29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Novruz bayramı (martın 21-i) ərəfəsində rayonların mərkəzi bazarlarında mal əti və balığın bahalaşdığı müşahidə olunur. Mal ətinin 1 kiloqramı son iki həftədə 11 manatdan 12-13 manata qalxıb. 1 kiloqramlıq kütüm balığının qiyməti isə əvvəlki aylara nisbətən təqribən 5 manat bahalaşaraq 20-25 manat olub.
Lənkəran bazarında bir müştəri deyirdi ki, ət və balıq bahalaşdığından heç birini ala bilməyib: “Adətə görə, bayram süfrəsində kütüm balığı olmalıdır. Dəniz kənarında yaşayırıq, balığa həsrətik. Bayramda həmişə qiyməti qaldırırlar. Ala bilmədim, ətə yaxın düşmək olmur. Bir az göy-göyərti almışam. Hər yerdə qiyməti qaldırıblar. Bayramdan sonra da qiymət düşməyəcək. Bayram bəhanədir”.
Balıq satışı ilə məşğul olan bir nəfərin dediyinə görə, bir həftə bundan əvvəl balığın qiyməti daha yuxarı olub: “İndi qiymət bir az düşüb. Balıqçının xərci çox çıxır. Ov alətlərinin qiyməti bahadır. Bu balıq onlarla maneələrdən sonra gəlib bazara çıxır. Amma dənizdə balıq var. Keçən ilə nisbətən qiymət yaxşıdır”.
Ət bahalaşdığı üçün alıcı da azalıb.
Astara rayonunun mərkəzi bazarında adının çəkilməsini istəməyən qəssabın sözlərinə görə, ətin bahalaşması onlardan asılı deyil: “Biz əhalidən ətin 1 kiloqramını 10 manat alıb 11 manata satırdıq. İndi bizə 11 manatdan verirlər. Biz də məcbur olub 1 manat üstünə qoyuruq. Kələ əti 13 manat, qoyun əti 14 manatadır. Bakıda ətin qiyməti qalxanda bizdə qalxmamışdı. Orada ət bizə nisbətən bahadır. Kələ yoxdur. Ən çox kələ əti istəyirlər. Bazarda dörd yerdə ət satırlar, bu gün cəmi bir yerdə təzə ət var. Ət bahalaşdıqca əhali ala bilmir. Qiymət məsələsi bizlik deyil”.
Heyvandarlıqla məşğul olan Astara rayonu Seləkəran kənd sakini Mikayıl Əhmədov ətin bahalaşmasının səbəblərini belə izah edir: “Vəzifə sahibləri örüş yerlərini ələ keçirdiblər. Otunu biçib satırlar, örüş yerlərində ev tikiblər. Digər səbəb isə otun bahalaşmasıdır. Otun bir bağlaması 5-6 manatadır. Əvvəllər həmin otun bir bağlamasını 2-3 manata alırdıq. 15 kiloqramlıq kəpək kisəsi 7 manatadır, onu alırdıq 3-4 manata. Arpanın 1 kiloqramı 60 qəpikdir. Ətlik heyvanı 300 kiloqrama çatdırmaq üçün bir neçə il qulluq edilməlidir. Əvvəllər 30 baş mal saxlayırdım, indi 10 baş malı saxlaya bilmirəm”.
Mikayıl Əhmədov
Sahibkarin sözlərinə görə, ətin bu qiyməti son hədd deyil: “Belə getsə, ətin qiyməti hələ qalxacaq, 1 kiloqramı 20 manata olacaq. Hər kəs ət ala bilməyəcək. Əhalinin vəziyyəti də yaxşı deyil. Ailə tanıyıram dillərinə aylarla ət dəymir”.
O, indiki vəziyyəti ötən illə müqayisə edir: “Qazancı var idi. İndi mal saxlayanın qazancı cüzidir. Bunlar biri- birinə bağlıdır. Heyvandarlıq üçün əkin sahələri olmalıdır. Qarğıdalı, arpa əkib mala verməlidirlər. Yanacaq baha, dərmanlar baha, gübrə baha, hər şey bahadır”.
Azadlıq radiosu