29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Təsəvvür edin ki, infarkt keçirəcəyiniz barədə hadisə baş verməzdən bir neçə saat əvvəl xəbət tutmusunuz.
İnanılmazdır, eləmi?
Lakin ABŞ-da, ən azı, bəzi hospital pasiyentləri üçün bu mümkündür.
ABŞ-ın Ərzaq və Dərman Nəzarəti Administrasiyası (FDA) kardio-respirator xəstəliklərdən gözlənilməz ölüm hallarının qarşısını ala bilən ilk alqoritmdən istifadə olunmasına icazə verib.
Hospitalda nəzarətdə olan xəstə barədə məlumatları kompüter proqramı təhlil edərək mümkün böhranı baş verəcəyindən azı 6 saat öncə proqnozlaşdıraraq, dərhal bu barədə həkim və sanitarları xəbərdar edir.
“Səhiyyə sistemi müasir dövrdə xeyli problemlə üzləşir – insanlar daha uzun ömür yaşamaqla yanaşı daha çox sayda da xroniki xəstəliklərə tutulurlar. Eyni zamanda xeyli sayda təcrübəli həkim təqaüdə çıxır”, – sözü gedən alqoritmi işləyib hazırlayan ExcelMedical şirkətinin baş direktoru Lance Burton deyir.
“Həkimlər çox vaxt fəlakət artıq baş verdikdən sonra əl-ayağa düşürlər, ondan öncə – yox”, – Lance Burton BBC Mundo xidmətinə bildirib.
Reallıq belədir ki, bir çox hospitallarda bütün pasiyentləri fasiləsiz nəzarətdə saxlamaq üçün həkim, sanitar çatmır.
WAVE sistemi üçün hospitallarda artıq mövcud olan monitorinq avadanlığı da yararlıdır.
“Pasiyentdən alınan bütün məlumatları insan tam həcmdə təhlil etmək gücündə deyil, nəticədə, xəstənin durumunun nə vaxt pisləşməyə başlayacağını deməkdə də həkim çətinlik çəkir”, – Burton fikrini davam edir.
ExcelMedical tərəfindən yaradılmış alqoritmə WAVE Klinik Platforması adı verilib.
Johns Hopkins Universitetinin bildirdiyinə görə, ABŞ-da xəstələr arasında ölüm hallarının ən azı 10 faizi həkim tərəfindən buraxılan səhv ilə əlaqəlidir.
ABŞ-da bu, baş verən ölüm hallarının ən geniş yayılmış 3-cü səbəbi sayılır.
WAVE sisteminin müəllifləri hesab edir ki, yeni alqoritmin köməyi ilə azı 250,000 ölümün qarşısını almaq mümkündür.
ExcelMedical-ın bildirdiyinə görə, proqramdan istifadə qaydası olduqca sadədir: bunun üçün xüsusi yeni avadanlıq da tələb olunmur.
WAVE sistemi üçün hospitallarda artıq mövcud olan monitorinq avadanlığı da yararlıdır.
Yeni monitorinq sisteminin kompüter proqramı 5 əsas parametri təhlil edir: pulsu, nəfəsalma ritmini, qan təzyiqini, bədən temperaturunu və oksigen səviyyəsini .
Sistemə həkim və sanitarların smartfon və kompüterlərinin çıxışı var. Nəticədə, onlar pasiyentlər barədə bütün məlumatları məsafədən də toplamağa qadirdirlər.
FotonunSistemə həkim və sanitarların smartfon və kompüterlərinin çıxışı var.
WAVE sisteminin ən əsas xüsusiyyəti isə Visensia Safety Index adlanan alqoritmdir. Bu alqoritm xəstədən gələn bütün məlumatları təhlil edərək, xəstənin durumuna yaranan riski 5 ballıq şkala ilə ölçür.
Risk göstəricisi 3 bal səviyyəsini aşanda həkim personalına həyacan siqnalı ötürülür.
Risk göstəricisi 3 bal səviyəsini aşanda həkim personalına həyəcan siqnalı ötürülür.
ExcelMedical tərəfindən Pittsburgh universitetinin tibbi mərkəzində keçirilmiş sınaqlar böyük uğurla keçib.
Sınağın keçirildiyi 8 həftə ərzində WAVE sisteminin nəzarətində olan xəstələr arasında gözlənilməz ölüm halları qeydə alınmayıb.
Bu zaman, adi qaydada nəzarət edlən xəstələr qrupunda isə 6 ölüm halı baş verib.
Bununla belə, WAVE sistemindən hələlik yalnız intensiv müalicə altında olan xəstələr üçün istifadə edilir.
WAVE yaradıcıları hazırda geniş əhali üçün nəzərdə tutulan kardio-respirator xəstəliklərdən ölüm hallarının qarşısını almağa imkan verən mexanizmin hazırlanmasını qarşılarına məqsəd qoyub.
Digər bir məhdudiyyət isə ondan ibarətdir ki, WAVE vasitəsilə insultun baş vermə riskini hesablamaq mümkün deyil, halbuki bu, dünya boyu baş verən ölüm və əlillik hallarının ən əsas səbəblərindən biridir.
Burton qeyd edir ki, kardio-respirator xəstələrin heç də hamısını xilas etmək mümkün olmur: “Bəzən elə olur ki, pasiyent xəstəxanaya gətirilir və artıq məlumdur ki, o, yaşamayacaq”
WAVE sistemindən, hələlik yalnız intensiv müalicə altında olan xəstələr üçün istifadə edilir.
“WAVE sistemi ölməzliyə təminat verə biməz”, – Burton deyir.
Proqramın yaradıcıları hazırda sistemin təkmilləşdirilməsi və başqa növ xəstəliklər üçün də istifadəsinin mümkün edilməsi üzərində işiləyirlər.
“Bizim növbəti hədəfimiz – sepsis xəstəyidir”, – deyən Burton qeyd edir ki, bu infeksiyaya hər il dünyada 20 milyona yaxın adam yoluxur, onlardan təxminən 8 milyonunu isə həmin xəstəlik öldürür.