Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Milli Məclisdə büdcə müzakirəsi: “İnsanlar 100 manatlıq dərmanı 300 manata alır”

Tarix:6-06-2023, 17:08 Baxış Sayı:70

Milli Məclisdə büdcə müzakirəsi: “İnsanlar 100 manatlıq dərmanı 300 manata alır”

Deputat Rəqabət Məcəlləsinin müzakirəyə çıxarılmasını təklif edib

İyunun 6-da Milli Məclisin növbədənkənar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişiklik layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili büdcəyə yenidən baxılmasının səbəblərinə toxunub.

O bildirib ki, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə 1105,0 milyon manat vəsait tələb olunur:

Foto:: Tahir Mirkişilinin şəxsi arxivindən

Cari ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 3000,0 milyon manat vəsait nəzərdə tutulub. Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün 2260,0 milyon manat əlavə vəsaitin cəlb edilməsinə zərurət yaradıb”.

“Ayrılmış 3 milyard manatın 60 faizi xərclənib”

İclasda iştirak edən maliyyə naziri Samir Şərifov 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 33 milyard 779 milyon manat proqnozlaşdırıldığını vurğulayıb:

Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 5 milyon manat (9.8 faiz) çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 52.5 faizi neft sektorunun, 47.5 faizi qeyri-neft sektorunun payına düşür. Yeni büdcənin xərcləri isə 36 milyard 568 milyon manat proqnozlaşdırılır. Bu da təsdiqlənmiş göstəriciyə nisbətən 3 milyard 215 milyon manat (9.6 faiz) artıqdır”.

Onun sözlərinə görə, 2023-cü ilin dövlət büdcəsində 3 milyard manat işğaldan azad olunan ərazilərin bərpası üçün ayrılmışdı:

Samir ŞərifovFoto: Meydan TV

“Cari ildə vəsaitin artıq 60%-i istifadə olunub. Bu, böyük rəqəmdir”.

S.Şərifov ilin qalan dövrü üçün neftin bir barelinin orta ixrac qiymətinin 60 ABŞ dollar götürüləcəyini deyib:

Mövcud sənəddə bu, 50 dollardır. 2023-cü ilin 4 ayında Azərbaycan neftin bir barelinin orta ixrac qiyməti 85.8 ABŞ dolları təşkil edib. Artımdan sonra müdafiə və təhlükəsizlik üzrə xərclər 6 milyard 54 milyon 844 min 623 manat təşkil edəcək”.

“Hökumətdən xahiş edirəm ki, Rəqabət Məcəlləsini müzakirə edək”

Müzakirələr zamanı deputat Vahid Əhmədov bildirib ki, o, dürüstləşdirilmiş büdcə layihəsini müdafiə edir.

Deputatın sözlərinə görə, istər 2022-ci ilin, istərsə də 2023-cü ilin büdcə layihələri müzakirə olunarkən əsas diqqətçəkən məqamlardan biri inflyasiya və qiymət artımı olub:

Rəsmi məlumatlara görə, ərzaq məhsullarında 20 faiz, dərman məhsullarında 40 faiz inflyasiya olub. Ona görə inflyasiyanın qarşısını almaq üçün ciddi addımlar atılmalıdır. Orta aylıq maaş müəyyən qədər artırılıb, amma elə sahələr var ki, insanlar inflyasiyanın qarşısnı almaq imkanında deyil”.

Vahid ƏhmədovVahid Əhmədov, Foto: Meydan TV

V.Əhmədov hökumətə xitabən Rəqabət Məcəlləsinin müzakirəsini istəyib:

Hökumətdən xahiş edirəm ki, Rəqabət Məcəlləsi Milli Məclisə daxil olsun və biz sənədi müzakirə edək”.

Deputat Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələrə Hesablama Palatasının ciddi nəzarətinə ehtiyacın olduğunu da bildirib.

“Dərmanların qiyməti o qədər bahalaşıb ki…”

Onun həmkarı Fazil Mustafa əhalinin sosial müdafiəsində ciddi problemlərin olduğuna diqqət çəkib:

“Dərmanların qiymətləri çox bahadır. O dərəcə bahalaşıb ki, bunun qarşısını almaq üçün tədbirlər görülmür. Bizim bazardan Avropa dərmanları çıxıb. Banqladeşin, Hindistanın dərmanlarını gətiririk. Türkiyə ilə bu sahədə əməkdaşlığı qura bilmədik. İnsanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olurlar”.

Deputat Fazil MustafaFoto: Meydan TV

Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.

Milli Məclis həmçinin Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə əsasən Mülki Məcəlləyə dəyişiklikləri ikinci oxunuşda təsdiqləyib.

Dəyişikliklər hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxsin ölmüş elan edilməsinə dair yeni proseduranı özündə əks etdirir.

Sənədə əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər.

Təklif olunan dəyişiklik məhkəməyə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən 6 aydan tez olmayaraq ölmüş elan etməsinə səlahiyyət verir.

Spiker sonda deyib ki, növbədənkənar sessiyanın növbəti plenar iclası iyunun 9-da keçiriləcək.

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL