29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Piyada gəzmək bir neçə xəstəliyin qarşısını almaq üçün önəmlidir. Bu xəstəliklər sırasında ürək-damar xəstəlikləri xüsusi əhəmiyyət kəsb edir.
Bunu "Report"a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu deyib.
Mütəxəssis qeyd edib ki, adıçəkilən xəstəliyin yaranmasına səbəb olan amillərdən biri məhz qeyri-aktiv həyat tərzi, yəni az hərəkətlilikdir: "İnsan orqanizmi hərəkət etmədiyi zaman passivləşir və bunun nəticəsində bütün metobolizma yavaşlayır. Az hərəkətlilik piylənməyə səbəb olduğundan birbaşa ürək-damar tıxanlıqlığı, infarkt, insult və digər xəstəliklərə rəvac vermiş olur. Digər tərəfdən insan gəzən zaman qan dövranı daha aktiv şəkildə çalışır. Bununla əlaqəli ayaq damarlarında tıxanıqlıq riski azalır. Lakin az hərəkət edən insanlarda bu problem daha sıx görünür və ciddi fəsadlar törədir. Metobolizmanın tənzimlənməsi və digər xəstəliklərdən qorunmaqda piyada gəzmək yeyilən kalorinin yandırmaq üçün ideal vasitədir".
Onu qeyd edək ki, piyada gəzməyin əsas faydalarından biri sümüklərin və əzələlərin güclənməsidir. Belə olanda ürək əzələləri işini daha sürətli görür, qan təzyiqi tənzimlənir. Yerimək eyni zamanda yaradıcılığı dəstəkləyir. Beynin oksigen tədarükü artır, yaradıcı düşüncə və zehnin potensialı artır. Bu, yuxusuzluqdan əziyyət çəkən insanlar üçün də faydalıdır. Piyada gəzmək depressiyanın təbii müalicəsidir. Stressi azaldır. Gərginlikdən uzaqlaşmağa kömək edir. Beyində endorfin, seratonin və dopamin səviyyəsini artırır. Eyni zamanda xərçəng riskini azaldır.
Ümumiyyətlə, piyada gəzmək həm insanın özü, həm də ətrafı üçün faydalıdır. Xüsusilə oturaq həyat tərzi keçirən şəxslər üçün yerimək müstəsna əhəmiyyətə malikdir. Bu, fiziki fəallıqla yanaşı, qan dövranını yaxşılaşdırır, hərəkətliliyi artırır.
Bir sözlə, sağlam həyat tərzi piyada gəzməkdən keçir desək, yəqin ki, yanılmarıq.
Qeyd edək ki, gənclər və idman naziri Fərid Qayıbov Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin çağırışına qoşularaq işə ictimai nəqliyyatla və ya piyada getdiyini bildirib. Nazir bunun sağlam həyat tərzinin və ətraf mühitin qorunması üçün faydalı təşəbbüs olduğunu diqqətə çatdırıb.