29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
“Baş nazir Əli Əsədov parlamentin dekabrın 9-da keçirilən plenar iclasında deyib ki, “Azərbaycanda dərmanların qiymətlərinin tənzimlənməsini Tarif Şurası müvafiq qaydalara uyğun həyata keçirir, şuranın tənzimlədiyi 13 493 adda dərmandan son qiymət artımı səbəbindən 277 adda dərmanın qiyməti dəyişib”. Hökumət təzə söz tapıb, qiymət artıb demir, dəyişib deyir. Daha sonra Əli Əsədov etiraf edib ki, “Azərbaycanda əhalinin istifadə edə biləcəyi dərman vasitələrinin 95 faizindən çoxu idxal edilir, beynəlxalq səviyyəli səbəblərdən dərman qiyməti və təminatında mənfi təsirlər müşahidə olunur”. Həm Baş Nazir, həm də hökumətin digər üzvləri həmişə nəticədən danışırlar, səbəbləri deyə bilmirlər və həmişə də ölkədə mənfi nə baş verirsə, bunu beynəlxalq problemlərlə izah etməyə çalışırlar. Halbuki, bütün problemlərin kökü də, həlli yolları da Azərbaycan hakimiyyətindən çox asılıdır”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
N.Cəfərli qeyd edib ki, dövlət tərəfindən Tarif Şurası vasitəsi ilə dərman qiymətlərinin tənzimlənməsi qərarı çox səhv, yanlış, absurd və mənasız qərardır, dərhal bu tənzimlənmə mexanizmi ləğv edilməlidir: “Bu mexanizm yaradılandan sonra qiymətlər qalxır, keyfiyyət isə aşağı düşür, çünki qiymət təyin edilməsi istehsalçı ölkələr və molekullar üzrədir. Bu zaman molekulların ən ucuzu, keyfiyyətsizi alınıb ölkəyə gətirilir, keyfiyyətli dərman qıtığı yaranır və qiymətlərin isə yüksəlməsi prosesi baş verir. Ölkədə Tarif Şurasının tənzimlənməsi tətbiq olunandan, onlarla dərman satan kiçik və orta şirkətlər iflas edib bazardan çıxdılar, böyük şirkətlər qalıblar ki, onlar da qiyməti diktə etməkdə çətinlik çəkmirlər. Digər bir məsələ gömrük rüsumları və vergilərlə bağlıdır. Bu məsələ ki, birbaşa hökumətdən, parlamentdən asılıdır, bunun beynəlxalq səbəblərlə nə əlaqəsi var?! Ölkədə dərman pereparatlarına 18% ƏDV var, niyə olmalıdır ki?! Nədən sıfırlanmır, nədən azadılmır, niyə gömrük rüsumları tam ləğv edilmir, axı Əli Əsədov özü etiraf edir ki, biz 95% dərmanları xaricdən gətiririk, yerli istehsal yox kimidir, bəs bu rüsumlar nədən var?! Gömrükdə o mallara yüksək rüsum olmalıdır ki, bol yerli istehsalı var, daxili istehsalçını qorumaq üçün müəyyən “proteksionist” yanaşma mümkündür, bizdə olmayan istehsalın nəyini qoruyurlar?! Hökumət anlamırmı ki, istənilən rüsum və verginin son ödəyicisi vətəndaşdır, istehlakçıdır?! Bilirlər, yaxşı bilirlər, amma hesabatlı və seçkili hökumət olmadığı üçün vətəndaşdan-seçicidən asılı deyillər, ona görə də vergi-rüsum siyasətində bildiklərini “oxuyurlar””.