29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
İndi Azərbaycanda ölkədə yaşayış minimumu 210 manatdır. Gələn il yaşayış minimumu məbləğinin 246 manata yüksəldilməsi nəzərdə tutulub. “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində belə yazılıb. Bu, həm də o deməkdir ki, 2023-cü ildə ölkədə ilk dəfə yaşayış minimumu və ehtiyac meyarı bərabərləşəcək. Hazırda Azərbaycanda ehtiyac meyarının məbləği 200 manatdır. Deməli, qanun layihəsinin qəbulundan sonra yaşayış minimumunun həcmində 17 faiz, ehtiyac meyarının həcmində 23 faiz artım gözlənilir.
Yaşayış minimumu deyərkən, minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma anlaşılır. “Yaşayış minimumu haqqında” Qanunda bildirilir ki, ölkə üzrə təsdiqlənmiş yaşayış minimumu ehtiyac meyarını da müəyyyənləşdirən təməldir. Bunun ardınca əməkhaqqının minimum məbləği, müavinət və təqaüdlər, digər ödənişlər və ünvanlı dövlət sosial yardımı təyin edilir. Beləcə, aydın olur ki, yaşayış minimumu artırsa, ölkədə bir çox sosial ödəniş məbləğləri də artır. Bu baxımdan, yaşayış minimumunun 17 faiz artması hökumətin minimum əməkhaqqını da gözdən keçirməsini şərtləndirir. İndi ölkə üzrə minimum əməkhaqqı 300 manatdır.
Bu da gözardı edilə bilməz ki, yaşayış minimumunun gələn ilə nəzərdə tutulan həcmi (246 manat) hazırda ölkədə mövcud minimum pensiya məbləğindən (240 manat) daha yüksəkdir. Deməli, hökumətin gələn il həm minimum əməkhaqqını, həm də minimum pensiya məbləğini artıracağını düşünməyə əsas var. Azərbaycanda indi median əməkhaqqı 410 manatdır. Bu o deməkdir ki, ölkədə əmək müqaviləsi ilə çalışan 1 milyon 700 minə yaxın insanın yarısı 410 manat civarında maaş alır. Azərbaycanda minimum əmək haqlarının artımı, bir qayda olaraq, rəsmi iş yeri olanların 40 faizə yaxınını əhatə edir. Bu üzdən, Azərbaycanda minimum əmək haqlarındakı artım və eləcə də bu məbləğin real minimum tələblərə cavab verməsi ölkədə yüz minlərlə şəxsin gəlirinə təsir göstərir.
Ancaq onu da nəzərə almaq lazımdır ki, Azərbaycan sahibkarları bəzi hallarda işçilərə yalnız minimum əməkhaqqı miqdarında rəsmi maaş təyin edirlər. Ödənişin digər hissəsi nağd qaydada gerçəkləşdirlir. Bu məqam ölkədə vergi və pensiya sisteminin insanlar üçün cəlbedici olmadığının açıq göstəricisidir.
İqtisadiyyatda minimum hədlərin real minimum tələbləri qarşılaması insanların sosial rifahı baxımından çox vacibdir. Ekspertlərin Azərbaycan iqtisadiyyatı ilə bağlı səsləndirdikləri əsas tənqidlərdən biri məhz minimum hədlərlə bağlıdır. Axı bu məbləğin insanların minimum ehtiyaclarını, doğrudan da, qarşılaya bilməsi mübahisəlidir.
Ehtiyac meyarından daha çox ünvanlı dövlət sosial yardımını təyin etmək üçün yararlanırlar. Uyğun qanuna görə, ehtiyac meyarı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılıdır. Bu meyar ünvanlı dövlət sosial yardımını təyin etməkdən ötrü dövlət büdcəsiylə birgə hər il təsdiqlənən həddir. Məsələn, bu il Azərbaycanda ehtiyac meyarı 200 manatdır. Bu o deməkdir ki, dörd nəfərlik ailənin orta aylıq gəliri 500 manatdırsa, onların toplam gəliri ehtiyac meyarının dörd nəfər üçün olan cəmindən 300 manat geri qalır. Beləcə, həmin ailə ünvanlı sosial yardım üçün müraciət edə bilər. Ancaq nəzərə almaq lazımdır ki, bu ödənişin təyinindən ötrü gəlirin az olmasından başqa tələblər də var.
Yeni dəyişiklikdə ehtiyac meyarının 200 manatdan 246 manata çatdırılması nəzərdə tutulursa, deməli, artıq dörd nəfərlik ailənin ünvanlı sosial yardım istəməsi üçün onların gəliri 800 manatdan yox, 984 manatdan az olması da yetərli sayılacaq. Bu da, əslində, daha çox şəxsin hökumətin sosial müdafiə mexanizmlərindən yararlanmasına yol açacaq.
İndiyədək Azərbaycanda sosial siyasətlə bağlı diqqətçəkən daha bir qəribəlik yaşayış minimumu və ehtiyac meyarı məbləğlərinin haçalanması idi. Nəzərə almaq lazımdır ki, Azərbaycanda adambaşına düşən gəlirləri yaşayış minimumunun dəyərindən aşağı səviyyədə olan əhalinin xüsusi çəkisi yoxsulluq göstəricisidir və bu əhali yoxsul əhali sayılır. Ehtiyac meyarının yaşayış minimumundan az olması isə o deməkdir ki, yoxsul əhaliyə nəzərdə tutulan ödənişlər bütün yoxsullar üçün deyil, onların yalnız bir bölümü – gəlirləri ehtiyac meyarından da az olanlar üçün çatımlı idi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sonuncu açıqlamasına görə, ölkədə ünvanlı dövlət sosial yardımı əldə edən ailələrə ödənilən aylıq ortalama məbləğ 369 manatdır. Həmin açıqlamaya əsasən, Azərbaycanda yoxsulluq göstəricisi təxminən 6 faizdir, yəni rəsmi rəqəmlərə görə ölkədə 600 min nəfərə yaxın yoxsul var. Unutmaq olmaz ki, bu göstərici hələ minimum hədlərin mübahisəli olduğu bir hesablamanın nəticəsidir. Deməli, ölkədə minimum hədlərin reallığı əks etdirməsi və sosial müdafiə mexanizmlərinin effektivliyi ölkədə yüz minlərlə aztəminatlı şəxsin sosial rifahına birbaşa təsir göstərə bilər.
Azadlıq radiosu