29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Xəstə yaxını ilə həkim arasında bülleten çəkişməsi gedir
“Bülleten açılması üçün doktor Vüqar Bəkirova müraciət etdik. Əvvəlcə bizi get-gələ saldı. Deyirdi ki, xəstə Bakıdakı 5 saylı şəhər Klinik Xəstəxanasından sənəd gətirməlidir. Bizi Bakıya göndərdi, sənədi alıb gətirdik, bu, azmış kimi, həyat yoldaşımı can ağrısı çəkə-çəkə bu gün də qapısında saxlayıb”.
Göyçay rayonunun Qarabaqqal kənd sakini Hacıbaba Çərkəzov Meydan TV-yə danışır ki, bu il oktyabrın 23-də axşam saatlarında yaşadığı mənzildə dəm qazının partlaması nəticəsində həyat yoldaşı Tehranə Musayeva yanıq xəsarətləri alıb. İlkin tibbi yardım göstərilməsi üçün qadın Göyçay Rayon Mərkəzi Xəstəxanasının Acil Şöbəsinə götürülüb. Ancaq zərərçəkmişə tibbi-təlimatlara uyğun yardım göstərilməyib:
“Yanğın dərəcəsini təyin etmək üçün “rentgen”və digər müayinələr tələb etsək də, qulaqardına vuruldu. Analizlər götürülmədi, həmin sahə üzrə ixtisaslaşmış həkim dəvət edilmədi, konsilyum keçirilmədi. Növbətçi həkim Mahmud Mustafayev yüngül ilkin tibbi yardım göstərəndən sonra evə buraxdı. Nəticədə gecəyarısı həyat yoldaşımın vəziyyəti ağırlaşdı”.
Hacıbala Çərkəzov deyir, rayon xəstəxanasındakı həkimlərin xəstəyə laqeyd yanaşmasından sonra onu ikinci dəfə həmin xəstəxanaya qaytarmayıb və Bakıya – 5 saylı şəhər Klinik Xəstəxanasına götürüb. Xəstəyə 4-cü dərəcəli yanıq diaqnozu qoyulub, vaxtında lazımi tibbi yardım almadığına görə vəziyyətinin ağırlaşdığı müəyyən edilib və müalicələri aparılıb. Rayona döndükdən sonra rayon xəstəxanasıyla xəstə arasında neçə deyərlər bülleten çəkişməsi başlayıb. Hacıbala Çərkəzov sözünə davam edir:
“Bakıdan qayıdıb xəstəxanada bülleten açdırmaq istəyəndə doktor Vüqar Bəkirov dedi ki, Bakıya gedib, müalicəylə bağlı sənədləri gətirməlisiz. Dedim, həyat yoldaşımı bu vəziyyətdə Bakıya qaytara bilmərəm. Bizi get-gələ saldı, dedi ki, baş həkim deyir, mütləq Bakıdan sənəd gəlməlidir, başqa cür mümkün deyil. Dekabrın 23-də can ağrısı çəkən yoldaşımı da götürüb Bakıya gəldim, xəstəxanadan sənədləri alıb, Göyçaya qayıtdım, gətirib Vüqar həkimə verdim. Dedi, gedin, dekabrın 21-də gəlin”.
Şikayətçi deyir, dekabrın 21-də həkimin qəbuluna gedəndə məlum olub ki, həkim xəstənin sağlam olmasıyla bağlı hələ dekabrın 14-də rəy yazıb və bülleten vərəqəsini də həmin tarixdə bağlayıb. Hacıbala Çərkəzov TƏBİB-ə şikayət edəndən sonra ona bildirilib ki, bu, həkimin səhlənkarlığı üzündən olub və xəstə hələ sağalmadığı üçün bülletenin müddəti dekabrın 29-dək uzadılıb:
“Bu gün bülletenin müddətini yenə uzatmaq üçün həyat yoldaşım oğlumla birlikdə həmin həkimin qəbuluna gedib, qəbul eləmir. Çünki mən onun partlaşıydan təsadüfən sağ qalmış, 4-cü dərəcəli yanıqdan əziyyət çəkən xəstəni süründürməsindən TƏBİB-ə şikayət etmişəm. İndi o da xəstədən əvəzini bu şəkildə çıxır”.
Göyçay Rayon Mərkəzi Xəstəxanasından Meydan TV-yə bidirilib ki, vətəndaşın dedikləri həqiqətəuyğun deyil:
“Bülleten ixtisaslı xəstəxanadan sənəd gətirdikdən sonra artırılıb, 7 gün rejim pozuntusu olub, səbəb vətəndaşın gətirdiyi sənədi müalicə həkiminə təqdim etməməsi idi. Heç bir süründürməçilikdən söhbət gedə bilməz”.