29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Tovuz sakininin şikayəti araşdırılır
Tovuz rayonunun Əlimərdanlı kənd sakini Mənzərə Salmanova əkiz bacılarının saxlandıqları xəstəxanada döyüldüyünü iddia edir. Söhbət Qazax Rayonlararası Psixiatriya Xəstəxanasından gedir.
“Hər ikisinin bədənində, üzündə döyülmə izləri vardı”
Mənzərə Salmanova Meydan TV-yə danışır ki, 1964-cü il təvəllüdlü əkiz bacıları Mətanət və Kifayət Salmanovalar anadangəlmə xəstədir. Buna baxmayaraq, 2022-ci ilə qədər onları xəstəxanaya yerləşdirməyiblər. Çünki əvvəllər onlara anaları qulluq edib. Ana vəfat edəndən sonra isə bacıları Firəngiz hər ikisinin qayğısına qalıb. Lakin bu ilin fevralında onu da itiriblər. Avqust ayında başqa bir bacısı Mətanət və Kifayət Salmanovaları Qazaxda yerləşən psixiatriya xəstəxanasına yerləşdirib.
Mənzərə Salmanova deyir ki, bacılarının xəstəxanaya yerləşdirildiyini biləndən sonra onları oradan çıxarmaq qərarına gəlib və Qazaxa yollanıb. Lakin xəstəxananın baş həkimi Venera Salifova bacılarını çıxarmağa imkan verməyib:
“Dedi ki, “hara istəyirsənsə, şikayət elə, qoymuram”. Nə qədər yerlərə şikayət elədim – icra hakimiyyətindən tutmuş, Ombudsmana, prokurorluğa qədər. Axırda dekabrın 6-da Bakıdakı prokurorluğun köməyilə (Baş Prokurorluğu nəzərdə tutur-red.) bacılarımı oradan çıxarmağa nail oldum. Bacılarım nə vəziyyətdə idi?! Hər ikisinin bədənində üzündə döyülmə, xəsarət izləri vardı”.
Dövlət orqanları nə deyir?
Mənzərə Salmanova həm baş həkimdən, həm də xəstəxananın işçilərindən Qazax rayon Polis Şöbəsinə şikayət edib. Mətanət və Kifayət Salmanova bacıları ekspertizadan keçirilib. Hələlik ekspertizanın rəyi Mənzərə Salmanovaya məlum deyil. İşin araşdırılması isə prokurorluğa həvalə olunub.
Prokurorluqdan Meydan TV-yə bildirilib ki, bu məsələ ilə bağlı araşdırmalar davam edir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə Meydan TV-nin bu haqda sorğusuna cavab olaraq bildirilib ki, hüquq-mühafizə orqanlarının araşdırma apardığı məsələ ilə əlaqədar hər hansı açıqlama verilməsi prosesin gedişinə təsir kimi qiymətləndirilə bilər.
“Yalan danışırlar”
Qazax Rayonlararası Psixiatriya Xəstəxanasından isə Meydan TV-yə bildirilib ki, Salmanova bacılarının xəstəxana əməkdaşları tərəfindən zorakılığa məruz qalması haqda Mənzərə Salmanovanın iddiaları həqiqətəuyğun deyil: “Belə hallar xəstələr arasında olur, əksinə, işçilər qarşısını almağa çalışır. İki bacı bir-birinə nəsə edibsə, buna görə işçini günahlandırmaq düzgün deyil…”.
Mənzərə Salmanova isə deyir ki, onda xəsarət izlərinin fotoları var, sadəcə, onları mediada yayımlamaq etik olmadığına görə yaymaq istəmir. Onlar hüquq-mühafizə orqanlarında da var, bacılarının bədəninin o hissələrində olan xəsarətlər də ekspertlər tərəfindən qeydə alınıb:
“Elə xəsarətlərdir ki, mənim bir bacımın o birinə yetirməsi mümkün deyil. Yalan danışırlar ki, guya iki bacı dalaşıblar, onda xəsarət alıblar. Elə xəsarətlər var, sanki yanıq yeridir…”.