29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Üç il öncə koronavirus pandemiyasının başlanması qlobal iqtisadiyyatda problemlər yaşatdı. Ekspertlərin çoxu bu il dünya iqtisadiyyatının pandemiyadan sonra ortaya çıxan çağırışlardan birdəfəlik yaxa qurtaracağını güman edirdi. Açıqlanan göstəricilərdən görünür ki, Azərbaycan iqtisadiyyatından ötrü 2023-cü il də elə uğurlu olmayıb.
Ölkə iqtisadiyyatının inkişaf durumunu ölçmək üçün ən vacib göstərici Ümumi Daxili Məhsuldur (ÜDM). Dövlət Statistika Komitəsinin (DSK) rəqəmlərinə görə, bu ilin ilk 11 ayında Azərbaycanda ÜDM cəmi 0.8 faiz artıb. İlboyu heç bir ayda ÜDM artımı 1 faizi aşmayıb. Adambaşına düşən ÜDM məbləğindəki artımsa daha aşağı – cəmi 0.2 faizdir. Beləcə, rəsmi rəqəmlərdən görünür ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatı ən yaxşı halda yerində sayıb.
Cədvəl 1: 2018-2023-cü illərdə Azərbaycanda ÜDM göstəriciləriİl ÜDM-in dəyişməsi 2023 0.8% 2022 4.6% 2021 5.6% 2020 – 4.3% 2019 2.2% 2018 1.4%
İl başlarkən, hökumət Azərbaycanda 2.7 faiz böyümə olacağını açıqlamışdı. Başqa deyimlə, indiki böyümə göstəricisi hökumətin ilin əvvəlindəki gözləntisindən üç dəfə aşağıdır. Bu durumun əsas səbəblərindən biri ölkə iqtisadiyyatının lokomotivi olan neft sektorunda hasilatın azalmasıdır. Neftdənkənar sektorda nisbi artım olsa da, bu sektordan gəlirlər önəmli paya sahib deyil. Bu da ölkə iqtisadiyyatının, sadəcə, enerji göstəricilərindən asılılığını davam etdirir. İndi Güney Qafqazın digər iki ölkəsində – Gürcüstan və Ermənistanda iqtisadi böyümə 6 faizə yaxın – Azərbaycanla müqayisədə altı dəfə yüksəkdir.
| İl | İnflyasiya |
| 2023 | 9.4% |
| 2022 | 13.4% |
| 2021 | 6.7% |
| 2020 | 2.8% |
| 2019 | 2.6% |
| 2018 | 2.3% |