29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Ötən ilin aprelindən bəri yaşı 10 ili aşan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi yasaqlanıb. Hökumət bu qərarını ölkədə avtomobil parkının köhnəlməsinə, eləcə də ekoloji amillərə bağlayır. Rəsmi rəqəmlərə görə, minik avtomobillərinin təxminən 5 faizinin istismar müddəti beş ildən az idi. Ölkədəki avtomobillərin 83 faizinin istismar müddəti 10 ili, 45 faizininsə 20 ili aşır.
Azərbaycanda avtomobil parkının yaşlı olması heç də səbəbsiz deyil. 2015-ci ildəki devalvasiyayadək ölkədə avtopark daha gənc idi. Həmin tarixdən bəri əhalinin sosial rifahının aşağı düşməsi, manatın alıcılıq qabiliyyətinin azalması, eləcə də avtomobil idxalı ilə bağlı rüsumların yüksək olması əhalini daha çox yaşlı avtomobillərə yönəltdi. Ötən il ölkəyə avtomobil idxalına dair Dövlət Gömrük Komitəsinin rəqəmlərindən görünür ki, 10 il məhdudiyyəti vətəndaşların avtomobil xərclərini daha da çoxaldıb. Bununla yanaşı, 2023-cü ildə Azərbaycana idxal edilən avtomobil sayındakı artım da diqqət çəkir.
Ötən il boyunca Azərbaycana toplam 88 min 151 ədəd avtomobil gətirilib. Bu qədər avtomobil idxalı ölkəyə 1 milyard 515 milyon dollara başa gəlib. 2022-ci ildə Azərbaycana 68 min 684 ədəd avtomobil idxal edilmiş və bu idxal üçün 845 milyon dollar ödənmişdi. Deməli, həmin illə müqayisədə 2023-cü ildə Azərbaycana gətirilən avtomobil sayı 28 faiz, avtomobil idxalına sərf edilən vəsaitin həcmi isə 79 faiz artıb. 2022-ci ildə ölkəyə idxal edilən avtomobillərin orta idxal dəyəri 12.3 min dollar olduğu halda, 2023-cü ildə bu göstərici 17.2 min dollara yüksələrək 40 faiz artıb.