Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

FED: Möhkəmlənən dollar ABŞ iqtisadiyyatına təhlükədir

Tarix:5-01-2017, 14:57 Baxış Sayı:186

FED: Möhkəmlənən dollar ABŞ iqtisadiyyatına təhlükədir

ABŞ-ın Federal Ehtiyat Bankının (Federal Reserve System, FED) rəhbərliyi baza uçot dərəcəsinin tədricən artırılmasını proqnozlaşdırır, lakin hesab edir ki, inflyasiyanın sürətlənməsi pul-kredit siyasətinin sərtləşdirilməsi tempini də sürətləndirə bilər.
 
"APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə FED-in 13-14 dekabr tarixlərində baş tutan iclasının protokolunda deyilir.
 
Protokola əsasən, yuxarıda qeyd edilən fikirlə FED-in az qala bütün rəhbər şəxsləri razıdır.
 
ÜDM-in və istehlak qiymətlərinin artmasının əsas səbəbi kimi infrastruktur layihələrinə investisiyaların artırılması və vergi yükünün azaldılması ilə bağlı planların olmasıdır. Qeyd edək ki, bu təklif ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən səsləndirilib və "Ağ ev"in gələcək rəhbəri təklifin reallaşdırılmasında israrlıdır. D. Trampın inauqurasiyası yanvarın 20-də olduğu üçün hələlik təklifin detalları açıqlanmır.
 
Protokolun mətninə əsasən, FED-in son iclasının iştirakçılarının bir çoxu işsizliyin səviyyəsi ilə bağlı proqnozlarında tərəddüd edir. Düzdür, iştirakçıların çoxu hesab edir ki, "işsizliyin səviyyəsi azalmaqda davam edəcək", lakin bu azalma uzunmüddətli perspektiv üçün norma hesab olunandan cüzi aşağı olacaq.
 
Qeyd edək ki, noyabr ayında ABŞ-da işsizliyin səviyyəsi gözlənilmədən 4,6%-dək enib. Bu isə 2007-ci ilin may ayından etibarən ən aşağı göstəricidir.
 
FED-in rəhbər şəxsləri son iclasda qeyd edib ki, möhkəmlənən dollar ABŞ iqtisadiyyatının əsas təhlükələrindən biridir. D. Tramp prezident seçilən gündən FED-in dekabr iclasınadək dolların indeksi 5,2%, sonradan isə 1,1% möhkəmlənib. Dolların bahalaşması ABŞ-da istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyinə mənfi təsir edir. Bununla yanaşı, idxalın ucuzlaşması inflyasiyaya təzyiq göstərir.
 
Noyabrda ABŞ-da baza inflyasiya 1,6% olub. FED-in proqnozuna əsasən, bu göstərici 2017-ci ildə 2%-dək artacaq.
 
Xatırladaq ki, dekabr iclasında FED baza uçot dərəcəsini 0,25% artıraraq 0,5-0,75%-ə çatdırıb. İclasdan sonra FED-in açıqladığı bəyanatda deyilir ki, 2017-ci ildə uçot dərəcəsi 3 dəfə artırıla bilər.
 
FED-in növbəti iclası 31 yanvar - 1 fevral tarixlərində baş tutacaq. Bu iclasda uçot dərəcəsinin artırılması ehtimalı 12%-dir.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL