Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Baş ağrısı ilə təzyiq: səhv bilinənlər - Həkim şərhi

Tarix:22-11-2017, 11:10 Baxış Sayı:257

Baş ağrısı ilə təzyiq: səhv bilinənlər - Həkim şərhi

Pasientlər gəlir, deyir, “həkim, təzyiqimin nə vaxt qalxdığını hiss edirəm, çünki başım ağrıyır”. Demək olar ki, 1 əsrə yaxındır, baş ağrısı və təzyiq arasında əlaqə mübahisəsi davam edir və bu, müxtəlif tədqiqatların mövzusu olub

Fikri ilk dəfə 1913-cü ildə Nyu York şəhərindəki bir xəstəxanada işləyən Teodor Ceynvey adında bir həkim yazdığı bir məqalə ilə ortaya atıb. Onun xəstələrində arterial təzyiqin bədxassəli növü var idi, əksəriyyətində böyük təzyiq >230 mmHg idi, ona görə də yanıldıcı bir fikir yaymasına səbəb olub. 1995-ci ildə nəticəsi yayınlanmış və 22 min həkim üzərində aparılmış, “Həkimlərin Sağlamlıq Tədqiqatı” adlı çalışmada təzyiqi olanla olmayanların baş ağrısı arasında fərq aşkar edilməyib. 2002-ci ildə Norveçdə 23 minə yaxın insan üzərində aparılmış 13 illik tədqiqatda arterial hipertenziya ilə baş ağrısı arasında əlaqə sübuta yetirilməyib.

Arterial təzyiq mülayim və orta dərəcəli, hətta çox yüksələndə belə, adətən baş ağrısı verməz. Ona görə təzyiqi “səssiz qatil” adlandırırlar. Təzyiq xəstəliyi olmayan birində bədənin müxtəlif yerində ağrı olması, eləcə də baş ağrısı olması təzyiqi bir qədər yüksəldər. Bu, ağrı vaxtı qanda stress hormonlarının yüksəlməsi ilə əlaqəlidir və təzyiq də cavab olaraq qalxar. Məsələn, tutaq ki, bir xəstə dizindən əməliyyat olub, əməliyyat yeri ağrıyır, nəticədə təzyiq qalxacaq. Baş ağrısı arterial təzyiq çox yüksələndə (böyük təzyiq > 180 mmHg, ya da kiçik təzyiq >110 mmHg olanda), hipertenziv kriz hallarında olar. Arterial təzyiqin bəzi səbəbləri, məsələn böyrəküstü vəzin şişi, hamiləlikdə olan bədxassəli təzyiq ciddi baş ağrısı verər. Ona görə də hamiləlikdə yüksək təzyiq və baş ağrısı varsa ginekoloqa müraciət etmək lazımdır. Arterial təzyiqi >180/110 olan və baş ağrısı olan birində təngnəfəslik, sinə ağrısı, ürək bulanması, qusma, görmə bulanıqlığı, şüur dəyişikliyi varsa dərhal xəstənin həkiminə, ya da Təcili Tibi Yardım Stansiyasının “103” nömrəsinə zəng vurulmalıdır.

Ümumiyyətlə, cəmiyyətimizdə təzyiq haqqında çox yayılmış, çox bilinən, amma səhv fikirlər, “dedi-qodular” dolaşır. “Başım ağrımır, deməli, təzyiqim normaldır” -səhvdir. “Təzyiqim yoxdur, olsa başım ağrıyar”-səhvdir. “Təzyiqim 10 mmHg yüksələn kimi hiss edirəm”- səhvdir. “160 mmHg mənim “raboçi” təzyiqimdir”-səhvdir. “Raboçi təzyiq” deyilən bir anlayış yoxdur. “Bədənim yüksək təzyiqə öyrəşib, mənə təsir eləmir”-səhvdir. “Başım ağrıyanda təzyiqimi ölçürəm, yüksəksə təzyiq dərmanımı içirəm”- səhvdir. “Təzyiqim yüksələndə limon yeyirəm, salır”- səhvdir. “Dərmanlara inanmıram, mən təzyiqimi bitkilərlə müalicə edirəm”- səhvdir. “Təzyiqim normallaşdı, day dərman içmirəm”- səhvdir. “Təzyiq dərmanlarımı illərdir içirəm, dəyişmək lazımdır, bədənim öyrəşər”- səhvdir. “Təzyiqin müalicəsində əsas dərmandır, duzu azaltmaq, yemək-içmək, hərəkət etmək təsir eləmir”- səhvdir. “Ürək təzyiqim yüksək olur”- o nədir? Böyük və kiçik təzyiq var, ya da elmi dildə sistolik və diastolik.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL