29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Neft-qaz gəlirlərinin azalması və yaxın illər üçün dünya bazarlarında xammalın qiymətləri ilə bağlı pessimist proqnozlar Azərbaycan hökumətini son 7–8 ildə büdcəni davamlı şəkildə böyütmək istiqamətindəki addımlardan imtina etməyə məcbur edib.
Biznesin və əhalinin vergi yükünün artırılması, eləcə də büdcə xərclərinin ixtisar edilməsi ilə bağlı təşəbbüslər də məhz bu reallığın nəticəsidir.
Hökumətin bu günlərdə açıqladığı 2026-cı il dövlət büdcəsi layihəsindən görünür ki, gələn il büdcə gəlirlərinin cəmi 2 faiz artacağı proqnozlaşdırılır.
Halbuki, 2020-ci il pandemiya ili istisna olmaqla, 2018–2024-cü illərdə büdcənin ən aşağı illik artım tempi 6 faizə yaxın olub. Hətta 2018-ci ildə dövlət büdcəsi 36 faiz, 2022–2023-cü illərdə isə orta hesabla 16 faiz artmışdı.
2025-ci ilin 9 ayının büdcə icrası da artıq böyümə potensialının tükəndiyini göstərir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinin ümumi gəlirləri 5 faiz (təxminən 1,4 milyard manat) artsa da, vergi orqanlarının xətti ilə daxilolmalar cəmi 425 milyon manat (3,5 faiz) genişlənib.
Qeyri-neft mənbələri üzrə daxilolmalar 9 ayda cəmi 462 milyon manat və ya aylıq orta hesabla 50 milyon manat artıb.
Ümumi gəlirlərin artımında həlledici rol Dövlət Neft Fonduna məxsusdur. Fondun büdcəyə transfertləri 1,3 milyard manat və ya 14 faiz artaraq 11 milyard manata yaxınlaşıb.
Başqa sözlə, ümumi gəlirlərin artımının təxminən 90 faizi məhz Neft Fondunun hesabına təmin olunub. Əvəzində Gömrük Komitəsi xətti ilə daxilolmalar 4 faiz (183 milyon manat) azalıb.
Bunun fonunda müxtəlif ödənişli dövlət xidmətlərindən daxilolmalar 15 faiz artaraq 480 milyon manata çatıb.
9 ayın nəticələrinə əsasən, büdcənin ümumi xərcləri 2 faizdən çox, yəni 506 milyon manat azalıb. Səhiyyə xərclərində isə 515 milyon manat və ya 38 faiz azalma qeydə alınıb. Əksinə, əsas artım müdafiə xərclərində müşahidə olunur - 700 milyon manatlıq (16 faiz) artımla bu bölmənin ümumi həcmi 5,2 milyard manatı keçib.
Diqqətçəkən məqam budur ki, ölkənin səhiyyə və təhsil büdcəsinin birgə məbləği demək olar ki, təkcə müdafiə büdcəsinə bərabərdir.
Bunun əsas səbəbi hərbi xərclərin çoxluğu deyil, insan kapitalının inkişafına ayrılan vəsaitlərin kifayət qədər az olmasıdır.
Büdcənin “ehtiyatlı icrası” o həddə çatıb ki, hətta korrupsiya üçün ən əlverişli sahələrdən biri sayılan investisiya xərcləri belə azaldılır. Məsələn, işğaldan azad edilmiş ərazilərin bərpasına ayrılan vəsaitlər 18 faiz (təxminən 570 milyon manat) azaldılıb.
Postneft erasının yaxınlaşdığı bir vaxtda “kəmərsıxma” siyasətinin gücləndiyi aydın görünür.
Ancaq məlumdur ki, bu kəməri sıxan hökumət olsa da, nəfəs almaqda çətinlik çəkənlər zəngin məmurlar deyil, yoxsul vətəndaşlardır.