Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

Tarix:17-01-2024, 13:56 Baxış Sayı:748

Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb Dövlət Statistika Komitəsi (DSK) 2023-cü ilin yekun iqtisadi göstəricilərini açıqlayıb. Yekun rəqəmlərə görə, ötən il ölkədə Ümumi Daxili Məhsul (ÜDM) 123 milyard manat olub. Bu, 2022-ci illə müqayisədə cəmi 1.1 faiz artım deməkdir.
Maraqlıdır ki, bundan əvvəlki 11 ayda heç bir ayda ÜDM artımı 0.8 faizi ötməmişdi. Bu səbəbdən, müstəqil ekspertlər hökuməti il ərzində hətta 1 faizlik iqtisadi artıma nail olmadığına görə tənqid edirdi. İlin sonunda, axır ki, artım göstəricisi 1 faizi ötüb.
Azərbaycanda hökumətin tez-tez statistik manipulyasiyaya yol verməsi ilə bağlı ÜDM artımının 1 faizi ötməsi üçün hansısa manipulyasiyalar – yönləndirmələr ehtimalı da var. Ancaq istənilən halda, 1.1 faizlik ÜDM artımı uğursuz nəticədir, axı hökumət 2023-cü il başlayarkən, ölkədə ÜDM-in 2.7 faiz artacağını açıqlamışdı. Yekunda isə qeydə alınan nəticə ilin əvvəlində proqnozlaşdırılan həddin yarısına belə çatmadı.
Hökumət il ərzində artım proqnozunu 1.9 faizə endirsə də, heç bu hədəfinə nail ola bilmədi. 2020-ci ildə pandemiya ucbatından ÜDM-də qeydə alınan azalma (4.3 faiz) nəzərə alınmasa, ötən ilki artım son illər Azərbaycan iqtisadiyyatında qeydə alınan ən az ÜDM artımıdır.

Sahələr üzrə ÜDM necə dəyişib?

ÜDM-dəki aşağı artım tempinin əsas səbəblərindən biri neft-qaz sektorundakı azalmadır. Bunun əsas səbəbi ölkədə neft hasilatının aşağı düşməsidir.
Energetika Nazirliyinin məlumatına görə, ötən il Azərbaycanda 30.2 milyon ton neft çıxarılıb. 2022-ci ildə bu rəqəm 32.6 milyon ton idi. Deməli, son bir ildə ölkədə neft hasilatı 2.4 milyon ton və ya 7 faizdən çox azalıb.
2023-cü ildə Azərbaycanda təbii qaz hasilatı isə 48.3 milyard kubmetr olub. Daha bir il öncə – 2022-ci ildə təbii qaz hasilatı 46.7 milyard kubmetr idi. Bu o deməkdir ki, ötən il təbii qaz hasilatı 3.4 faiz artıb. Beləcə, 2023-cü ilin yekununda ölkədə neft-qaz sektoru üzrə əlavə dəyər 1.7 faiz azalıb.
ÜDM-dəki artım tempinin digər səbəbi neftdənkənar sektorda ÜDM-in artım tempinin kəskin azalmasıdır. Belə ki, 2023-cü ildə Azərbaycanda qeyri-neft sektoru üzrə əlavə dəyər cəmi 3.7 faiz olub. 2022-ci ildə bu göstərici 9.1 faiz idi.
ÜDM-i sahələr üzrə gözdən keçirəndə aydın olur ki, ÜDM-in formalaşmasında sənayenin payı önəmli dərəcədə azalıb. Əgər 2022-ci ildə ÜDM-in formalaşmasında sənayenin payı 51.1 faiz idisə, ötən il bu pay 40.5 faizə geriləyib.
Ticarətin ÜDM-in formalaşmasındakı payı 8.2 faizdən 10 faizə, tikintinin payı 4.8 faizdən 6.2 faizə, kənd təsərrüfatının payı 4.8 faizdən 5.5 faizə, turizmin payı 1.6 faizdən 2.2 faizə yüksəlib.
Rəsmi rəqəmlərə görə, ötən il dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2 faiz, əczaçılıq məhsullarının istehsalı 9.1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 11.9 faiz, başqa sənaye məhsullarının istehsalı 12.2 faiz, geyim istehsalı 15.2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 16.1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 18.9 faiz azalıb.

İnflyasiya ilə bağlı yekun rəqəmlər

Dövlət Statistika Komitəsi inflyasiya ilə də bağlı 2023-cü ilin yekun rəqəmlərini açıqlayıb. DSK-nın hesablamasına görə, ötən il ölkədə inflyasiya 8.8 faiz olub.
Oktyabr ayınadək ölkədə inflyasiya ikirəqəmli həddə idi, yəni ilin sonunda inflyasiya da psixoloji həddən (ikirəqəmli həddən) aşağı düşüb. Ancaq yenə də qeydə alınan inflyasiya səviyyəsi Mərkəzi Bankın hədəflədiyi aralıqdan (2-6 faiz) yüksək olaraq qalıb.
Azərbaycanda əhalinin xərclərinin əsas bölümü sayılan qida məhsulları üzrə inflyasiya daha yüksək – 9.6 faiz qeydə alınıb. Rəsmi hesablamaya görə, 2023-cü ildə Azərbaycanda qeyri-ərzaq məhsulları 8.4 faiz, xidmətlərsə 8.2 faiz bahalaşıb.

Əsas kapitala yönəldilmiş vəsaitlər artıb

Ötən il Azərbaycanda əsas kapitala 20.3 milyard manat məbləğində vəsait yönəldilib. Bu, 2022-ci illə müqayisədə 9.8 faiz artım deməkdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 10.9 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9.3 faiz artıb. İstifadə olunmuş vəsaitin 61.5 faizi məhsul istehsalı sahələrinə, 33.7 faizi xidmət sahələrinə, 4.8 faizi isə yaşayış evlərinin tikintisinə sərf edilib.
Əsas kapitala yönəldilmiş vəsaitin cəmi 19 faizi xarici vəsaitlər olub, 81 faizlik paysa daxili vəsaitlər hesabına təmin edilib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 71.7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin görülməsinə xərclənib.
Əsas kapitala yönəldilmiş vəsaitin toplam dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48.5 faiz, büdcə vəsaitləri 36.6 faiz, əhalinin şəxsi vəsaitləri 5.9 faiz, bank kreditləri 3.0 faiz, digər vəsaitlərsə 6.0 faiz olub. 2022-ci illə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitlərin strukturunda müəssisə və təşkilatların öz vəsaitlərinin payı (0.8 faiz) və əhalinin şəxsi vəsaitləri (0.8 faiz) azalıb, büdcə vəsaitlərinin (0.2 faiz) və bank kreditlərinin (0.4 faiz) payı isə nisbətən artıb.

Əmək bazarı ilə bağlı rəqəmlər

Dövlət Statistika Komitəsi əmək bazarı ilə də bağlı son göstəriciləri açıqlayıb. Bu rəqəmlər ilin sonuna deyil, 1 dekabr tarixinə olan göstəriciləri ifadə edir. Həmin göstəriciyə görə, dekabrın 1-də Azərbaycanda muzdlu işçilərin (əmək müqaviləsi ilə çalışanların) sayı 1 milyon 732 min 600 nəfər olub. Ötən ilin eyni dövründə bu say 1 milyon 732 min 500 nəfər idi. Deməli, son bir ildə Azərbaycanda muzdlu işçilərin sayı, demək olar, dəyişməyib.
Əməkhaqqına gəlincə, dekabrın 1-nə ölkə üzrə orta aylıq maaş 923 manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artım deməkdir.
Azadlıq radiosuскачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL