Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Xəzərə çirkab və radiasiyalı sular axırdılır

Tarix:16-05-2019, 11:59 Baxış Sayı:385

Xəzərə çirkab və radiasiyalı sular axırdılır

“Azərneft strukturuna daxil olan Neft Dasları NQÇİ-nin Neft Yigim məntəqələrindən Xəzər Dənizinə demək olar ki, hər gün neftdən ayrılmış minimum 300 ton radiasiyalı lay suları axıdılır”, bunu  açıqlamasında  Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyib.

Hüquq müdafəçisi deyir ki, mayın əvvəli təşkilatımıza bu barədə informasiya və fotolar daxil olandan sonra, məsələni ictimailəşdirdik, lakin, problemin həlli ilə bağlı heç bir hərəkətlilik görmədik.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində olan monitorinq qrupunun rəhbərliyindən zəng edib problemlə bağlı araşdırma aparılacağını desələr də, heç bir hərəkətlilik olmadı. Qarşıdan çimərlik mövsümü gəlir, mən öz nəvələrimi cimərliyə buraxmayacam. Çünki mən başa düşürəm ki, kanalizasiya sularının və neftdən ayrılmış 300 ton radiasiyalı lay sularının dənizə axıdılıması nə deməkdir”, – deyə Qəhrəmanli bildirib.


QHT rəhbəri deyir ki, şəkillərin işçilər tərəfindən ona ötürülməsindən sonra, NQÇİ-nin rəhbərliyi məsələni araşdırıb problemləri aradan qaldırmaq əvəzinə, sözügedən ərazidə yeni fotoların və videoların çəkilməməsi üçün fəhlələrin və mühəndislərin iş növbəsinə gələrkən özləri ilə telefon göturməsini qadağan edib.

Onun sözlərinə görə, rəhbərlikdən işçilərə bildirilib ki, araşdırma aparılacaq, Mirvari Qəhrəmanlının sosial şəbəkələrdəki paylaşımlarına fikir bildirən əməkdaşlar işdən kənarlaşdırılacaqdır.

Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov isə saytımıza verdiyi açıqlamada bildirib ki, məsələ ilə bağlı monitorinq qrupu yaradılacaq və məsələ araşdırılacaq.

“Monitorinq qrupu həftənin əvvəli məsələnin araşdırılmaq üçün əraziyə gedəcək. Bu, yəqin ki, yaxın günlürdə baş tutacaq. Biz şikayətçilərdən məsələ ilə bağlı topladıqları materialları istədik, onların bizə təqdim etdiyi şəkillərin nə zaman, harada çəkilməsi ilə bağlı dəqiqləşdirmələr aparacağıq” – deyə mətbuat xidmətinin rəhbəri əlavə edib.

İşçilərə və mühəndislərə telefon qadağası və onların hədələnməsi ilə bağlı məsələyə gəlincə İbrahim Əhmədov dedi: “Belə hallar varsa, işçilər istənilən formada müraciət edə bilərlər. Hətta anonim formada belə öz şikayətlərini yazıb bildirə bilərlər.

Lakin, hələlik bu baş verməyib. Buna baxmayaraq, məsələ mətbuata çıxdığı üçün, araşdırma aparılacaq və lazımı tədbirlər görüləcək”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL