Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Yazda bu xəstəliklərə tutula bilərsiniz – QORUNMA YOLLARI

Tarix:16-04-2018, 17:01 Baxış Sayı:200

Yazda bu xəstəliklərə tutula bilərsiniz – QORUNMA YOLLARI

Havalar isinən kimi özümüzü təbiət qoynuna atmaq və təbiətin, günəşin enerjisindən faydalanmaq istəyirik. Amma bu müsbət duyğulara rəğmən, bir keçid dövründə olduğu  kimi, yazdakı dəyişikliklərə də hazır olmalıyıq.

Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi Edvin Murrjanın bununla bağlı məsləhətlərini diqqətinizə çatdırır.

İnfeksiyalar

Qış aylarında başda qrip və soyuqdəymə olmaqla bir çox xəstəliyə məruz qalırıq. Yazın gəlişi ilə “qış qripindən qurtulduq” deyərkən, bu dəfə də havaların dəyişkənliyi immunitet sisteminin zəifləməsinə, nəticədə digər virusların yaratdığı yuxarı və aşağı tənəffüs yolu infeksiyalarına məruz qalırıq.

Qorunma yolları: İnfeksiyalardan qorunmaq üçün ilk olaraq sağlam və balanslı şəkildə qidalanmaq, xəstə şəxslərlə təmasda olmamaq lazımdır. İnfeksiyaların çoxu əl və ağız yolu ilə yoluxduğundan əllərinizi tez-tez sabunla yuyun. Olduğunuz otağın havasını tez-tez dəyişin. İdman və günəş şüalarından faydalanmaq xəstəliklərdən qorunmaq üçün önəmli ünsürlər olduğundan, ən azı həftədə 3 gün yarım saat piyada gəzin. İmmunitet sistemini ən çox gücləndirənlər C və D vitamini olduğu üçün, C vitamin qaynağı olaraq təzə meyvə və tərəvəzlər yeyin. Bədəninizdəki D vitaminini günəş şüaları ilə artırmağı unutmayın.

Yaz allergiyası: Rinit 

Yaz allergiyası həyat şəraitinə təsir edən bir xəstəlikdir. Qızdırma olmadan daim gözlərdə yanma, sulanma, qaşıntı kimi şikayətlər bahar allergiyasına işarədir. Bu şikayətlər uşaqların məktəb müvəffəqiyyətinə və ya digər insanların gün ərzində performansına təsir edir. Bu hal da yuxarı tənəffüs yollarının funksiyasına təsir etdiyindən allergiyaya meylli olanlar digərlərinə nisbətən daha tez-tez sinusit və qulaq infeksiyaları ilə qarşılaşır.

Qorunma yolları: Bu cür şəxslər üçün ağac və güllərin çox olduğu yerlərdən uzaq durmaq əhəmiyyətlidir. Evdə xalı, kilim kimi toz tutan əşyaları götürmək və tez-tez təmizləmək lazımdır. Müalicə olaraq allergiya dərmanlarından istifadə olunur və ya uyğun xəstələrdə peyvənd vurulur. Müalicəni axsatmasanız, bu, xəstəliyin astmaya çevrilməsinin qarşısını alar.

Astma

Astması olan xəstələr yaz aylarında daha tez-tez tutmalara məruz qala bilərlər. Ona görə də astması olanlar bu fəsildə dərman müalicəsini axsatmamalıdır. Qabaqlayıcı tədbir olaraq səhər saatlarında bayıra çıxmayın, evin pəncərələrini açmayın, evin havalandırılmasını tozlanmanın az olduğu axşam saatlarına saxlayın. Axşam evə dönəndə paltarlarınızı dəyişib, duş almağı unutmayın.

Mədəbağırsaq xəstəlikləri

Mədə-bağırsaq sisteminə aid xəstəliklərdən xüsusilə qastritlə bağlı şikayətlər yaz mövsümündə artır. Bu dövrdə bəzi viruslarla bağlı ishala da sıx rastlanır. Stress və qidalanma dəyişiklikləri ilə birlikdə bağırsaq pozulması da ortaya çıxır.

Qorunma yolları: Diqqətli pəhrizlə bir yandan qışda aldığınız artıq kilolardan qurtula,  digər yandan mədə-bağırsaq şikayətlərini də azalda bilərsiniz. Çoxlu su içmək, meyvə- tərəvəzləri bol su ilə yumaq vacibdir.

Yaz yorğunluğu 

Yazla birlikdə halsızlıq, yorğunluq, yuxululuq, oynaq ağrıları kimi şikayətlərə sıx rastlanır. Hormonal sistem və metabolizmadakı dəyişikliklərlə birlikdə şəxsin ruhi vəziyyəti də təsirlənir. İşıq, istilik, rəng kimi təbiətdəki dəyişikliklər pozitiv yöndə təsir etməsi gözlənilir, amma uyğunluq yaxalanmadıqda neqativ təsiri qaçılmazdır. Ancaq alacağınız bəzi qabaqlayıcı tədbirlərlə yaz-yaz yorğunluğundan qurtula bilərsiniz.

Qorunma yolları: Yaz yorğunluğunun qarşısını almaq üçün xüsusilə 2-3 litr su içmək, kifayət qədər vitamin, mineral və antioksidant tərkibli qidalar yemək əhəmiyyətlidir. Bu dövrdə gəzmək, qaçış, üzmə kimi mütəmadi məşqlər etməli, kifayət qədər yatmalı, işləmə-dincəlmə araları və istilik dəyişimlərinə diqqət edilməlidir. Siqaret, kafein və alkoqoldan uzaq olmaq lazımdır.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL