə (ofis) qulluqçuları daxildir. Məşğul əhalinin 70 faizdən çoxu, təxminən 3 milyon 700 minə yaxın şəxsə daha az ixtisaslı işlərlə məşğuldur. Əslində bu göstəricinin özü Azərbaycan iqtisadiyyatının struktur problemlərini, ölkə iqtisadiyyatının bəsit inkişafını üzə çıxarır. Təbii sual doğur: İxtisassız işlərdə çalışan əhali hansı peşələr üzrə fəaliyyət göstərir? Dövlət Statistika Komitəsinin (DSK) əmək bazarı haqqında hesabatında iqtisadi fəaliyyət növləri üzrə göstəricilərə də yer verilib.

Yuxarıda sadalanan dörd əsas qrupdan sonra beşinci əsas qrupa xidmət sahələrinin və ticarət müəssisələrinin işçiləri daxildir. Nəqliyyat bələdçiləri, aşpaz və ofisiantlar, qadın və kişi bərbərləri, təmizlik işçiləri, bələdçilər, satıcılar, mühafizəçi və cangüdənlər, eləcə də yanğınsöndürən və polis işçiləri (kiçik rəis heyəti) məhz bu qrupa daxil edilir. Hazırda ölkədə xidmət sahələrinin və ticarət müəssisələrinin işçilərinin toplam sayı 628 min 500 nəfərdir. Bu, məşğul əhalinin təxminən 12 faizi deməkdir. Onların 54 faizi qadınlardır.

Məşğul əhalinin 30 faizi kənd təsərrüfatı ilə bağlı peşələrdə çalışır

İqtisadi fəaliyyət növləri üzrə altıncı əsas qrupa kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahəsindəki ixtisaslı işçilər daxildir. Bu qrupdakı peşələrdə 1 milyon 500 min nəfər çalışır. Başqa sözlə, rəsmi rəqəmlərə görə, ölkədə məşğul əhalinin təxminən 30 faizi məhz kənd təsərrüfatı ilə bağlı peşələrdə işləyir. Ancaq bir məqamı ayrıca qeyd etmək lazımdır: Azərbaycan qanunvericiliyinə görə, torpaq islahatı nəticəsində pay torpağı əldə edən şəxslər həmin torpağı becərsə, ya becərməsə də məşğul sayılır. Müstəqil iqtisadçılar məhz bunun ölkədə real işsizlik səviyyəsinin gizlədilməsində əsas səbəblərdən biri olduğunu deyir.

Bu qrupa daxil peşələrdə çalışan 1 milyon 500 min nəfərin 55 faizi kişi, 45 faizi qadındır. Bu rəqəmlər özəlliklə kənd yerlərində çalışan qadınların məşğulluğu ilə bağlı ciddi problemlərin olduğunu göstərir. Belə ki, ölkədə məşğul əhalinin təxminən yarısı qadınlardan ibarətdir. Eyni zamanda, ölkədəki məşğul əhalinin təxminən yarısına yaxını kəndlərdə yaşayır. Peşə təsnifatı baxımından ölkədə 700 minə yaxın qadının kənd təsərrüfatı ilə bağlı çalışdığı görünür. Deməli, kəndli qadınların yarısından çoxu ağır əl əməyinə əsaslanan kənd təsərrüfatı sektorunda iş tapa bilir.

1 milyon 500 min fəhlə və ixtisassız işçi

İqtisadi fəaliyyət növləri üzrə təsnifatın yeddinci pilləsində sənayenin ixtisaslı işçiləri və bir-birinə yaxın peşələrin fəhlələri durur. Belə peşələrə, əsasən, tikinti və metal sahəsində və onlara yaxın sahələrdə çalışan fəhlələr, əl işi ustaları, yeyinti və toxuculuq sənayesindəki fəhlələr daxildir. Hazırda bu tip işlərdə çalışanların sayı 362 min 300 nəfərdir (məşğul əhalinin təxminən 7 faizi).

İqtisadi fəaliyyət növləri üzrə təsnifatın səkkizinci pilləsində sənayenin qurğu və maşınlarının operator və quraşdırıcıları dayanır. Mədənçıxarma, metallurgiya və digər sənaye sahələrindəki avadanlıqların operatorları, yığıcılar, minik və yük maşınlarının sürücüləri bu qrupa daxildir. Hazırda 354 min nəfər belə işlərdə çalışır və onların 90 faizi kişilərdir.

İqtisadi fəaliyyət növlərinin təsnifatı üzrə sonuncu pilləni ixtisassız işçilər qrupu tutur. Başlıca vəzifələr malların küçələrdə satılmasından, qapıçı və gözətçi funksiyalarının yerinə yetirilməsindən, habelə təmizləmədən, paltar yumaqdan, ütüləməkdən, hasilat sənayesində, kənd təsərrüfatında, balıq tutulmasında, tikintidə və ya sənət emalatxanalarında qeyri-ixtisas işlərinin yerinə yetirilməsindən ibarətdir. Hazırda ölkədə məşğul əhalinin 15 faizi – 758 min nəfər məhz bu tip işlərdə çalışır.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL