Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Səhiyyə nazirliyindən əcaib açıqlama

Tarix:10-01-2018, 17:03 Baxış Sayı:199

Səhiyyə nazirliyindən əcaib açıqlama

“Çox təəssüflər olsun ki, bizə son zamanlar öd yollarının yaralanması şikayəti ilə çox xəstələr müraciət etməyə başlayıb. Bu, Bakıda təcrübəsiz həkimlərin nəyinsə xatirinə öd kisəsi əməliyyatlarının etməsinin nəticəsidir”.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.

Öd kisəsi əməliyyatının kifayət qədər ciddi olduğunu vurğulayan M.Kazımi deyib ki, sadə öd kisəsi əməliyyatının fəsadları ən pis bədxassəli xərcəng xəstəliyinin əlamətlərindən pis ola bilər:

“Son zamanlar Bakı şəhərinin müxtəlif tibb müəssisələrində laparoskopik xolesistektomiya əməliyyatını icra edəcəyini deyən çox “cəsarətli”, amma təcrübəsi olmayan həkimlər nəyinsə xatirinə öd kisəsi və öd yollarını əməliyyat edirlər. Nəticədə də xəstələrdə ciddi fəsadların yaranmasına səbəb olurlar. Lakin istər həkimlər, istərsə də xəstələr “öd kisəsi sadə əməliyyatdır” deyərək buna ötəri yanaşmamalıdırlar”.

M.Kazımi Azərbaycanda bəzi həkimlərin başqa bir səhv üsuldan istifadə etdiklərini də söyləyib.

Onun sözlərinə görə, hansı səbəbdən baş verməsindən asılı olmayaraq, qaraciyərin serrozu portal hipertenziyaya səbəb olur. Bunun nəticələrindən biri dalağın ölçülərinin böyüməsidir:

“Çox təəssüf ki, həkimlərimiz qaraciyər serrozu zamanı xəstələrə dalağın çıxarılmasını məsləhət görürlər. Bu, çox səhv yoldur və daha ciddi fəsadlara yol aça bilər. Çünki qaraciyər serrozunda dalağın böyüməsinə səbəb portal hipertenziyadır, daxili orqanlarda təzyiqin artması nəticəsində dalaq böyüyür. Qaraciyər serrozu zamanı dalağın çıxarılması gələcəkdə həmin şəxsin transplantasiya imkanının olmamasıdır. Ona görə də xəstələr ehtiyatlı olmalıdırlar ki, belə əməliyyat onlar üzərində aparılmasın”.

Səhiyyədə olan anormallıqları aradan qaldırmaq əvəzinə, nazirliyin nümayəndəsinin məsuliyyəti faktiki olaraq xəstələrin üzərinə qoyması absurd və məsuliyyətsiz mövqedir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL