29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Azərbaycanda bu il fevralın 12-dən mayın 12-nə qədər davam edən əhalinin dispanserləşdirilməsi kampaniyası başa çatıb. Səhiyyə Nazirliyi bu aksiyanın nəticələrini elan edib.
İdarənin mətbuat xidmətinin məlumatına görə, qeyd edilən dövr ərzində 18 yaşından yuxarı 5,6 mln. nəfər tibbi müayinədən keçib. Onların 3540384 nəfəri kişilər, 3742875 nəfəri qadınlardır. Bu göstərici ötən ilki nəticədən bir qədər azdır, keçən il aksiyada 6,2 mln. vətəndaş iştirak edib. Tibbi müayinə zamanı 338013 xəstədə ilk dəfə şəkərli diabet, piylənmə, hipertoniya xəstəliyi, ürəyin işemik xəstəliyi, göz xəstəliyi kimi müxtəlif xroniki xəstəliklər aşkar edilib.
Məlumatların təhlili göstərib ki, ölkədə ən çox yayılan xəstəliklər qan dövranı sisteminin və nəfəs yollarının xəstəlikləridir. Söhbət arterial hipertoniyadan, aterosklerozdan, ürək işemiyasından, stenokardiyadan, bronxial astmadan və s. gedir. Bu xəstəliklər üzrə 100 minə yaxın yeni xəsət müəyyən edilib.
Müayinə yekunlarına əsasən, Azərbaycanda infeksiya xəstəliklərinin yayılması ilə bağlı vəziyyət sabitdir, belə xəstələrin sayı (cəmi 8015 nəfər) norma daxilindədir. Dispanserləşdirilmə zamanı 27663 xəstə xəstəxanaya yerləşdirilib, 58563 nəfər isə dispanser uçotuna götürülüb. müayinə olunanların 1810880 nəfəri əlavə ixtisaslaşmış müayinəyə göndərilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamaya görə, dispanserləşdirmənin əsas məqsədi xroniki qeyri-infeksiya xəstəliklərinin profilaktikası, bu xəstəliklərin erkən müəyyən olunması və insanların müalicəyə cəlb olunmasıdır. Bu patologiyalar ölkə əhalisi arasında əlilliyin və erkən ölümlərin əsas səbəbidir. Bu xəstəliklərin yayılması amilləri stres, yanlış qidalanma, artıq vücud kütləsi, tütün məmulatlarından istifadə və s.-dir.
Milli Məclisin deputatı, cərrah-kardioloq Rəşad Mahmudov qeyd edir ki, bu gün Azərbaycanda ölümlərin əsas səbəbi ürək-damar xəstəlikləridir. Bu göstərici 57,8%-ə çatıb, bu da əhalinin sağlamlığının müdafiəsi sahəsində təhlükəli təmayül formalaşdığını göstərir. İkinci yerdə onkoloji xəstəliklər gəlir. 2015-ci ildə 11 118 yeni xərçəng diaqnozu qoyulmuşdusa, 2016-cı ildə bu rəqəm 11 761 yeni hadisə təşkil edib, həm də 217 halda xəstəlik 13 yaşına qədər uşaqlarda aşkar edilib. Bu gün Azərbaycanda ümumi ölümlərin 87%-i qeyri-infeksiya xəstəliklərinin payına düşür.
Amma insanlar hepatit C-dən, qara ciyər çatışmazlığından, insultdan da dünyasını dəyişir. Belə bir məntiqli sual yaranır: addımbaşı çoxprofilli və darprofilli xəstəxanalar və klinikalar olan, müxtəlif profilaktika aksiyaları keçirilən Azərbaycanda qeyri-infeksiya xəstəliklərindən ölüm səviyyəsi niyə bu qədər yüksəkdir?
"Tibbi xidmətin əlçatanlığı regionlardan və əhali kateqoriyalarından asılı olaraq müxtəlifdir. İxtisaslaşmış klinikalar və ixtisaslı həkimlər əsasən Bakıdadır, əyalətlərdə darprofilli mütəxəssislərimiz yoxdur. Buna görə bir çox kənd sakinləri paytaxta gəlmək məcburiyyətində qalır. Həm də tibbi yardım üçün xəstəlik xroniki xarakter aldıqda və ya təcili cərrahi müdaxilə tələb olunduqda müraciət edirlər.
Digər bir səbəb müalicənin bahalığıdır. Həkimlər, təhlillər, USM və ya tomoqrafiya, dərmanlar - bütün bunlar böyük maliyyə vəsaiti tələb edir. Nəzərə alın ki, bəzən təkrar müayinədən keçmək lazım gəlir. Həkimə getmək hər kəsin, xüsusən pensiyaçıların, aztəminatlı ailələrin, işsizlərin gücü çatmayan bahalı məşğuliyyətdir", deyə müstəqil ekspert Azad İsazadə yaranmış vəziyyəti şərh edir.
Vətəndaşların özlərinin sağlamlıqlarını qorumaq mədəniyyətinin aşağı olması amilini də unutmamalıyıq. Bizim insanlarımızın sağlamlıq anlayışı Qərbi Avropa insanlarından xeyli fərqlənir. Onlar üçün sağlamlıq ciddi şəkildə qorunmalı olan bir resursdur, belə ki, uğur, rifah, inkişaf ondan asılıdır, bizim üçün isə sağlamlıq hədiyyədir, o, çox və ya az ola bilər, amma onun qeydinə qalmaq o qədər də vaciv deyil.
Nəticə öz-özlüyündə ortaya çıxır - səmərəli tibbi xidmətlər sistemi, kadrlar, insanlarda sağlam həyat tərzi keçirmək mədəniyyətinini tərbiyə edilməsi tələb olunur. Bütün bunlar keyfiyyətli qidanın, pulsuz səhiyyə tədbirlərinin, geniş idman seksiyaları şəbəkəsinin, cinsiyyətdən və yaşdan asılı olaraq vətəndaşların sağlamlıq vəziyyətinin müntəzəm monitorinqinin əlçatanlığının təmin edilməsini nəzərdə tutur. Bu, ciddi sosial problemdir, onun həlli hələlik natamam xarakter daşıyır.