Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

İnflyasiyanın aşağı faizə hücumu, ”konstitusion çadra”nın ”qanuni çadra”ya əks-hücumu

Tarix:11-10-2022, 13:49 Baxış Sayı:89

İnflyasiyanın aşağı faizə hücumu, ”konstitusion çadra”nın ”qanuni çadra”ya əks-hücumu

Mayis Əlizadə

Yox, bu iş inad məsələsini də keçdi. Elə olmasaydı, makroiqtisadi tarazlıqları altüst edərək bazardakı inflyasiyaçı təzyiqi hər gün artıran   faiz siyasətindən müəyyən nöqtədə  vaz keçilərdi. Dövlət başçısı  Erdoğan  inflyasiya ilə mübarizədə   ”aşağı faiz”lərin ən düzgün çarə olduğuna o qədər inanıb  ki, onu bu fikrindən döndərəcək heç bir qüvvənin olmadığını şəxsən özü  açıqladı: ”Bu qardaşınız bu vəzifədə olduğu müddətcə faiz hər gün, hər həftə, hər an aşağı düşməyə davam edəcək. Bu məsələdə heç kim bizə ağıl öyrətmək eşqinə düşməsin”. Ona görə ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası mətbuat sözçüsünün “Erdoğan səbəb, inflyasiya nəticədir” açıqlamasının iqtidar partiyası lideri və dövlət başçısı tərəfindən diqqətə alınacağını əsla düşünməmək lazımdır.

İqtisadiyyata  cavabdeh qurumlar da daxil olmaqla, dövlətin bütün təşkilatlarının  cənab Erdoğanın qeydsiz-şərtsiz tabeçiliyində olduğunu hesaba qatanda onun ”Faizləri fasiləsiz şəkildə aşağı salma” siyasətinin arxasında iki səbəbin yatdığını görmək də çətin deyil. O səbəblərdən birincisi 2011-ci ildən üzü bəri hökumətin çox böyük ölçüdə inşaat şirkətləriylə işləməsi, ikincisi isə 24 iyun 2018-ci ildə ikinci dəfə prezident seçilərək 9 iyulda idarəçilik  sisteminin tamamilə dəyişdirilməsi üçün düyməyə  basmasıdır.

4 ildən sonra gəlinən mərhələdə cənab Erdoğanı adı qədər əmin olduğu “İnflyasiya ilə mübarizədə yeganə çarə faizlərin aşağısəviyyədə olmasıdır” – formulundan vaz keçirmək üçün heç bir əks qüvvənin mövcud deyil. Cənab Erdoğan bir təlimatla Mərkəzi banka istədiyi qədər qarşılıqsız əskinas çap etdirə bilər, istədiyi qədər müxtəlif təyinatlı kreditin krantını açdırar, içəridən və xaricdən borc tapılması üçün lazım olan hər addımı tərəddüdsüz atar. Müxalif partiyalar nə qədər qəbul etmirlərsə etməsinlər, reallıq bundan ibarət olduğuna görə proseslərə  soyuqqanlı yanaşmaq lazımdır. Dövlət başçısı faizlərin hər saat, hər gün, hər ay aşağı salınacağından bəhs etdikcə inflyasiya da hər saat, hər gün, hər ay artır.

Ancaq cənab Erdoğan bu işdən geri addım atılmayacağını söylədiyinə görə, faizin inflyasiyaya, yoxsa inflyasiyanın faizə qalib gələcəyini gözləməkdən başqa çarə qalmır. ”Bu əhval və şərait içində” ana müxalifət lideri parlamentə qanun layihəsi gətirəcəklərini açıqlayaraq  layihənin qanun halına gəlməsi üçün  iqtidardan dəstək istəyir: 20 il əvvəl çadranı siyasət bazarına çıxararaq təkbaşına iqtidara gələn bir  partiyaya qarşı indi eyni silahdan dünyəvi cümhuriyyəti qurmuş partiyanın lideri istifadə etməyə çalışır. İronik durum sayıla bilərmi? Tragik və ya ironik-nə olursa-olsun, Türkiyə siyasətini 20 il sonra yenidən çadra məsələsi məşğul edir. CHP lideri Kemal Kılıçdaroğlunun gözlənilmədən gündəmə gətirərək ”qanuniləşdirmək” arzusunda olduğu ”çadraya tam azadlıq” təklifinə  20 il əvvəl eyni kartdan məharətlə istifadə edərək iqtidara gəlmiş   partiyanın lideri və dövlət başçısı “Konstitusiyaya daxil edilməlidir”- kontr-təklifiylə cavab verir.

Ana müxalifət liderinin bu gözlənilməz təkifinin kökünü araşdıranda məlum olur ki, yay uzunu Anadolunu doaşan iqtidar partiyası millət vəkilləri çadralı qadınlara “CHP iqtidara gəlsə, hamınızın çadrasını çıxartdıracaq”- şəklində təbliğat aparıbmışlar  və  Kemal Kılıçdaroğlu iqtidarın bu təbliğatına qarşı ”çadraya qanuni azadlıq” tələb edirmiş.

Bu tələb iqtidar partiyasına  “İstədiyim yar idi, yetirdi pərvərdigar”  dedizdirəcək yoxsa siyasət və dövlət idarəçiliyi həyatının istisnasız olarq bütün dönəmlərində ”çadranın bitib-tükənməyən bərəkətini yeyən” cənab Erdoğanın əhvali-ruhiyyəsini pozacaq? Bunu görmək üçün də vaxta ehtiyac olacaq.

Ancaq Türkiyə Cümhuuriyyətinin yaradılmasının 100 illiyi ərəfəsində dini qaydalara həddən artıq artıq həssas olan  iqtidarla dünyəviliyi müdafiə edən  müxalifətin  “Çadraya tam  azadlıq!” yarışına girməsinin hamı  üçün maraqlı bir vəziyyət yaradıb.

Ölkə daxilində “Aşağı faizlərin inflyasiyanın sobasına daima odun daşıması”  iqtidar  cinahını əsla  narahat etməzkən ana müxalifətin “Çadraya  qanuni azadlıq!” şüarıyla seçki meydanına atılması xarici siyasətin hansı vacib məsələlərinə əhəmiyyətli təsir göstərə bilər?

“Çadraya qanuni azadlıq!” –  tələbinin müəllifi Kılıçdaroğlu  bazar günü ABŞ-a getdi.

“Çadraya konstitusion  azadlıq!” – tələb edən Recep Tayyip Erdoğan da 2002-ci ilin dekabrında Ağ Evdə prezident Bush tərəfindən qəbul edilmişdi. Daha sonra siyasi yasağı ləğv edilmiş, Siirt vilayətində seçki  təzələnmiş və Türkiyə siyasətinin Mustafa Kemal  Atatürkdən də uzun müddətdə iqtidarda qalan siyasətçisi millət vəkili seçilərək  hökumətin başına keçmişdi…

Nə düşünürsünüz, 20  ildən sonra “Çadra azadlığı üçün  əks-hücum”  dövrü  yaşanırmı?

Astna.biz

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL