Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Azərbaycanın gömrük siyasəti çoxlu sual doğurur

Tarix:21-10-2022, 12:53 Baxış Sayı:104

Azərbaycanın gömrük siyasəti çoxlu sual doğurur

Azərbaycanda tətbiq edilən gömrük siyasəti tez-tez narazılıq doğurur. Sahibkarlar vaxtaşırı gömrük rüsumlarının yüksək olmasından gileylənirlər. Axı onlardan rəsmi rüsumlarla yanaşı, qeyri-rəsmi ödənişlər tələb edilir və belə olan halda sahibkarların işi daha da çətinləşir. Bəzi hallarda isə onlar hər hansı məhsulu ölkəyə gətirməkdə çətinlik çəkirlər. Səbəb də odur ki, həmin məhsulların ölkəyə idxalına bir və ya bir neçə şirkət nəzarət etdiyindən başqa sahibkarlara belə imkan yaradılmır.

Gömrük rüsumlarının yüksəkliyi sahibkarlar qədər vətəndaşlara da problem yaradır. Axı sahibkarlar satdıqları məhsula qiymət qoyarkən rəsmi və qeyri-rəsmi ödənişləri də nəzərə alırlar. Rüsumların yüksəkliyi, əlbəttə, satılan məhsulların maya dəyərini artırır və bu da insanların xərclərinin daha da çoxalması deməkdir. Ölkədə gömrük rejiminin bu durumu xarici investorların da marağını qat-qat azaldır.

İndi inflyasiya dünya iqtisadiyyatının başlıca problemi olaraq qalmaqdadır. Elə Azərbaycanda da qiymət artımları son illərin ən yüksək həddindədir. Son bir il ərzində Azərbaycanda qida məhsulları düz 22 faiz bahalaşıb. Gömrük siyasəti effektiv olsa, bahalaşmanın mənfi təsirləri bir qədər azalardı. Son dövrlər bir çox ölkə qiymət artımları ilə mübarizədə gömrük rüsumları ilə bağlı mexanizmləri işə salıb. Ancaq Azərbaycanda bu istiqamətdə çox az iş görülür.

Ölkədə tez-tez dartışılan bir məsələ də gömrük rüsumlarının qonşu ölkələrdən, özəlliklə Gürcüstandan çox yüksək olmasıdır. Doğrudanmı bölgə ölkələriylə müqayisədə mübahisə doğuran fərqlər var?

Gürcüstanda rüsumlar Azərbaycandan altı dəfə aşağıdır

Ümumdünya Ticarət Təşkilatının açıqladığı “Dünya tarif icmalı – 2022” hesabatında müxtəlif ölkələrin gömrük rüsumlarına dair dolğun bilgi verilir. Məsələn, aydın olur ki, ötən il Azərbaycanın sadə və orta “ən əlverişli rejim” tarifi 8.5 faizmiş. Müqayisə üçün, Gürcüstanda bu göstərici, Azərbaycandan təxminən altı dəfə az, cəmi 1.4 faiz olub. Digər tərəfdən, Azərbaycanda məhsulların cəmi 33 faizi gömrük rüsumundan azad olduğu halda, Gürcüstanda bu göstərici 87 faizdir. Azərbaycanda məhsulların 1 faizinə 15 faizdən çox rüsum tətbiq edildiyi halda, Gürcüstanda bu göstərici cəmi 0.1 faizdir. Ümumiyyətlə, Gürcüstan regionda ticarət əlaqələrini ən çox liberallaşdıran ölkədir.

Digər Cənubi Qafqaz ölkəsində – Ermənistanda da gömrük rüsumları Azərbaycana nisbətən aşağıdır. Azərbaycanda 8.5 faiz olan orta gömrük rüsumu göstəricisi Ermənistanda 6.3 faizdir. Azərbaycanda gömrük rüsumundan azad edilən məhsulların payı (33 faiz) Ermənistandan (16 faiz) daha çoxdursa da, Ermənistanda 15 faizdən çox gömrük rüsumu tətbiq edilən mallar Azərbaycana nisbətən (1 faiz) daha azdır – 0.6 faiz.

Kənd təsərrüfatı məhsullarına rüsumlar daha yüksəkdir

Ümumdünya Ticarət Təşkilatının açıqladığı göstəricilərdən aydın olur ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarına belə olmayan məhsullarla müqayisədə daha çox rüsum qoyulur. Belə ki, ölkədə kənd təsərrüfatı məhsulları üzrə orta tarif dərəcəsi 13.9 faizdir. Qeyri-kənd təsərrüfatı məhsulları üçün həmin göstərici 7.6 faizdir. Bu o deməkdir ki, kənd təsərrüfatı məhsullarına tətbiq edilən rüsumlar 80 faiz daha yüksəkdir. Hökumət kənd təsərrüfatı məhsullarına daha yüksək rüsumların tətbiqini idxal əvəzlənməsi siyasətindən yararlanmaqla yerli istehsalın təşviqiylə əsaslandırır. Digər tərəfdən, Azərbaycanda kənd təsərrüfatı məhsullarının cəmi 12 faizi gömrük rüsumlarından azaddır. Qeyri-kənd təsərrüfatı məhsulları arasında gömrük rüsumlarından azad olan məhsulların payı isə üç dəfə çox – 37 faizdir. O biri yandan, kənd təsərrüfatı məhsullarının 5.3 faizinin gömrük rüsumu 15 faizi aşır. Qeyri-kənd təsərrüfatı məhsulları arasında 15 faizdən çox rüsum tətbiq edilənlərin payı isə cəmi 0.3 faizdir.

Orta gömrük tarifinin ən yüksək olduğu məhsul növü içki və tütün məhsullarıdır. Belə məhsullar üzrə orta tariflər 30 faizə yaxındır.

Azadlıq radiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL